Xəbərlər
18 may 2019
2 664


Laçınsız 27 il

Laçınsız 27 il

 

 
Laçın rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.
 
İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.
 
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.

Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.

Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur.

1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.


Laçının SSRİ dövründəki gerbi
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrini göndərir. Dağ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dağı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən  3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü - Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.

Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.

Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir

Şuşa 2 saylı internat məktəbinin son görüntüləri - Bu məktəblərdə kimlər oxuyub? + VİDEO

Şuşa 2 saylı internat məktəbinin son görüntüləri - Bu məktəblərdə kimlər oxuyub? + VİDEO

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

4500-dən çox müəllimin diaqnostik qiymətləndiriliməsi davam edir

4500-dən çox müəllimin diaqnostik qiymətləndiriliməsi davam edir

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

Ən çox və ən az şagirdi olan rayonlar məlum oldu - SİYAHI

Ən çox və ən az şagirdi olan rayonlar məlum oldu - SİYAHI

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Məleykə Abbaszadə rəisi işdən çıxardı

Məleykə Abbaszadə rəisi işdən çıxardı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Ağcabədidə ŞOK HADİSƏ - 21 yaşlı tələbə qız qaçırıldı - VİDEO

Ağcabədidə ŞOK HADİSƏ - 21 yaşlı tələbə qız qaçırıldı - VİDEO

Bugün 4500 müəllim imtahan verir

Bugün 4500 müəllim imtahan verir