AzTehsil.com


Xəbərlər
14 oktyabr 2017
3 802


Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT



Ölkə gündəmi artıq neçə gündür ki, orta məktəbdə 10-cu sinif şagirdləri üçün dərc olunmuş tarix saxtakarlığından danışır.


10-cu sinifin "Azərbaycan tarixi" kitabında Azərbaycana məxsus əzəli torpaqlar Ermənistan ərazisi kimi göstərilib, daha sonra isə "Bir səhv, yanlışlıq olub" deyərək üstü örtülməyə çalışılıb.


Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev dərsliklərdə nəşr olunmuş daha bir yalançı "erməni tarixi"ni üzə çıxarıb. Əliyev bildirib ki, eyni adlı dərsliyin 7-ci siniflər üçün olan nəşrində ərəb istilası dövründə torpaqlarımızda ermənilərin yaşadıqları qeyd olunub. Əslində isə bu heç bir reallığı əks etdirmir.


"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəşr etdiyi və rəy verdiyi bir dərslik daha. 7-ci siniflər üçün Azərbaycan Tarixi kitabı.

Kitabda diqqətini çəkən bu cümlə oldu: Əbu Sac Divdad Sacilər dövlətinə itaət etmək istəməyən ermənilər və gürcülər Yusif ibn Saca qarşı çıxdılar.


Tarixə nəzər salsaq görərik ki, ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü Türk dövlətlərindən biri də Sacilər idi. 879-941-ci ilə qədər təxminən hakimiyyətə olub.


Söhbət eramızın VIII-IX əsrindən gedir. Üzümü tuturam bu dərsliyin müəlliflərinə. O dövrdə erməni feodalları hardan meydana çıxdı? Ümumiyyətlə Sacilərin əsas mərkəzlərindən biri Qarabağ zonasında o dövrdə ermənilər necə peyda oldular və üstəlik feodallar idilər?


Tarixdən məlumdur ki, Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı.


Bəs, niyə tariximizdə şagirdlərə səhv tarix başa salırsız. Niyə onların beyninə yeridirsiz ki, ermənilər bu torpaqda qədimdən yaşayıb? Niyə Sünik, Sisakan, Şəki qalası (Qərbi Azərbaycanda Səhl İbn Sumbatın qalası) kimi albanlara məxsus tarixi ermənilərin adına yazırsız? IV əsrdə bütün albanlarla birlikdə Sisakan əhalisi də xristianlığı qəbul etmişdi. Bu sülalənin nümayəndələri "Saklı" (ərəb mənbələrində "Səhl") ləqəbini daşıyırdılar. "Səhl" (yəni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi.Moisey Kalankatlının əsərini tədqiq etmiş Çarlz Dousett də Səhl ibn Sunbatın Arranşahik xanədanının Zarmixr nəslinə mənsub olduğunu və etnik mənşəcə alban olduğunu bildirmiş, onu Baqratuni xanədanına aid edən tədqiqatçıların fikirlərini qəti şəkildə rədd etmişdi.

Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri "məlik" adlanırdılar. Səhl ibn Sunbat da məlik idi.

 

Ərəb mənbələrində Səhl ibn Sunbat formasında yazılmış ad türkcə sun – ―gözətçi, ―keşikçi, ―nəzarətçi və bat – ―mətin, ―bahadır sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan ―bat sözü albanlarda Urbat, VI əsrdə Orta Asiyada ağ hunlarda (eftalilərdə) Qrunbat, türk bolqarlarda Kurbat , 755-ci ildə Xorasanda ərəblərə qarşı 70 gün üsyan qaldırmış türk Sunbad, XII əsrdə Azərbaycanda Oğuz-Səlcuq əmirlərindən Əbubəkr Bahaəddin Sunbat və b. şəxs adlarının sonlarındakı ―bat sözü ilə eynidir. Göründüyü ki, Si sülaləsinin hakimləri etnik mənsubiyyətcə türk idilər.


Səhl ibn Sumbatın albanlığı və Mehranilər sülaləsinə mənsubluğu heç bir şübhə oyatmır. Səhlin mülkü hesab edilən Şəki ərazisi Azərbaycan Respublikasının Şəki şəhəri ərazisi yox, Zəngəzur ərazisində yerləşən Şəki kəndi olmuşdur.

Hətta Türklərdə Seyid Battal adlı dastanda Səhli Seyid Battal adlandırılar.


Cənab Nazir, cənab və xanım məsullar. Niyə saxta tarixi dərsliklərə salırsız. Niyə beyinlərə burda ermənilərin qədimdən yaşaması kimi uydurma fikirlər yeridirsiz. Niyə bu coğrafiyada 17-ci əsrə qədər olmayan erməniləri soxuşdurursuz tariximizə. Niyə belə cinayətə, milli dövlətçliyə, tarixə, milli təhlükəsizliyə uzanan çirkli əlləri kəsmirsiz?


Hətta erməni müəllifləri belə bu torpaqlarda yaşamadıqların etiraf edirlər. B. İşxanyan- "Qafqaz xalqları", Petroqrad, 1916-cı il səh.18-də konkret yazır "Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin böyük ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Bir hissəsi isə təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır."


Yaxud xalqımızın düşməni Zori Balayan- "Ocaq", səh. 120, 192, 273-də konkret qeyd edir " 1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onilliklərdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür."


Və son olaraq Haykaryan- "Erməni tarixi", Paris, 1919- il kitabında yazır "Erməni sülaləsinin başçısı tarixdə olmayıb, o, nağıllardan götürülmüş uydurma şəxsiyyətdir."


Siz ermənilərin özlərinin etirafları, bu da bizim tarixçilərin "reallıqları".. Bizim tariximizi niyə ermənilşədirsiz?


Niyə axı niyə".




Загрузка...
Həmçinin oxuyun:
Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır

Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR