AzTehsil.com
EN


Xəbərlər / Ekspert
10 avqust 2020
2 247


Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”



Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

 

"3 dəfə dissertasiyamın müzakirəsinin vaxtı dəyişdirilib, hər ildə Sovet rəhbərlərindən biri öldü deyə…”
"Kənddə 15 elçiliyə getmişəm”

Hazırda hər birimizin təhsil eksperti kimi tanıdığı Nadir müəllim təyinat əsasında 5 il müddətində kənd müəllimi kimi fəaliyyət göstərib. Daha sonralar təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor, aspirant, Elmi-tədqiqat Pedaqoji elmlər institunun elmi işçisi, təhsil şöbəsinin müdiri, Bakı Baş Təhsil İdarəsində məsləhətçi, inspektor, şöbə müdiri və s. vəzifələrində olub. Hazırda 3 mindən artıq məqalənin, 50-dən artıq metodik tövsiyələrin müəllifidir. Tələbə vaxtlarında fəallığına görə partiya sıralarına qəbul edilib. SSRİ Maarif Nazirliyi və Ümumittifaq Lenin Kommunist Gənclər ittifaqının (Komsomol) qərarı ilə "Ən yaxşı komsomolçu müəllim” döş nişanına layiq görülüb. Həmin dövrdə Kremldə sovetin ən ziyalı adamları ilə yanaşı oturub şəkil çəkdirmək şərəfinə belə nail olub. SSRİ-nin metodist müəllimi adını alıb. Bundan başqa Azərbaycanın qabaqcıl maarif xadimi də olub. Qalanlarını isə öz dilindən eşidək. Nadir müəllimlə uşaqlıq, gənclik və tələbəlik illərini xatırladıq.

"Ötən günlərimi qaytaraydılar…”

Atam Bakının Bayıl qəsəbəsində "20-ci sahə” deyilən neft mədənində işləyirdi. Xaçmaz rayonunun konserv zavoduna işə keçməsi ilə əlaqədar mənim uşaqlıq illərim orada keçib. Elə baxçaya da orda getmişəm, 59-cu ildə Xaçmaz şəhər 1 nömrəli məktəbinə daxil oldum. Bizim dövrümüzdə indiki Olimpia kompleksləri yox idi, amma hər həyətdə, ətrafda ot örtüklü xüsusi meydançalar var idi. Məktəbdən gələn kimi naharımızı edib meydançalara gedib futbol oynayırdıq.  Xüsusi bir rejim var idi, hər şeyi saatla edirdik. Neçədən-neçəyə kimi oynamaq, dərs oxumaq və s. Mən beynəlmiləl bir mühitdə böyüdüm. Bir mahnı var, "Ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərdim” – bəziləri bu mahnı ilə razılaşmır. Amma mən elə düşünmürəm, çünki mənim uşaqlıq illərim çox maraqlı keçib. Sovet sistemi siyasi cəhətdən kiminsə xoşuna gəlməyə bilər, amma təhsil sistemini inkar etməyə qətiyyən yol vermək olmaz. Hətta Vaşinqton qəzetində amerikalı mütəxəssis yazırdı ki, Rus İvanının bildiyini amerikalı Con bilmir. Yəni, amerikalılar da bizim təhsil sistemimizi qəbul edir, onlardan yüksək olduğunu etiraf edirdilər”. 

"Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir müəllim deyir ki, ailədə iki qardaş olublar. Evdə elə bir tərbiyə görüblər ki, daim təhsilə maraqları olub: "Uşaqlıqdan tarixə böyük həvəsim var idi. 69-cu ildə on illik təhsili başa vurdum. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə sənədlərimi verdim. İlk cəhdim uğurlu alındı. Dörd fənnin ikisindən 5 qiyməti, ikisindən də 4 qiyməti alaraq ali məktəbə daxil oldum. O vaxtlar ali məktəbi bitirəndə diploma birbaşa yazırdılar ki, filan fakültəni bitirib ixtisası üzrə müəllim peşəsinə yiyələnib. Bundan sonra birbaşa təyinat verirdilər. Kim hansı rayondandırsa, təyinatı da həmin yerə verilirdi. Əgər öz rayonunda yer və tələbat olmazdısa, bu zaman qonşu və ətraf rayonlara göndərirdilər. 

O vaxt verilən təyinat indinin hərbi xidməti kimi məcburi idi. Təyinatdan da qaçmaq mümkün deyildi. Mənim də təyinatımı müvafiq olaraq Xaçmaz rayonuna verdilər. Orta məktəbi bitirdiyim 1 nömrəli məktəbə təyinat aldım. Hərbi xidmət barəsində qərar çıxdı ki, kənd məktəblərində işləyənlər hərbi xidmətdən azad olunur. Mənim də kənddə işləməyə xüsusi sevgim, marağım var idi. Bundan sonra gedib kənddə işləmək qərarına gəldim. Bunu elə bir növ "arxa cəbhə” də adlandırmaq olardı”.

"Tələbənin partiyaya daxil olması o zaman çox nadir bir hadisə idi”

Müsahibimizin sözlərinə görə həmin dövrdə kəndlər bir-birinə yaxın  və daha maraqlı olub: "Bizim kəndlərdə də kadr boşluğu var idi. Kənd müəllimlərinin əksəriyyəti ayrı-ayrı kursları bitirənlər və yaşlı nəslin nümayəndələri idi. Demək olar ki, cavan kadr yox idi. Ona görə də maarif şöbəsinin müdiri mənə seçim verdi ki, rayonun kəndlərinə bax, hansını istəsən səni ora göndərək. Doğrusu kəndlərə o qədər də, bələdçiliyim yox idi. Amma məktəbin başlanmasına az qalmışdı deyə qərara gəldim ki, bu kəndləri gəzim, qərarımı sonra verim. Onu da deyim ki, həmin vaxtlar Azərbaycanın əksər rayonlarında çox az sayda öz dilimizə məxsus kənd adları var idi, çoxu rus adlı kəndlər idi. Həmin kəndlərdən Alekseyevka kəndi daha çox xoşuma gəldi. Çünki bu kənd bir növ qəsəbə tipli idi, geniş küçələri, mədəniyyət evi var idi. 5 il müddətində o kənddə işlədim. Mən institutda oxuyarkən kommunist partiyası sıralarına daxil olmuşdum. Tələbənin partiyaya daxil olması o zaman çox nadir bir hadisə idi. Ora daxil olan adamın bütün nəslini araşdırdıqdan, çoxlu proseduralardan sonra qəbul edirdilər. Mən tələbə olarkən aktivliyim, rus dilli olmağım buna kömək idi”.

"Məni müəllim komsomol təşkilatının katibi seçdilər…”

Müsahibimiz bildirdi ki, o zaman Xaçmaz rayonu əsasən qeyri-millətlərdən ibarət idi: "Mən gələndə artıq həmin məktəbə məndən başqa bir neçə gənc müəllim də gəlmişdi. Məni müəllim komsomol təşkilatının katibi seçdilər. Elə bu arada Kostroma vilayətinin məktəbli-gəncləri "Parta arxasından birbaşa istehsalata gedək, istehsalatdan ayrılmadan təhsilimizi davam etdirək”- adlı belə bir təşəbbüs irəli sürmüşdülər. Ona görə də Brejnyev 24-cu qurultaydakı çıxışında kostromalıların təşəbbüsünü yüksək qiymətləndirdi. İttifaq üzrə Respublikalardan ilk olaraq bizim məktəb bu təşəbbüsə qoşuldu. O vaxt təsərrüfat işçiləri məhsulu yığıb çatdıra bilmirdilər deyə məktəb uşaqları da sovxoza köməyə cəlb olunurdular. Yoxsa yağışların düşməsi ilə əlaqədar məhsulun çoxu yerdə qalıb zay olardı”. 


"….amma biz sizi məktəb direktoru təyin edə bilmərik”

Nadir müəllim həmin dövrdə başına gələn maraqlı bir əhvalatı bizimlə bölüşdü: "Gənc müəllimlərlə sahələrə pomidor yığmağa gedirdik. Uşaqlar balaca idilər, 15-20 kiloluq pomidor yeşiklərini qaldırıb maşına yükləməyə gücləri çatmırdı. Ona görə də mən onlara kömək edirdim. Bir dəfə uşaqlara kömək edən zaman pomidorların suyu ağ köynəyimin üzərinə tökülüb qızartmışdı. Həmin vaxt raykomun birinci katibi sahəyə gəldi. Məni bu vəziyyətdə görüb direktorun harada olduğunu soruşdu. Direktor işdə yox idi, lakin mən direktoru ələ verə bilməzdim, işləri var, birazdan gələcək dedim. Lakin mənə inanmadı, yanındakılara tapşırıq verdi ki, direktor dərhal vəzifəsindən azad olunsun və bu gənc oğlan məktəb direktoru təyin olunsun. Bunun üçün özləri sənədlərimi rayon partiya komitəsinə göndərdilər təsdiq olundu. Daha sonra isə ordan Maarif Nazirliyinə (İndiki Təhsil Nazirliyi) göndərdilər. Həmin dövrdə maarif naziri Akademik Mehdizadə idi. Onun otağına daxil olanda eynəyini aşağı salıb mənə baxdı, gənc oğlan sizin az müddətdə böyük xidmətləriniz var, amma biz sizi məktəb direktoru təyin edə bilmərik. Çünki SSRİ Maarif Nazirliyinin xüsusi təlimatı var ki, məktəb direktoru yalnız 5 il pedaqoji təcrübəsi olan adamlar təyin oluna bilər. Mənim də 6 ayım çatmırdı, ona görə də məni ehtiyat kadr kimi saxladılar. 6 ay ərzində yerli sərəncamla məktəb direktorunu əvəz etdim. Vaxt tamam olduqdan sonra direktor oldum. O kənddə mənə çox böyük hörmət var idi, elçilik olanda məni aparırdılar. Həmin kənddə 15 elçiliyə getmişəm”. 

"Dissertasiya işim üç rəhbərin bir ildən bir dalbadal ölməsi səbəbindən alınmadı”

Nadir müəllim taleyində ən maraqlı və çox qəribə məqamlardan birinin məqsədli aspirantura ilə bağlı olduğunu vurğuladı:
"Mən 3 il müddətinə elmi işi də çatdırdım, namizədlik minimumlarını da verdim. O vaxtı müdafiə şurası Moskvada idi. Mənim avtoreferatım çıxdı, rəylər verildi. Mən sabah tribunaya çıxıb müdafiə etməliyəm, diplomu almalı olduğum gün Brejnyev öldü. Yenidən Bakıya qayıtdım. O vaxtı dissertasiya yazmaq çox çətin idi, ədəbiyyat siyahısını düzməyin özü dissertasiya yazmaq kimi bir şey idi. Xeyli dəyişikliklər etdim və yenidən Moskvaya getdim. Bu zaman da Andropov öldü və dissertasiyam yenə qaldı. Yenidən Bakıya qayıtdım, xeyli əziyyətlə işlədim, növbəti ildə gedəndə isə Çernenko öldü. Beləliklə, mənim dissertasiya işim üç rəhbərin bir-ildən bir dalbadal ölməsi səbəbindən alınmadı”. 

"Gecələr də işləyirdik…”

Müsahibimiz bildirdi ki, daha sonra 32 yaşında onu Nəsimi rayon təhsil şöbəsinin müdiri təyin ediblər: "Məni şöbə müdiri təyin edən zaman bizim məktəblərin təxminən 30, baxçaların isə 40 faizi erməni idi. Bu arada Azərbaycan-Ermənistan münaqişəsi başladı, ara qarışmışdı. Gecələr də işləyirdik. Buna görə də Moskvaya dissertasiyamın arxasınca yenə gedə bilmədim və dissertasiya işim birdəfəlik qaldı. Daha sonra Bakı şəhərində mənə etimad göstərdilər. Bakı şəhərinin rayon təhsil şöbələri ləğv edildi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi yaradıldı. Son işim burda oldu, strateji təhlil və planlaşdırma şöbəsinin müdiri oldum və burdan da təqaüdə çıxdım”.

"Həmin jurnalda azərbaycanlı bir aspirantın yazısının getməsi qeyri-adi bir şey idi” 

Nadir müəllim aspirant olan zaman bir dəfə nazirlikdən zəng edib Mehdi müəllimin onu görmək istədiyini deyiblər: "Mehdi müəllim çox hörmətli, ziyalı bir şəxsiyyət idi. Səhərə kimi fikir məni apardı, maraqdan yata bilmədim. Səhər açılanda səbrsizliklə qəbuluna getdim. Məni görəndə təəccüblə dedi ki, Nadir müəllim sizsiniz? Mən sizi yaşlı bir adam bilirdim, siz ki çox gəncsiniz. Onu da deyim ki, Mehdi müəllimin çox vahiməli bir sifəti var idi. Gördü ki, mən çox narahatçılıq keçirirəm. Dedi ki, sizin kimi gənclərə bizim ehtiyacımız var, qapımız hər zaman sizin üzünüzə açıqdır. Mən yenə də başa düşmədim, çaşqınlıq içində idim. Əlindəki jurnalı mənə uzatdı, baxdım və sonra hər şey məlum oldu. Belə ki, həmin dövrdə ümumittifaq konfranslar, mühazirələr keçirilirdi, aspirantlar ora öz tezislərini göndərirdi. Mən də Riqa şəhərində keçirilən bir konfransa tezislərimizi göndərmişdim, ora dəvət alıb məruzə ilə çıxış etmişdim. Ən yaxşı yazıları seçib "Sovetskaya Pedaqogika” jurnalında veriblər. Bu jurnal sovetin ən nüfuzlu jurnalı idi. Orda kiminsə məruzəsinin, hələ azərbaycanlı bir aspirantın yazısının getməsi qeyri-adi bir şey idi. Mehdi müəllim bundan o qədər qürrələnib, fəxr  hissi keçirib ki, Azərbaycan müəllimi bizi Riqada bu cürə təqdim edib. Mehdi müəllimin mənim işimə bu qədər qiymət verməyi məni təhsilə daha da yaxınlaşdırdı və heç vaxt təhsildən ayrılmadım”.
 Könül Asimqızı




Загрузка...
Həmçinin oxuyun:
“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Keçmiş şöbə müdiri od püskürdü

Keçmiş şöbə müdiri od püskürdü

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Mən o zaman uşaq idim...Ağalar  Bayramov

Mən o zaman uşaq idim...Ağalar Bayramov

Qaxda hamı bu müəllimdən danışır: Qaşında pirsinq, qolunda tatu - VİDEO

Qaxda hamı bu müəllimdən danışır: Qaşında pirsinq, qolunda tatu - VİDEO

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Nadir İsrafilov  niyə  həbs edilmişdi ?

Nadir İsrafilov niyə həbs edilmişdi ?

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat