AzTehsil.com

Xəbərlər / İKT / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
07 iyul 2025
1 198

"Məktəblərdə ikinci xarici dil bu ola bilər"



AzTehsil.com - "Dünyada xeyli sayda dillər var ki, o dillərdən ikinci xarici dil kimi istifadə etmək faydalı ola bilər. Əsas məsələlərdən biri həmin xarici dillər üzrə tədrisi həyata keçirə biləcək mütəxəssislərin olmasıdır".


Bu fikirləri Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Azərbaycanda tədris oluna biləcək xarici dillərdən danışarkən bildirdi. Onun fikrincə, məktəbdə tədris keçəcək olan mütəxəssislər həm də pedaqoji kadrlar olmalıdır:


"Bu baxımdan müxtəlif dilləri bilmək, öyrənmək gənclərimiz üçün fərqli imkanlar yaradır. Onlar xarici dilləri bilməklə təhsil ala, iş imkanlarını genişləndirə bilərlər. Dil əlavə biliklər əldə etmək üçün də əlverişlidir. Dil özü təkcə ünsiyyət vasitəsi deyil, elmi ədəbiyyatlara çıxış etmək, müxtəlif dərsliklərdən istifadə etmək imkanları yaradır. Təbii ki, biz bütün dillərin tədrisini həyata keçirə bilmərik, amma mütəxəssislərimiz olsa, alternativlər təklif edə bilərik. Alternativləri ona görə təklif edə bilmirik ki, tədris üçün o qədər kadr potensialımız yoxdur".


Təhsil eksperti vurğuladı ki, dünyanın böyük dillərindən biri Çin dilidir.


"Çin dilində tədrisin keçirilməsi üçün son illər müəyyən arzular və istəklər var. Hesab edirəm ki, gələcəkdə Çin dili mütəxəssislərimiz olsa, ikinci xarici dil kimi Çin dilinin tədrisini həyata keçirə biləcəyik. Bəzi məktəb və universitetlərdə alman dili ikinci dil kimi təklif olunur. Həm də bu ölkələrdə yaxşı təhsil almaq imkanları genişlənir. Dərsliklərin, çevik kurikulumların olması önəmlidir. Düşünürəm ki, bu istiqamətdə real işlər ortaya qoymaq lazımdır. Hədəflər düzgün müəyyənləşdirilməlidir.


Son illərdə ikinci xarici dil olaraq tədris olunan dillərdən biri rus dili olub. Əslində rus dilinin imkanlarına daha çox önəm vermişik. Qonşu dövlət olaraq Rusiya ilə əlaqələr də geniş olub. Bu da əmək bazarlarına üz tutmaq üçün şərait yaradırdı. Amma görünən odur ki, dünya və şərtlər dəyişir. Qeyd etdiyim dillər dünyada geniş yayılan dillərdir. Çox istərdik ki, ispan dilində əlavə tədris olsun. Amma dil üçün bizdə imkanlar varmı? Təbii ki, bunlar arzudur. Sualın cavabı isə təəssüf ki, yoxdur. Çünki həqiqətən də baza yoxdur. Kadr hazırlığı özü də böyük zaman tələb edir", - deyə İlqar Orucov əlavə etdi.



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Metodbirləşmələr

Metodbirləşmələr

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ünsiyyət nədir

Ünsiyyət nədir

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi