AzTehsil.com


Xəbərlər
15 aprel 2018
2 407


Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər



Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

 

Ermənistan Respublikasının sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistan Milli Tədqiqatlar Assosiasiyasının dəstəyi ilə Harvard Universitetində təşkil olunan tədbirdə bir qrup tələbənin qarşısında çıxış edib.

Aztehsil.com xəbər verir ki, sabiq diplomatın çıxışının mövzusu "Beynəlxalq hüquq üzrə öz müqəddəratını təyinetmə. İki münaqişə haqqında: Kosovo və Dağlıq Qarabağ” olub. Oskanyan öz məruzəsində Kosovo və Dağlıq Qarabağ üzrə dəlillər gətirməklə, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına xalqın öz müqəddəratını təyinetmə hüququ kimi bəraət qazandırmağa çalışıb, məhz "nicat sesessiya” (remedial secession) nəzəriyyəsinə, beynəlxalq hüquqa özünün selektiv interpretasiyası ilə istinad edib. Erməni millətçilərinin otuz illik cəfəngiyyatını təkrarlayan Oskanyan unudub ki, "nicat sesessiya”sı deyəndə bir qrup insana qarşı müəyyən ədalətsizlik və təzyiq göstərilərkən həmin qrupun ümumi hüququ başa düşülür və bu zaman vəziyyətin düzəldilməsi üçün sesessiya son qərar olur. Əgər ermənilər keçmiş DQMV-də muxtar vilayətin tarixi boyu bütün siyasi hüquq və özünüidarədən tam yararlanıblarsa və Azərbaycanın digər hissəsinə nisbətən iqtisadi üstünlüyə malik olublarsa, hansı sesessiyadan söhbət gedə bilər?

Oskanyan hazırkı separatçı hərəkatlara, o cümlədən kürd və Kataloniya referendumlarına toxunaraq onları legitim adlandırıb. Kosovo təcrübəsinə istinad edərək, həmçinin bildirib ki, Ermənistan və oyuncaq "DQR” (Yerevanın işğal etdiyi ərazilərdə yaradılmış marionet rejimi) BMT Beynəlxalq Məhkəməsinə öz işini təqdim etmək və müdafiə etmək baxımından sanballı arqumentlərə və qalib gəlmək üçün real şanslara malikdir. Oskanyan öz çıxışında Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkün olmadığını dəfələrlə bəyan etdi.

Erməni diplomatı tədbirdə iştirak edən iki azərbaycanlı tələbinin – Harvard Universitetindən X.Abdullayevin və Massaçusets Texnologiya İnstitutundan S.Qurbanovun suallarına cavab verə bilməyib.

Suallardan biri bu mövzuda olub: Oskanyanın xarici işlər naziri olduğu dövrdə Ermənistanın sabiq prezidenti Koçaryan işğal edilmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində daim israr edirdi, separatçıların indiki lideri Bako Saakyan da aşkar şəkildə bildirib ki, Qarabağ "sonda Ermənistana birləşdiriləcək”. Bundan başqa, Ermənistan parlamenti hələ 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun ilhaqı barədə qeyri-qanuni və konstitusiyaya zidd qərar qəbul etmiş və sonra bu maddə hətta Ermənistan Respublikasının Konstitusiyasına daxil edilmişdi. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Çıraqov və digərlərinin Ermənistana qarşı” işində müəyyən etmişdi ki, məhz "Ermənistan Dağlıq Qarabağa həlledici təsir göstərir və onun üzərində effektiv nəzarəti həyata keçirir”. "Yuxarıdakı faktlar və məhkəmənin qərarı nəzərə alınarsa, Ermənistan qüvvələri Qarabağa nəzarət edirlərsə və qonşu suveren dövlətin ərazisinin bilavasitə ilhaqına cəhd varsa, hansı "öz müqəddəratını təyinetmədən” söhbət gedə bilər?”, - deyə azərbaycanlı tələbə soruşub.

Tələbələrin, həmçinin keçmiş DQMV-dən kənardakı rayonların işğalı ilə bağlı sualı sabiq diplomatı çaşdırıb. Ondan bu məsələni də izah etməsini xahiş ediblər ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi olduğu halda, keçmiş DQMV-yə bitişik 7 rayonunun işğalına və ondan danışıqlar aparılmasının subyekti qismində istifadə edilməsinə beynəlxalq hüquqa müvafiq olaraq necə haqq qazandırıla bilər? Tələbələrimizin sadaladıqları faktları qulaqardına vuran Oskanyan yalnız İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və digərlərinin Ermənistana qarşı” işinə toxunub və onu "hüquqi öhdəliklər daşımayan qərar” adlandırıb. (AZƏRTAC)



Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

Azərbaycanlı gənclər Soçidə

Azərbaycanlı gənclər Soçidə

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır

Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil