AzTehsil.com


Xəbərlər / Ekspert
14 noyabr 2020
1 148


Bunlar gəmidə oturub gəmiçi ilə savaşanlardır.



Bunlar gəmidə oturub gəmiçi ilə savaşanlardır.

 

"İlan qabığını dəyişər, xasiyyətini dəyişməz” atalar sözü əbəs yerə yerə yaranmayıb.
 
Bu günlər Kəlbəcər və Laçından köçürülən, artıq bir daha qayıtmağa son ümidlərini belə itirən bəzi erməni sakinlərin əşyalarını yığmasına və evlərini yandırmasına şahidlik edirik. Mənfur düşmənin bu xislətinin hələ uşaqlıq illərimdə, birgəyaşayış dövründə də bilavasitə şahidi olmuşam. Halbuki, o zamanlar "Qarabağ münaqişəsi” deyilən anlayış belə yox idi.

Ötən əsrin 60-cı illərində doğulduğum Xaçmaz rayonunda böyük Konserv zavodunun fəaliyyəti ilə əlaqədar çoxsaylı millətlər məskunlaşmışdı. Qudyal çayının sol sahilində "Köhnə Xaçmaz” deyilən ərazi isə demək olar ki, əsasən ermənilərdən ibarət idi. Zavodun tikintisi ilə əlaqədar yenidən salınan Xaçmaz sakinləri onlara Kilvar ermənisi deyirdilər. Digər ermənilərdən fərqli olaraq, onlar tat dilində danışırdılar.

Xeyli sonralar bəzi mənbələrdən oxudum ki, əcdadları vaxtilə əsasən İrandan, Dağıstandan Azərbaycana köç edib, Quba və Oğuzda məskunlaşıb, sonra isə Bakıya gəliblər. Xeyli hissəsi də Dəvəcinin (indiki Şabran) Kilvar kəndində və indiki Xaçmaz rayonunun "Köhnə Xaçmaz” kəndində özlərinə yuva qurublar.

Bu günün özündə də erməni seperatçıları «tat ermənilər», «erməni tatlar», «fars ermənilər», «erməni farslar», «irandilli ermənilər», «tatdilli ermənilər», "erməniləşmiş tatlar”, "tatlaşmış ermənilər”, «xristian tatlar» və ya "erməni-qriqorian məzhəbli etnik tat” kimi absurd terminləri təkidlə elmi-siyasi dövriyyədə saxlamaqdadırlar. Əlbəttə, bu kimi məsələlərə münasibət bildirmək peşəkar tarixçilərin işi olduğundan erməni xisləti, nankorluğu ilə bağlı kiçik xatirəmi bölüşməklə kifayətlənirəm

60-cı illərin ortaları idi. Rayonumuzda beynəlmiləlçilik əhval-ruhiyəsi hökm sürürdü. Ətrafimizda və yaxın qonşuluğumuzda, o zaman bizim də "Kilvar ermənisi” kimi tanıdığımız əsli-nəcabəti hələ də tam məlum olmayan xeyli bu millətin nümayəndəsi yaşayırdı. Hər evdə televizor yox idi. Mənim və böyuk qardaşımın israrlı təkidi ilə valideynlərimiz qəpik-qəpik yığdıqları puldan bizə "Rekord 12” adlanan bir televizor almişdılar. Futbola böyük maraq var idi. Bakının "Neftyanik” (indiki "Neftçi”) komandası SSRİ birinciliyinin 4-cüsü olmuşdu. Kirovabadın (indiki Gəncə) "Dinamo” komandası yüksək liqaya vəsiqə qazanaraq, 15 müttəfiq Respublikanın 20 komandası sırasında Neftçi ilə yanaşı Azərbaycanı təmsil edirdi.

SSRİ birinciliyi uğrunda Kirovabadın "Dinamo”su ilə Yerevanın Ararat komandası arasında gedən yarışa tamaşa etmək üçün, qonşular növbəti dəfə həyətə, üzüm çardağının altına çıxardığımız televizorun ətrafına toplaşmışdılr. Qonşumuz Suren Yerevandan gələn qonağı Vazgeni də özü ilə bərabər həyətimizə gətirmişdi. Vazgen deyilən bu nanəcib futbola tamaşa etmək əvəzinə özü ilə gətirdiyi "Ararat komandasının futbolçularının rəngli şəkillərindən ibarət kiçik kitabçanı vərəqləyib, bu,İştoyandır, bu,Mirzoyandır deyib, ona-buna göstərməklə qələbəyə öz əminliyini və arxayınçılığını nümayiş etdirirdi.

Elə bu zaman, aradan o qədər də çox keçməmiş, bizim gəncəlilər ermənilərin qapısından bir qol keçirdi. Hamı sevinclə ayağa qalxdı. Bu, Vazgen deyilən mənfur qonaq hiddətindən kitabı çırıq-cırıq edərək həyətə səpələdi. Hələ bu azmış kimi, qəzəbindən həyətdən çıxarkən darvazanın qapısını qonşuların üzünə çırpdı. Onu həyətimizə gətirən qonşu Suren belə pərtliyindən başını aşağı salıb, bir müddət qaldırmadı. Atam ani olaraq onun arxasınca çıxıb, qolundan tutaraq həyətə gətirdi və ona dərhal zibillərini yığışdır və burdan cəhənnəm ol komandasını verdi.

Bəli, bu millət, əgər buna millət demək mümkündürsə, belə millətdir. Demək istədiyim isə odur ki, Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin birmənalı "Dağlıq Qarabağa heç bir status verilməyəcək” bəyanatının qarşılığında işdir, Allah eləməsin, Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı arzuları çin olsa belə, ayıq-sayıqlığımızı heç bir halda zərrə qədər də azaltmamalıyıq. Çünki, bunlar hələ digər xislətləri bir yana qalsın, həm də gəmidə oturub gəmiçi ilə savaşanlardır.

Nadir İsrafilov



Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Düşmənin dilini öyrənmək  lazımdır:

Düşmənin dilini öyrənmək lazımdır:

Laçınsız 27 il

Laçınsız 27 il

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Ermənilər Kiyevdə 4 Azərbaycanlı tələbəni güllələdi - VİDEO

Ermənilər Kiyevdə 4 Azərbaycanlı tələbəni güllələdi - VİDEO

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Orxan Cabbarlı: Erməni hər dövrdə və hər yerdə ermənidi!

Orxan Cabbarlı: Erməni hər dövrdə və hər yerdə ermənidi!

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

Şuşanın işğalından 28 il ötür

Şuşanın işğalından 28 il ötür

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Mart soyqırımından 102 il ötür

Mart soyqırımından 102 il ötür