AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
14 avqust 2021
7 876


Nadir İsrafilov : Sertifikasiyada yaş həddi nəzərə alınacaq...



Nadir İsrafilov : Sertifikasiyada yaş həddi nəzərə alınacaq...

 

"Bəzi müəllimlərin narahatçılıq keçirməsinə və narazılıq bildirməsinə elə də ciddi səbəb görmürəm”

"Yaşlı və orta nəslin nümayəndələri yəqin xatırlamamış deyillər ki, müəllim əməyinin qiymətləndirilməsi və onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. O zamanlar keçirilən attestasiyanın nəticələrinə əsasən müəllimlərə rəğbətləndirmə vasitəsi kimi ali, I, II və III kateqoriyalı dərəcələr belə verilərdi. Məsələn, ali kateqoriyalı müəllimin əmək haqqı 1-ci kateqoriyalı müəllimdən, 1-ci kateqoriyalı müəllimin əmək haqqı isə, II kateqoriyalı müəllimdən yüksək olur”.

Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

O, bildirib ki, müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib:

"1999-cu ildə dövlət komissiyası tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqram"ına "rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi” barədə müddəalar daxil edilmiş və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu. Belə ki, bununla əlaqədar Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi”.

Təhsil ekspertinin sözlərinə görə, Təhsil Nazirliyin 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu:

” "Proqram”da attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmadı.Məhz buna görə də "Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik qiymətləndirmə ilə əvəz olundu. Əslində Diaqnostik qiymətləndirmə bir növ attestasiyaya hazırlıq mərhələsi kimi nəzərdə tutulmuş, bununla bağlı dəfələrlə rəsmi bəyanatlar da verilmişdi. Məsələ ondadır ki, 2014-cü ildən başlayaraq müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı. Nəticə olaraq, belə qərara alındı ki, "Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni  bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5  ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq”.

Nadir İsrafilov qeyd edib ki, "Təhsil haqqında” qanuna edilmiş dəyişiklikdən irəli gələrək, 2018- ci ildə  Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edilib: "Sertifikasiya prosedurunun başlanması və ilkin sınaqların edilməsi və müəllimlərimizin daha hazırlıqlı formada prosesə qatılması təxminən payız aylarının sonuna planlaşdırılmışdı. Oktyabr-noyabr aylarından etibarən prosesə start vermək və daha geniş formada Sertifikasiyanın həyata keçirilməsi, 2021-ci ildə davam etdirilməsi nəzərdə tutulurdu.Ləngimələrin səbəbi əsasən pandemiya ilə izah olunur. Nazirin də son açıqlamalarının birində qeyd etdiyi kimi, "Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilər. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər. Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır. İstər diaqnostika olsun, istər attestasiya və ya sertifikasiya – qiymətləndirmə olub və olmalıdır. Bəzi müəllimlərin narahatçılıq keçirməsinə və narazılıq bildirməsinə elə də ciddi səbəb görmürəm”.



Загрузка...
Həmçinin oxuyun:
Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Ceyhun Bayramov: “Müəllimlərin sertifikasiyasına oktyabr -noyabr aylarından etibarən start verilməsi nəzərdə tutulur”

Ceyhun Bayramov: “Müəllimlərin sertifikasiyasına oktyabr -noyabr aylarından etibarən start verilməsi nəzərdə tutulur”

DQ-nin nəticələri   müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

DQ-nin nəticələri müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Həm attestasiya həm də sertifikasiyadan keçməyə heç bir ehtiyac qalmayacaq

Həm attestasiya həm də sertifikasiyadan keçməyə heç bir ehtiyac qalmayacaq

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Müəllimlər işdən çıxarılacaq

Müəllimlər işdən çıxarılacaq

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin attestasiya və ya sertifikasiya olunacağı tam bəlli deyilmiş

Müəllimlərin attestasiya və ya sertifikasiya olunacağı tam bəlli deyilmiş

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Sertifikatlaşma -başqa yol varmı ?

Sertifikatlaşma -başqa yol varmı ?

Yeni qayda təhsil sisteminə nə verəcək?

Yeni qayda təhsil sisteminə nə verəcək?

Nadir İsrafilov:  "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

Nadir İsrafilov: "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

Sertifikatlaşdırmadan keçməyən müəllimlərin aqibəti necə olacaq?

Sertifikatlaşdırmadan keçməyən müəllimlərin aqibəti necə olacaq?

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Attestasiyası ləğv olunur

Attestasiyası ləğv olunur