Xəbərlər / Direktor
23 may 2022
1 680

Direktor və müavinlərinin sertifikatlaşdırılması da həyata keçirilə bilər.


“Direktorların sertifikasiya prosesindən keçməsi olduqca vacibdir”.


 Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis  Elşən Qafarov deyib.


İyundan müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılacaq.


Bu məsələ direktorların və digər rəhbər işçilərin də bilik və bacarıqlarının yoxlanılması məsələsini gündəmə gətirib.


Direktor və müavinləri üçün də sertifikasiya keçirilə bilərmi?


 Elşən Qafarov məsələ ilə bağlı fikirlərini bildirib:


“Hazırda müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb. Yaxın aylarda həmin məsələyə start veriləcək.


Bununla yanaşı direktor və  müavinlərinin  sertifikatlaşdırılması da həyata keçirilə bilər.  İşin tətbiqinə müəllimlər bu prosesdən keçdikdən  sonrakı dövrdə başlanıla bilər. Lakin elə vəziyyət yarana bilər ki, müəllimlər üçün nəzərdə tutulan sertifikasiyanın test mərhələsindən sonra direktor və müavinlərinə görə prosesə start verilsin.


Təhsili inkişaf edən bütün ölkələrdə müəllimlərin sertifikatlaşdırılması ilə yanaşı, təhsil sahəsində olan rəhbər şəxslərin də bilik və bacarıqları yoxlanılır. Hazırda olan vəziyyətə görə  direktor və  müavinləri  gələcək fəaliyyətlərini davam etdirmək istədikləri təqdirdə hökmən sertifikasiyadan keçməlidirlər. Bu, onların direktor kimi  sertifikatlaşması anlamına gəlməməlidir, çünki  onlar ayrı-ayrı fənlər üzrə müəllimlərdir. Onlar həmin fənlər üzrə müəllim olaraq  Təhsil Nazirliyinin müəyyən etdiyi  saat miqdarında dərs  keçmək istəyirlərsə, tədris etdiyi fənlər üzrə sertifikasiyadan keçməlidirlər. Onların direktor və müavin kimi sertifikatlaşdırılması Təhsil Naizrliyi tərəfindən həyata keçiriləcəkdir. Bununla bağlı addımların atılacağı gözlənilir”.


 Ekpert direktorların sertifikasiyadan keçməsində nə kimi vacib məqamların olacağına aydınlıq gətirib:


 “Direktorların sertifikatlaşdırılması təhsil və əmək qanunvericiliyi, o cümlədən məktəb işinin təşkili ilə bağlı nüansları özündə əks etdirə  bilər.


Ölkədə hazırda heç kim sertifikasiyadan keçməyib, elə direktorlar olur ki, onlar 20 ildən çox eyni məktəbdə fəaliyyət göstərir, lakin bu kimi hallar müəllimlərə də aid edilir. Sertifikasiyadan keçən hər təhsil işçisi 5 il  ümumtəhsil məktəbində işləmək hüququ alır. Düşünürəm ki, növbəti mərhələlərdə müəllimlərin də uzun müddət bir yerdə işləməsi məsələsinə baxılalacaq. Çünki müəllim 40 il bir yerdə işləyir və 65 yaşına çatan zaman  işdən ayrılmalı olur və bu, ona çox böyük psixoloji sarsıntı yaşadır. Müəllim 5 ildən bir iş yerini dəyişsə, uzun illər bağlandığı yerə olan marağı azalacaqdır.


İşində uğur qazanan direktor və  müavinləri isə  daha inkişaf edən məktəblərə  irəli çəkilməlidir. Uğur qazana bilməyənlər isə  daha kiçik təhsil müəssisələrinə yerdəyişmə etməlidir”.



Загрузка...
loading...

Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Metodbirləşmələr

Metodbirləşmələr

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb