AzTehsil.com


Xəbərlər / Ekspert
03 may 2023
1 702


Sertifikasiyadan keçə bilməyən müəllimlər işdən azad olunur?




"Nə qədər ki, müəllimlərdə sertifikasiya xofu qalacaq, narahatlıq və narazılıq da bir o qədər olacaq. Baxmayaraq ki, sertifikasiya ilə bağlı kifayət qədər deyilib, yazılıb və rəsmi açıqlamalar verilib, bununla belə, “Sertifikasiyanın nəticələri ilə razılaşmayan müəllim nə etməlidir?”, “Sertifikasiyadan keçməyən müəllimlər işdən azad olunacaq? Onların aqibəti necə olacaq və s. bu kimi suallar hələ də bir çox müəllimləri düşündürməkdədir. Halbuki, rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqi ilə əlaqədar belə bir prosedur sovet dönəmində də olub, sadəcə “attestasiya” sözü “sertifikasiya” sözü ilə əvəz olunub". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Nadir İsrafilov sözlərinə belə davam edib: "Onu da xatırladım ki, müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib. “Proqram”da gələcəkdə də attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmadı və “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olunaraq Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, Diaqnostik qiymətləndirmə də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı.


Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq.


Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.


O ki, qaldı sualın konkret cavabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.


Diaqnostik Qiymətləndirmədən fərqli olaraq, diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar. Artıq, müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar.


Nazirin də qeyd etdiyi kimi, eyni zamanda əlində hüquqi baxımdan saxta olmayan diplomu olan, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var: "Belə hallar az deyil. Ona görə bizim indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq".


Hazırda qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edəcəklər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndəriləcək. Göründüyü kimi müəllimlərin sertifikasiyası ilə bağlı istər qaydalarda, istərsə də təşkilatı məsələlərdə elə də ciddi qaranlıq məqamlar qalmayıb. Sertifikasiya həyəcanı yaşayan müəllimlər prosesə hazırlıq üçün müxtəlif vəsaitlərdən istifadə edir, repetitor yanına gedir, kurslara yazılırlar, onlar üçün müəyyən təlimlər keçirilir, sosial şəbəkələrdəki təhsilyönümlü qruplar sertifikasiya ilə bağlı geniş müzakirələr açıblar.


O da bildirilib ki, “Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır”. Sertifikasiyadan narahatlıq keçirən, özünə güvəni olmayan müəllimlərin ümidi isə Nazirliyin hesablamalarının nəticələrinə bağlıdır: “Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq".




Загрузка...
Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sertifikasiyadan azad olunacaq müəllimlər kimlər olacaq ?

Sertifikasiyadan azad olunacaq müəllimlər kimlər olacaq ?

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Nadir Israfilov: Təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək.

Nadir Israfilov: Təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək.

150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər də asan məsələ deyil

150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər də asan məsələ deyil

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Müəllimlər işdən çıxarılacaq

Müəllimlər işdən çıxarılacaq

Nadir İsrafilov : Sertifikasiyada yaş həddi nəzərə alınacaq...

Nadir İsrafilov : Sertifikasiyada yaş həddi nəzərə alınacaq...

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil

Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

Direktor və  müavinlərinin  sertifikatlaşdırılması da həyata keçirilə bilər.

Direktor və müavinlərinin sertifikatlaşdırılması da həyata keçirilə bilər.

“Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz” - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

“Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz” - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ