AzTehsil.com


Xəbərlər
08 may 2020
1 670


Şuşanın işğalından 28 il ötür



Şuşanın işğalından 28 il ötür

 

Bu gün Şuşanın işğalından 28 il ötür.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan, əsrlər boyu düşmən həmlələrinə mərdliklə sinə gəlmiş, tarixi boyu heç bir düşmən sərkərdəsinə baş əyməyən, Azərbaycanın qeyrət qalası olan Şuşa 28 ildir yağı tapdağı altındadır.

Şuşa şəhəri tarixində ilk dəfədir ki, bu qədər uzun müddət işğal altında qalır. Qarabağ silsiləsindən 1500 metr yüksəklikdə yerləşən şəhərin ərazisi 289 kvadrat kilometr, əhalisinin sayı 241 165 nəfər idi.

Rayonun tabeçiliyində Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Mirzələr, Qaybalı, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Turşsu, Zarıslı, Nəbilər kimi böyük yaşayış məntəqələri var idi. Rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi. Erməni silahlı dəstələri tərəfindən işğaldan əvvəl rayonda 120-dən çox idarə və müəssisə fəaliyyət göstərirdi. Şuşa müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları  ilə zəngin idi. Turşsu və Şırlan bulaqları təkcə Azərbaycanda deyil, dünyanın əksər yerlərində məşhur idi. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşada onlarla tarixi abidə var idi. Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı «Gövhər ağa məscidi», Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəli belə düşmən tərəfindən güllələnib.

Şuşanın "Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilən 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.

Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada inşaat işləri aparılıb. Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan "Xan Mağarası” amansızlıqla məhv edilib.

Qeyd edək ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Şuşanın müdafiəsi zamanı 480 nəfər şəhid olub, 1860 adam isə yaralanıb. İşğal zamanı 480-dən artıq mülki şəxs qətlə yetirilib, 2000-ə yaxın adam yaralanıb, 22 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. 60 nəfərə yaxın mülki şəxs girov götürülüb və itkin düşüb. Onların bir çoxu bu günə qədər azad olunmayıb.
 



Загрузка...
Həmçinin oxuyun:
Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

27 il Kəlbəcərsiz

27 il Kəlbəcərsiz

Xocavənd rayonunun işğalından 26 il ötür

Xocavənd rayonunun işğalından 26 il ötür

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

Şuşa 2 saylı internat məktəbinin son görüntüləri - Bu məktəblərdə kimlər oxuyub? + VİDEO

Şuşa 2 saylı internat məktəbinin son görüntüləri - Bu məktəblərdə kimlər oxuyub? + VİDEO

Laçınsız 27 il

Laçınsız 27 il

Mart soyqırımından 102 il ötür

Mart soyqırımından 102 il ötür

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

Xocalı soyqırımı

Xocalı soyqırımı

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

Bakı metrosundakı dəhşətli qəzadan 22 il ötür

Bakı metrosundakı dəhşətli qəzadan 22 il ötür

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Şagirdlər çətin vəziyyətə düşdü - İşğal altındakı torpaqlarımız: Qarabağ, Xocasən...

Şagirdlər çətin vəziyyətə düşdü - İşğal altındakı torpaqlarımız: Qarabağ, Xocasən...

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

1918-ci il dəhşətinin cənubdakı izləri...

1918-ci il dəhşətinin cənubdakı izləri...

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək