Xəbərlər
08 may 2017
2 666


ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

 

Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə Şuşa şəhərinin erməni hərbçiləri tərəfindən işğal olunmasının 25-ci ildönümünə həsr olunmuş "Şuşa həsrəti”adlıdəyirmi masa keçirilib.
 
Aztehsil.com modern.az-a istinadən xəbər verir ki, universitetinTərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev,Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov,Sosial elmlər kafedrasının professorları Məhəmməd Teymurlu,Xanməmməd İbrahimov,həmin kafedranın müəllimi Qəribə Əlizadə, tələbələr, polkovnik Faiq Əliyev və Şuşa sakinlərinin iştirak etdiyi dəyirmi masada Şuşa şəhərinin qədim tarixi,zəngin təbiəti, əlverişli strateji əhəmiyyətə malik coğrafi mövqeyindən bəhs edilib.
 
Tədbirdə ermənilərin Şuşanı işğal edərək törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyindən bəhs edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna güvənərək işğal olunmuş torpaqlarımızın azad ediləcəyi, məcburi köçkünlərin doğma yerlərinə qayıdacağı, azad edilmiş torpaqlarda Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına inam ifadə olub.
 
Sonda universitetin tələbələri və müxtəlif xalqların nümayəndələri tərəfindən səslənən "Mən Şuşayam” adlı slayd nümayiş olunub.
Məqalə Göndər








Загрузка...