Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər
Türkiyənin məşhur yazıçısı Kemal Yalçın "Amerikanın səsi” radiostansiyanın Ermənistan xidmətinə müsahibəsində ermənilərdən qondarma "1915-ci il soyqırımına” görə üzr istəyib.
Aztəhsil.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat verilib.
"İlk növbədə istəyirəm ki, türklər, ermənilər, kürdlər və bütün bəşəriyyət əmin-amanlıq içində yaşasınlar, bir-biri ilə düşmən olmasınlar. 100 il ərzində ermənilər soyqırımın tanınması uğrunda mübarizə aparıblar, türklər isə onu inkar etməkdən yorulublar. Soyqırım əksər ölkələr tərəfindən tanınır, Türkiyə isə qəbul etmək istəmir. Mən inanıram ki, Türkiyə bir gün ermənilərin soyqırımı faktını tanıyacaq. Gələcək nəslimizin sülh içində yaşamağını istəyirəm”, - deyə K.Yalçın bildirib.
Türkiyəli yazıçı daha sonra jurnalistə erməni dilində müraciət edərək, "ermənilərin ağrısı onun ağrısıdır”, - deyib.
"Mənim sevimli erməni bacım, sənin ağrın mənim ağrımdır. Bir türk olaraq bütün ermənilərdən üzr istəyirəm. Bağışlamaq çətindir, lakin bağışlanılmaq daha çətindir, məni bağışlayın!” – deyə K.Yalçın vurğulayıb.