AzTehsil.com


Xəbərlər
26 oktyabr 2017
2 021


Ermənilərin Türkiyədə qurduqları məktəblər...



Bir neçə gündür ermənilərin dünyadakı fəaliyyətinin Türkiyədəki hissəsi barədə yazırıq.

 

Aztəhsil.com xəbər verir ki, modern.az-ın əməkdaşı bu hissədə Türkiyədə olan erməni təhsil ocaqları ilə bağlı araşdırma aparıb. 


Ermənilər diaspor, media və təhsillə bağlı planlarını çox səlist həyata keçirirlər. Türkiyədə ermənilərin təxminən 18 təhsil ocağı var. Onların adlarını təqdim edirik: 


1. Getronaöan erməni liseyi

2. Esayan erməni ilköyrətim məktəvi və liseyi 

3. Surp Haç erməni liseyi 

4. Sahakyan-Nunyan erməni ilköyrətim məktəbi və liseyi 

5. Bezciyan erməni ilköyrətim məktəbi

6. Dadyan erməni ilköyrətim məktəbi

7. Merametciyan erməni ilköyrətim məktəbi

8. Aramyan Uncuyan erməni ilköyrətim məktəbi

9. Levon Vartuhyan erməni ilköyrətim məktəbi

10. Yeşilköy erməni ilköyrətim məktəbi

11. Karagözyan erməni ilköyrətim məktəbi

12. Tarkmançats erməni ilköyrətim məktəbi

13. Kalfayan erməni ilköyrətim məktəbi

14. Erməni katolik məktəbi

15. Pangaltı erməni ilköyrətim məktəbi və  liseyi 

16. Kocamustafapaşa Anarat Hığutyun erməni ilköyrətim məktəbi

17. Pangaltı Anarat Hığutyun erməni ilköyrətim məktəbi

18. Bomonti erməni ilköyrətim məktəbi


Bu məktəblərdən bir neçəsi uzun illərdir fəaliyyət göstərir. Biz onlardan sadəcə bir neçəsinin yaranma tarixini yazmaqla ermənilərin dünyadakı fəaliyyətlərini göstərmiş olarıq. Keçən yazımda da qeyd etmişdim və bir daha vurğulayıram ki, məqsədimiz ermənilərin fəaliyyətini  təbliğ etmək deyil, sadəcə onların gördüyü işləri diqqətə almaqdır.

 

Ən köklü erməni təhsil ocaqlarından biri olan "Getronağan" erməni liseyi İstanbulun Karaköy səmtində yerləşir.  Erməni din xadimi  Nerses II. Varjabedyanın çabalarıyla qurulub. Din adamı  Harutyun Vehabedyanın zamanında 14 sentyabr 1886-cı ildə 64 şagirdlə fəaliyyətə başlayıb. 

Qeyd edim ki, Patrik Nerses Varjabedyan bu məktəbi qurmaq üçün  1882-ci il dekabr ayının 16-da ermənilərin tanınmış adamlarını kilsəyə dəvət  edir  və onlardan maddi dəstək istəyir. 


İlk gün 1450 lirə toplanır (təxminən 500 manat). Erməni din adamı bu pulla həm patrikhanəni təmir etdirəcəkdi, həm də məktəb açacaqdı. Amma xəstələnən patrik iki proyektdən birini təxirə salır və toplanan bütün pulları Getronağan məktəbinin yaranması üçün xərclənməsini tövsiyyə edir. 


Digər bir uzun tarixi olan Surp erməni məktəbi isə İstanbulun Anadolu yaxasında yerləşir. 1678-ci ildə Surp kilisəsinə bağlı olaraq dini təhsil vermək üçün açılıb. 1718-ci ildə məktəb Patriarx IX. Hovannes Golod tərəfindən siniflərə çevrilib  və 1770-ci ilə qədər məktəb eyni şəkildə davam edib. 1770-ci illərdə bu məktəb fəaliyyətini genişləndirib və  Ruhban məktəbinə çevrilib.  1932-ci ildən Surp Xaç Məktəbi kimi tanınan erməni təhsil ocağı 1950-ci ilə qədər Surp Haç Kilisəsi Vakfı tərəfindən idarə edilib. 


1950-ci illərdə Türkiyə ermənilərinin patriarxı seçilib İstanbula gələn Baş yepiskop Karegin Xaçaturyan Sırpazan xəyalındaki layihəni həyata keçirə bilmək üçün Surp Xaç Məktəbinin  köhnə binasını təmir edib. 1953-ci ildə internat məktəbi kimi xidmətə verib. Erməni Patrihanəsi 1953-cü ildə  İstanbul qubernatorluğuna müraciət edilərək orta lisey və üç illik teologiya hissəsini əhatə edən "Surp Xaç Tıbrevank erməni ruhanilər məktəbi" adı ilə istənilib. Beləcə, bu məktəb Türkiyə Erməni cəmiyyətinin xidmətinə verilib.  

 

Hazırda məktəb "Xüsusi Surp xaç erməni liseyi" adını alaraq azlıq məktəbi statusuna keçib və təhsilinə orta məktəb və lisey səviyyəsində davam edir. 


Pangaltı erməni məktəbi 1811-ci ildə yay məktəbi kimi fəaliyyətə başlayıb. Eyni ildə 60 şagird ilə bir qış məktəbi olaraq fəaliyyətini davam etdirib. 1847-ci ildə isə artıq məktəbin üçmərtəbəli binası var idi. 1857-ci ildə internat bölməsi açılıb. 1923-cü ilə qədər türk, erməni və xarici tələbələr də bu məktəbdə oxuya bilirdi. Hazırda isə yalnız erməni tələbələrin oxumasına icazə verilir. 


Onu da qeyd edək ki, erməni məktəb və liseylərin çoxunda məktəbəqədər bağçalar da fəaliyyət göstərir. 

 

Demək olar ki, siyahısını təqdim etdiyimiz məktəb və liseylərin hamısı uzun illər öncələr inşaa edilib. Məktəblər və liseylər Türkiyədəki erməni kilsələri və vakfları tərəfindən maliyyələşir... 


Sonda onuda qeyd edim ki, İstanbulda bir Surp Pırgic erməni xəstəxanası da fəaliyyət göstərir...




Загрузка...
Həmçinin oxuyun:
Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

Xankəndi universitetinin tələbələri Laçında məktəblilərlə görüşdü

Xankəndi universitetinin tələbələri Laçında məktəblilərlə görüşdü

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Erməni naşir Bakıxanovu necə aldatdı?-  GİZLİ TARİX

Erməni naşir Bakıxanovu necə aldatdı?- GİZLİ TARİX

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

Mingəçevir Peşə  Məktəbi qəzalı vəziyyətdədir

Mingəçevir Peşə Məktəbi qəzalı vəziyyətdədir

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

52 min şagird və 1050 sinif - dünyanın ən böyük məktəbinə xoş gəldiniz! - FOTO

52 min şagird və 1050 sinif - dünyanın ən böyük məktəbinə xoş gəldiniz! - FOTO

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib