AzTehsil.com


Xəbərlər / Ekspert
11 noyabr 2020
1 476


Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”



Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

 

Heç şübhəsiz ki, 10 noyabr tarixi təqvimə zəfər bayramı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi günü kimi düşəcək. Torpaqlarımızın qeydsiz-şərtsiz düşmən işğalından azad olunması müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açacaq.

Ölkə başçısının cəsarəti və qətiyyəti, xalqın Silahlı Qüvvələrin Ali Baş Komandanına inamı və güvəni, vahid amal ətrafında sıx birləşməsi, Azərbaycan diplomatiyasının uğuru, güclü, iradəli ordumuzun əzmi, qüdrəti sayəsində tariximizə yazılan şanlı səhifələr nəticəsində əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulur. Dövlət başçımızın xüsusi olaraq vurğuladığı kimi "Yəqin ki, siz fikir vermisiniz. Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir”. Tarixə nəzər salsaq bilavasitə şahidi oluruq ki, 1923-cü il iyulun 7-də təsdiqlənən müvafiq dekretə əsasən Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması günündən bəri Qarabağ heç vaxt indiki kimi arzuladığımız, görmək istədiyimiz Qarabağ olmayıb. Baxmayaraq ki, 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

Bununla belə, 1988-ci il iyun ayının 12-də DQMV Xalq Deputatları Soveti Muxtar Vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. 15 iyunda isə Ermənistan SSR Ali Soveti tərəfindən DQMV-nin Ermənistan SSR tərkibinə daxil olması haqqında müraciət qəbul olundu. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin o zamankı rəhbərliyi vəziyyəti real qiymətləndirmədi. Elə sonrakı bəlli faciələr də burdan başlandı.

Bu gün artıq həqiqət öz yerini tutdu. "Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu "müstəqil dövlətdir. Bunlar uzun illər "müstəqil dövlət” kimi yaşayır və Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan, nə oldu bəs? Deyəsən bu "nə oldu Paşinyan” bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan? Yol çəkirdin Cəbrayıla? Rəqs edirdin. Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq. Ona görə bu sənədin çox böyük əhəmiyyəti var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək diqqətlə oxuyacaq. Görəcək ki, biz nə qədər böyük qələbə qazanmışıq”.

Bəli, bu gün haqq-ədalət zəfər çaldı, "çox istəyən azdan da olar” Azərbaycan atalar sözü öz yerini tutdu. Azərbaycan həm siyasət, həm də savaş meydanında öz gücünü göstərdi, beynəlxalq diplomatiyada öz sözünü dedi. General Həzi Aslanovu Polad Həşimov əvəz etdi. Böyük Vətən müharibəsi qəhrəmanları əfsanəvi Mehdi Hüseynzadə, ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun yerinə müstəqil dövlətimizin apardığı Vətən müharibəsinin onlarla mübariz oğulları gəldi. Uzun illər SSRİ tarixi kurslarından qəhrəman şəhərlər kimi tanıdığımız Brest, Novorossiyski Leninqrad, Stalinqrad əvəzinə indi, Gəncə, Bərdə, Tərtər kimi öz şəhərlərimiz var. Onlara "Qəhrəman şəhər” statusu verilməsi məsələsinə baxılması, zənnimcə hamının ürəyincə olar.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dönməzliyi, qətiyyət və cəsarəti, atası ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətinə sadiq qalması, Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”bəyanatındakı dillər əzbərinə çevrilmiş sözünü tutması, onu milyonların gözündə daha da ucaltdı, sağlığında insanların qəlbində heykəlini ucaltdı, xalqın milli qəhrəmanına çevirdi.

Qələbəmizin bir mənbəyi də bütün dünyaya örnək ola biləcək multikulturalizmin Azərbaycanın dövlət siyasətinə, cəmiyyətimizin həyat tərzinə çevrilməsi, xalqımızın beynəlmiləlçilik ənənələrinə sədaqətinin təzahürü idi. Dövlət başçımızın dediyi kimi, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.

Tam əminliklə deyə bilərik ki, yenilənəcək "Azərbaycan tarixi” dərsliklərində ölkəmizin əzəli torpaqları uğrunda aparılan xilaskarlıq savaşında şanlı qələbəmizin bütün istiqamətverici və təkanverici mənbələri öz əksini tapacaq, "Ortaq türk tarixi”nin ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən Türkiyə-Azərbaycan birliyi və həmrəyliyinə yeni səhifələr əlavə olunacaq.



Загрузка...
Həmçinin oxuyun:
VI sinif coğrafiya dərsliyinə dair mətbuatda əks olunmuş fikirlərlə bağlı müəlliflərin rəyi

VI sinif coğrafiya dərsliyinə dair mətbuatda əks olunmuş fikirlərlə bağlı müəlliflərin rəyi

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

Laçınsız 27 il

Laçınsız 27 il

12 noyabr - Konstitusiya Günüdür

12 noyabr - Konstitusiya Günüdür

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

28 May Respublika Günü

28 May Respublika Günü

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Laçının işğalından 28 il ötür

Laçının işğalından 28 il ötür

Tarxiçi alim Təhsil Nazırliyini TƏNQİD etdi: "Ziyalılarımız niyə susub?"

Tarxiçi alim Təhsil Nazırliyini TƏNQİD etdi: "Ziyalılarımız niyə susub?"