AzTehsil.com


Xəbərlər
14 sentyabr 2020
2 258


Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama



Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

 

Bu gün Ermənistan dövləti ölkəmizə qarşı hər tərəfli təxribat kampaniyaları aparır. Bu təxribatlar təkcə cəbhə bölgəsində deyil, həm də sosial şəbəkələrdə həyata keçirilir. Azərbaycan dilində səliz danışan ermənilər azərbaycanlı adı ilə profillər açaraq ölkəmiz əleyhinə əsası olmayan fikirlər yayaraq insanlarımızda çaşqınlıq yaradırlar. Qeyd edək ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan dili 2008-ci ildən tədris olunur. İlk vaxtlarda Azərbaycan dili Türkologiya fakültəsində ikinci Şərq dili kimi tədris olunurmuş. Ancaq artıq iki ildir ki, Azərbaycan elmləri ixtisası açılıb. 2012-ci ildə isə Ermənistanda ilk Azərbaycan dili dərsliyi buraxılıb. Kitab İrəvan Dövlət Universitetinin Türk bilimləri kafedrasının təşəbbüsü ilə çap edilib. Azərbaycanda Bakı Dövlət Universitetində erməni dili tədris olunur. Bəs, gələcəkdə orta məktəblərdə də erməni dili tədris oluna bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Ermənistanda türklərə və azərbaycanlılara qarşı nifrət ruhunda tərbiyə ümumerməni məsələsidir:

"Bakı Dövlət Universitetində erməni dili tədris olunur. Hesab edirəm ki, erməni dilinin tədris olunması olduqca vacibdir və bu sahə üzrə ixtisaslaşmış bir mərkəzin yaradılması məqsədə uyğun olardı. Düşmənin nəinki dilini, eyni zamanda adət-ənənəsini, məişətini, mədəniyyətini, tarixini, psixologiyasını dərindən öyrənmək lazımdır ki, ona qələbə çalasan”.

Milli Məclisin üzvü bu sahədə bir az gecikdiyimizi qeyd edib:

"1988-ci ildə Qərbi Azərbaycandan 250 mindən artıq soydaşlarımız deportasiya olundu. Onların arasında kifayət qədər erməni dilində akademik səviyyədə danışanlar var idi. Vacib idi ki, zamanında onlardan mütəxəssis kimi istifadə olunsun və dil vərdişləri unudulmasın. İyul ayında sosial şəbəkələrdə erməni təxribatçılarının təmiz Azərbaycan dilində yayımladıqları dezinformasiyalar bir daha göstərdi ki, düşmən məqsədinə çatmaq üçün ən çirkin üsullardan belə istifadə edir. Sizə tarixi bir faktı deyim. İkinci dünya müharibəsindən əvvəl, yəni 1930-cu illərdə SSRİ-də kütləvi şəkildə alman dilinin tədris olunmasına başlanıldı. 1941-1945-ci illər vətən müharibəsində isə tarix düşmənin dilini biməyin nə qədər zəruri olduğunu sübut etdi. Aydın məsələdir ki, müharibə təkcə cəbhə bölgəsində aparılmır. İndiki halda, müharibə dünyanın demək olar ki, bütün ölkələrində aparılır. Biz xalq olaraq, bütün dünyaya səpələnmiş və hər addımda özlərinə saxta tarix yaradan, digər xalqların maddi-mənəvi irsini mənimsəməyə çalışan riyakar, hiyləgər düşmənə qarşı qətiyyətlə mübarizə aparmalıyıq. Nicat yolu bütün sahələr üzrə peşəkar kadrların hazırlanmasından keçir. Ümumiyyətlə, insan nə qədər çox dil bilərsə, o qədər yaxşıdır”.

Deputat Ramil Həsən söyləyib ki, biz yüz illərdir ki, verdiyimiz dəstəkdən sui-istifadə edən düşmənlə yan-yana yaşamaq məcburiyyətindəyik:

"Dünya var olduqca da Azərbaycan-Ermənistan qonşu dövlətlər kimi qalacaq. Mənim də uşaqlığımın bir hissəsi Ermənistanda keçdiyi üçün gözlərimlə görüb, şahid olduğum anlar ondan ibarət idi ki, onlar uşaqlarını şovinist, türkə qarşı nifrət hissi ilə böyüdürdülər. Bu baxımdan müasir innovativ texnologiyalar inkişaf etmiş olduğu və sosial şəbəkələrin bu qədər genişləndiyi bir vaxtda onlar bu istiqamətdə addımlarını daha da genişləndiriblər. Belə ki, Azərbaycan əleyhinə təbliğat maşınından istifadə edərkən tər-təmiz Azərbaycan, türk dillərini bilən ermənilər o qədər hiyləgərcəsinə oyun oynayırlar ki, onların azərbaycanlı və ya erməni olduğunu seçmək çətin olur. Ona görə də mən də sizinlə tam razıyam ki, tarix boyu deyilib ki, düşməni məğlub etmək istəyirsənsə, onun dilini, zəif nöqtəsini və evindəki həssas hissələri yaxşı bilməlisən”.

Ramil Həsən vurğulayıb ki, ermənilərin öz övladlarını türk millətinə qarşı nifrət hissi ilə böyütməkləri artıq ənənə halını alıb:

"Təbii ki, ölkəmizdə təhsil, milli təhlükəsizlik sahəsində çalışan mütəxəssislərimiz də bununla bağlı öz təkliflərini hazırlayacaqlar. Mənim subyektiv fikrim ondan ibarətdir ki, orta məktəblərdə seçmə fənn kimi erməni dilini tədris etmək olar. Düşmənin dilini bilmək onun anladığı formada cavab vermək üçün gələcəyə sərmayə yatırmaq formasında gənc nəsillərimizə müəkəmməl fürsət vermiş olar. Düzdür, Bakı Dövlət Universitetində erməni dili tədris olunur. Amma bunu daha genişləndirərək bizə düşmən kəsilmiş, torpaqlarımızı işğal edən, hələ də işğalçı siyasətindən əl çəkməyən dövlətin rəsmi dilini bilsək, o dildə ona qarşı müasir təbliğat maşınından istifadə edərək mübarizə aparsaq, qələbə qazanmış olarıq. Erməni dilinin orta məktəblərdə tədrisi ilk olaraq pilot layihə kimi tətbiq edilə bilər. Bu yolla insanlarımızın reaksiyasına və effektinə baxmaq olar. Təbii ki, insanlarımız bilməlidir ki, biz bu dili övladlarımızı ləzzət aldığımız üçün öyrətmirik. Biz ona görə öyrədirik ki, bu dövlət bizə və türk millətinə düşmən kəsilib. Düşmən dilini bilməklə biz mübarizəmizə 1-0 hesabı ilə başlamış olarıq. Bu gün ermənilər Azərbaycan dilini çox yaxşı bilirlər. Bundan da istifadə edərək onlar sosial şəbəkələrdə bizim milli maraqlarımıza zidd olan və Azərbaycandakı 5-ci kalonun iyrənc oyunlarına dəstək verən fikirlər yayırlar. Təbii ki, bu cür təxribatların qarşısı bizim müvafiq orqanlar tərəfindən alınır. Hüquq-mühafizə və müdafiə qurumlarımız daim ermənilərin hər cür təxribatlarına qarşı ayıq-sayıqdırlar. Ölkəmizin təhlükəsizliyi və müstəqilliyi cənab prezidentin başçılığı ilə tam qorunur. Amma bununla yanaşı bizim əlavə qabaqlayıcı tədbirlər görməyimiz xeyirmizə olardı”.



Загрузка...
Həmçinin oxuyun:
Düşmənin dilini öyrənmək  lazımdır:

Düşmənin dilini öyrənmək lazımdır:

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi

Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

Tarxiçi alim Təhsil Nazırliyini TƏNQİD etdi: "Ziyalılarımız niyə susub?"

Tarxiçi alim Təhsil Nazırliyini TƏNQİD etdi: "Ziyalılarımız niyə susub?"

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Ermənilər Kiyevdə 4 Azərbaycanlı tələbəni güllələdi - VİDEO

Ermənilər Kiyevdə 4 Azərbaycanlı tələbəni güllələdi - VİDEO

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

"Təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir" EKSPERT RƏYİ

"Təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir" EKSPERT RƏYİ

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual