AzTehsil.com


Xəbərlər
26 noyabr 2019
1 787


1918-ci il dəhşətinin cənubdakı izləri...



1918-ci il dəhşətinin cənubdakı izləri...

 

Azərbaycan xalqı dünyada ən dəhşətli soyqırımlara məruz qalmış xalqlardandır.
 
Tariximizdə baş verən 1918-ci il soyqırımları dəhşəti, miqyası və nəticələri ilə xalqımızın qan yaddaşına əbədiyyən həkk olan müsibətlərdən biridir. 1917-1918-ci illərdə Azərbaycanın Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan kimi bölgələrində erməni silahlı terror dəstələri tərəfindən minlərlə müsəlman azərbaycanlıya qarşı kütləvi qırğınlar həyata keçirilmişdi. "Böyük Ermənistan” adlandırdıqları mifik dövləti yaratmaq uğrunda hər cür vəhşiliyi, qəddarlığı həyata keçirən ermənilər terror fəaliyyətlərini təkcə Azərbaycanın şimalında deyil, eləcə də Urmiya, Xoy, Təbriz, Qaradağ, Səlmas kimi cənub vilayətlərində həyata keçirirdilər.


 1905-1911-ci illərdə İranda baş verən inqilab zamanı xarici təbəələri qorumaq adı altında 1909-cu ildə Təbrizə girən Çar Rusiyasının qoşunları tədricən Cənubi Azərbaycanın digər vilayətlərini də ələ keçirdi. Rusiyanın əsas məqsədlərindən biri Osmanlı ilə müharibə zamanı Cənubi Azərbaycan vilayətlərini müharibə meydanına çevirmək idi. 1916-cı ildə demək olar ki, bütün Cənubi Azərbaycan vilayətləri Rusiyanın nəzarətinə keçdi. Həmin dövrdə Rusiyanın dəstəyi ilə Osmanlı dövlətinə qarşı uğursuzluqla nəticələnən qiyamdan sonra Hakkari vilayətindən 10 minlərlə xristian aysor ailəsi Cənubi Azərbaycanın qərb vilayətlərinə (Urmiya, Səlmas) köçürüldü. Cənubi Azərbaycanın yerli müsəlman əhalisi bu çağrılmamış qonaqlara yaşamaq üçün münasib şərait yaradıb ərzaq və imkanlarını onlarla böldü. Aysorlar isə bu mərhəmət və qonaqpərvərliyin əvəzini silah, güllə və qanla ödədilər..


 

Bretsk-Litovsk sülh müqaviləsinə əsasən İrandan, Cənubi Azərbaycandan geri çəkilməyə başlayan rus qoşunları, əllərində olan odlu silah və sursat təchizatını ermənilərə təhvil verməyə başladılar. Rusiyanın işğal etdiyi Cənubi Azərbaycan vilayətlərindən geri çəkilməsi erməni-aysor təhlükəsini daha da artırırdı. Rusların çəkildiyi bölgələrə öz qoşunlarını yeridən ingilislər silahlı erməni-aysor qüvvələrinə hər cür lojistik dəstəyi təmin edirdi. ABŞ və Böyük Britaniyanın İranda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri erməni və aysorların silahlandırılmasında yaxından iştirak edir, onların təşkilatlandırılmasına şərait yaradırdılar. 1917-ci ildən başlayan, 1918-ci ilin əvvəllərindən etibarən daha da intensivləşən erməni-aysor hücumları nəticəsində minlərlə azərbaycanlı qətlə yetirildi. Qətliamlar xüsusilə Cənubi Azərbaycanın qərb vilayətlərində daha dəhşətli şəkildə həyata keçirilirdi. Silahlı erməni quldur dəstələri xristian aysorlarla birlikdə yerli müsəlman əhaliyə qarşı misli görülməmiş qırğınlar törətdilər. Urmiya şəhəri soyqırımın ən dəhşətverici şəkildə həyata keçirildiyi bölgə idi. 1918-ci ilin fevralından etibarən şəhərdə başlayan qırğınlar zamanı minlərlə azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü. Qətliam zamanı erməni-aysor birləşmələrindən başqa çar ordusunun qalıq əsgərləri və bir çox ingilis qüvvələri də aktiv şəkildə fəaliyyət göstərirdi. Birləşmiş xristian qüvvələrinin başlıca məqsədi bölgədə yaşayan müsəlman əhalini məhv etməklə Osmanlı irəliləyişinin qarşısını almaq, İranın şimal vilayətlərində (Cənubi Azərbaycanda) qondarma "Erməni dövləti”-nin yaradılması üçün zəmin hazırlamaq və Bakını neftini ələ keçirmək üçün əlverişli şərait yaratmaqdan ibarət idi. Vəhşiləşmiş erməni-aysor-rus qüvvələri qadın, uşaq, qoca demədən minlərlə azərbaycanlını müxtəlif işgəncə üsulları ilə qətlə yetirirdilər. Soyqırımın qarşısını almaq məqsədi ilə Xəlil paşanın başçılığı altında Osmanlı qoşunları Urmiya istiqamətində hərəkət edərək Cənubi Azərbaycan ərazilərinə daxil oldu. Yerli müsəlman əhalisinin təşkil etdiyi müdafiə dəstələri ilə birləşərək erməni-aysor birləşmələrinə qarşı uğurlu əməliyyatlar keçirən Osmanlı qoşunları Cənubi Azərbaycan şəhərlərində baş verən qırğınların qarşısının alınmasında böyük rol oynadı. Birləşmiş xristian qüvvələri tədricən məhv edildilər. 1917-1918-ci il Cənubi Azərbaycanda Böyük Britaniya, ABŞ və Rusiya kimi böyük qüvvələrin himayəsi altında erməni-aysor qüvvələri tərəfindən baş verən qətliamlar zamanı təxminən 200 mindən çox azərbaycanlı öldürüldü. Bunun təkcə 100 min nəfərini Urmiya və ətrafında qətlə yetirilən yerli müsəlman azərbaycanlılar təşkil edirdi. Qətliamların yaşandığı digər bölgələr Səlmas, Qaradağ, Xoy, Sulduz vilayətləri oldu. Soyqırım zamanı dinc əhaliyə qarşı törədilən vəhşiliklər erməni vandalizminin necə alçaq və murdar şəkildə özünü biruzə verməsini bir daha sübut etdi. Hadisələr zamanı:

 

Urmiya, Səlmas, Xoy və ətraf ərazilərin əhalisindən 200 min nəfərədək kişi, qadın, uşaq soyqırımı nəticəsində həyatını itirdi. Həmin bölgədə elə ailə tapmaq mümkün deyildi ki, ailəsinin ən azı bir üzvünü itirməsin.
Şəhərlərin əksər evləri, xüsusilə əyan və varlıların evləri və var-dövləti qarət edildi. Həmin günədək nökər və qulluqçu işlədən şəxslər qısa müddətdə şam yeməyinə belə möhtac qaldılar.
Azərbaycanlıların yaşadığı kəndlər viran edilib boşaldıldı, var-dövlətləri əllərindən çıxmış kəndlilər isə əkdikləri məhsulu yığa bilmədilər.
Urmiya, Səlmas və Xoy şəhərlərinin bazarları ermənilər və ruslar tərəfindən bir neçə dəfə talanıb, tacirlərin var-dövləti qarət edildi.
Yolların bağlanması və ticarətin məhv olması ilə əhalinin gündəlik tələbat mallarında qıtlıq yarandı və qiymətlər bir neçə dəfə artdı. Həmçinin əkinin az olması, məhsulun olmaması və qıtlıq üzündən də çox sayda insan aclıq, eləcə də soyqırımı və yayılan yoluxucu xəstəliklərdən tələf oldu.

 

Mənbələr
Güntəkin Nəcəfli- "Urmiya bölgəsində Azərbaycanlılara qarşı soyqırımı (1917-1918)”
Həsən Səfəri- "Cənubi Azərbaycan: 1918-ci il soyqırımı”
 
Nazim  Hacıyev



Загрузка...
Həmçinin oxuyun:
Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələri günü

Azərbaycan Silahlı Qüvvələri günü

Laçınsız 27 il

Laçınsız 27 il

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

28 May Respublika Günü

28 May Respublika Günü

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər

Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Qərb Universitetində Xocalı faciəsi anılıb

Qərb Universitetində Xocalı faciəsi anılıb