AzTehsil.com


Xəbərlər / Müəllim
21 iyun 2022
4 857


150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər də asan məsələ deyil




“Müəllim əməyinin qiymətləndirilməsi, onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. 


Bununla belə, “Attestasiya”, “sınaq imtahanı”, “könüllü attestasiya”, ”lisenziya”, “diaqnostika” və nəhayət “sertifikasiya” – bunların hansı biri kimlər tərəfindənsə bir mənalı qarşılanıb ki,…!? Hətta, Nazir tərəfindən “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır” kimi humanist və təsəlliverici açıqlaması belə məsələyə ikili yanaşmanı aradan qaldırmayıb. Kimlərsə sertifikasiyanı səriştəsiz, müəllimlərin tədris prosesindən kənarlaşdırılması baxımından müsbət hal kimi dəyərləndirirsə, digərləri bunu müəllimlərin xüsusilə də yaşlı nəslin sayının azaldılmasına hesablanan bir addım kimi qiymətləndirir. Bu da təbiidir, çünki hər kəsin məsələyə fərdi baxış bucağı, fərqli yanaşma tərzi var”.


Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Təhsil eksperti bildirib ki, müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib:


“Əmək Məcəlləsinin 66-cı maddəsinə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin attestasiya olunmayacağı və sertifikasiyadan keçiriləcəyinə dair əlavə edilən ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq barədə yeni dəyişiklik də birmənalı qarşılanmamışdı. Milli Məclisin Elm və Təhsil Komitəsinin o zamankı sədri İsa Həbibbəylinin açıqlamasında bildirilirdi ki, dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyasının ləğvinin və sertifikasiyadan keçiriləcəyi hələ müzakirə mərhələsindədir: “Bunlar incə məsələlərdir. Ona görə də hələ müzakirə olunur. Parlament bununla bağlı qərar verəcək. Müəllimlərin attestasiyası bir neçə dəfə planlaşdırılsa da müəyyən səbəblərdən onu reallaşdırmaq mümkün olmayıb. Məhz buna görə “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, Diaqnostik qiymətləndirmə də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı. İstənilən halda, Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Bununla belə ədalət naminə razılaşmalıyıq ki, sertifikasiyanın optimal variantını işləyib hazırlamaq, işlək mexanizmlərini müəyyənləşdirmək, 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər də asan məsələ deyil”.


N. İsrafilovun sözlərinə görə, “Təhsil haqqında” qanuna edilən dəyişikliklərə əsasən üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər:


“Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar. “Sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər: Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər” kimi açıqlamalar da o anlama gəlməməlidir ki, böyük təcrübəyə malik yaşlı nəsli sıxışdırmaq yolu ilə kifayət qədər təcrübəyə malik olmayan gənclərə yol açmaq xarakteri daşısın və bundan süni istifadə hallarına yol verilsin. Müddətsiz müqavilə ilə işləyən diplomu dövlət nümunəli olmayan müəllimlərin də sertifikasiya imtahanında iştirak etmələri yalnız müsbət hal kimi qiymətləndirilə bilər. Bütün bunlarla yanaşı sertifikasiya nəticəsində hər şey saf-çürük olunacaq. Yəni, bu prosedurun məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı var və orada sertifikasiyanın keçirilməsi qaydaları konkret yazılıb: Belə ki, 1-ci mərhələdən 50 faizdən aşağı bal toplayanlar ikinci mərhələyə keçmirlər, yaxud 2-ci mərhələdə 20 faizdən az bal toplayanlar yenə keçmirlər. Nəticə 1 il müddətinə iş yeri saxlanmaqla minimum dərs yükü ilə 6 saatla işdə qalacaqlar. Nazirlik 2-ci dəfə kimlər ki, iştirak edə bilməyib, yaxud 50 faizdən aşağı bal toplayıb, onlar üçün yenidən sertifikasiya keçiriləcək. Bu dəfə də keçə bilməyənlər Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən tutduğu vəzifəyə uyğun gəlməməsi ilə bağlı işinə xitam veriləcək. Müəllimlərin sertikasiyada topladığı ballara uyğun olaraq onlara kateqoriyalar verilməsi və həmin kateqoriyalara uyğun olaraq da əmək haqlarının artırılması gözlənilir. Bu məsələlərlə bağlı hər hansı bir proqnoz verməyin tərəfdarı deyiləm. İstənilən proqnoz hadisələrin qabaqlanmasına hesablanır və geniş ictimaiyyət arasında çaşqınlıq yaranmasını qaçılmaz edir. Hər şey zamana bağlıdır. Lakin hesab edirəm ki, sertifikasiya müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edir”.


Gülnarə Abasova




Загрузка...
Həmçinin oxuyun:
Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil

Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil

Nadir İsrafilov : Sertifikasiyada yaş həddi nəzərə alınacaq...

Nadir İsrafilov : Sertifikasiyada yaş həddi nəzərə alınacaq...

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Nadir İsrafilov- Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli...

Nadir İsrafilov- Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli...

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Metodbirləşmələr

Metodbirləşmələr

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri