AzTehsil.com


Xəbərlər / Ziyalılar
22 iyun 2020
1 692


İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır



İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

 

Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılıb. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.


O, vurğulayıb ki, pandemiya ilə bağlı vəziyyətin necə olacağı məlum deyil: "Məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin, distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir”.

Qeyd edək ki, Azərbaycanda distant təhsil modeli barədə illər əvvəl düşünülsə də, bu gün ölkə təhsil ocaqları bu təhsil formasına hazır deyil.

 Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalı, yeni texnologiyaların təhsilə cəlb edilməsinə israrlı olmalıdır.

"Təhsil Nazirliyi hazırda "Microsoft” şirkəti ilə əməkdaşlıq edir. Virtual məktəb Təhsil Nazirliyi ilə şirkətin birgə ərsəyə gətirdiyi layihədir. Artıq bu layihədən təhsil alanlar və təhsil verənlər kütləvi şəkildə istifadə edir” – deyən Orucov hesab edir ki, bu kimi yeni texnologiyaların təhsilə cəlb edilməsi olduqca vacibdir.

Ekspert bildirir edir ki, gələcək dövr üçün bizi nə gözlədiyini bilmirik və bu səbəbdən də bütün təhlükələrə hazır olmalı və qabaqlayıcı tədbirlər görülməlidir. Distant təhsilin inkişafı üçün müəyyən addımlar atılmalı, məsafədən təhsilin digər alətləri gündəmə gətirilməlidir.

"Distant təhsil deyəndə yeni texnologiyalar yada düşür. Nəzərə alsaq ki, "Microsoft” şirkəti İT texnologiyalar sahəsində dünyada lider şirkətdir, belə bir şirkətin Azərbaycana maraq göstərməsi ölkəmiz üçün çox faydalıdır. 


Qeyd etdiyim kimi "Virtual məktəb” layihəsi də "Microsoft” şirkətinin layihəsidir və uğurlu bir layihədir. Ölkə başçısı tərəfindən deyilən hər bir fikir gələcək istiqaməti müəyyənləşdirir” – deyə ekspert bildirir.

İ. Orucov bildirib ki, bu gün bəşəriyyətin təhlükəsi hesab edilən koronavirus pandemiyasının nə zaman aradan qalxacağı məlum deyil. Bu səbəbdən də vəziyyətdən çıxış yolları tapmaq, yeni innovasiyalar tətbiq etmək, eyni zamanda post-pandemiya dövrünü nəzərə almaq lazımdır.

"Distant təhsil modelinin tətbiq edilməsi üçün addımlar atılmalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti bu kimi yeniliklərə açıqdır” – ekspert əlavə edib.

Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında bildirib ki, pandemiya təkcə Azərbaycanda deyil, dünyada təhsil sistemlərinə təsirini göstərib: "İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladılar”.

Azərbaycanda da mart ayında tədris prosesi dayandırıldı və bundan sonra Təhsil Nazirliyi çevik qərar qəbul edərək "Tele Dərs”, "Virtual Məktəb” layihəsini həyat keçirdi və şagirdlər üçün tədrisin normal axını davam etməyə başladı.

"Amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz. Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa, 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır” – deyə ekspert bildirib.



Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi 3 iyundan etibarən hər dəfə azı 20 min şəxsin iştirak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur. Bu da o deməkdir ki, qeyd edilən formatda sentyabrda dərslərin başlaması mümkündür: "Pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsil verənlər, həm də təhsil alanlar mükəmməl rəqəmsal bacarıqlara mal ik olmalıdırlar. Belə bacarıqların olmaması yüksək texnologiyalardan və müasir tətbiqlərdən istifadə imkanlarını məhdudlaşdırır, təhsilə və fəaliyyətə ciddi maneələr yaradır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də rəqəmsal bacarıqların formalaşdırılmasına xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi olmalıdır”.

Ekspertin fikrincə, pandemiya insanların bütün həyat tərzinə, davranışına və fəaliyyətinə güclü təsir edib. Bu səbəbdən pandemiya və postpandemiya dövrü təhsil sistemini nəzərə alınması vacib olan bir sıra çağırışlarla üz-üzə qoyub. Təhsil sistemində daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin genişləndirilməsi ön plana çıxıb. Bütün təhsil pillələrində, xüsusilə ali təhsildə distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin edilməsi məsələlərinin həll edilməsi, yeni təhsilalma forması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir.



Загрузка...
Həmçinin oxuyun:
Ölkə Prezidenti: "Mövcud vəziyyətdə təhsil sahəsində müəyyən addımlar atıldı"

Ölkə Prezidenti: "Mövcud vəziyyətdə təhsil sahəsində müəyyən addımlar atıldı"

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Nazir "Microsoft" korporasiyası və "CİSCO Systems" şirkətinin rəhbərləri ilə təhsil sistemində innovasiyaları müzakirə edib

Nazir "Microsoft" korporasiyası və "CİSCO Systems" şirkətinin rəhbərləri ilə təhsil sistemində innovasiyaları müzakirə edib

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsilalma forması və Azərbaycan təhsili

Pandemiya təhsilin hamı üçün əlçatanlığına necə təsir edir? -Müzakirə

Pandemiya təhsilin hamı üçün əlçatanlığına necə təsir edir? -Müzakirə

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

ADA Universitetinin Prorektoru Gülnur İsparova: “Pandemiyadan sonra yeni bilik və bacarıqlar tələb olunacaq”

ADA Universitetinin Prorektoru Gülnur İsparova: “Pandemiyadan sonra yeni bilik və bacarıqlar tələb olunacaq”

"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”