AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
18 sentyabr 2025
851

Sektor müdirindən AÇIQLAMA



“Rəqəmsal məktəb” platforması cari ilin fevral–mart aylarından etibarən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində pilot layihə kimi tətbiq olunmağa başlanılıb.


Bəs platformanın istifadəsində ortaya çıxan çətinliklər nələr olub? Layihənin əhatə dairəsi genişləndiriləcəkmi? 


AzTehsil.com xəbər verir ki, “Azərbaycan müəllimi”nin bu kimi suallarını Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova cavablandırıb. 


O bildirib ki, layihənin pilot tətbiqi dövründə təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurulub, platformanın istifadəsində ortaya çıxan texniki və metodiki çətinliklərin aradan qaldırılması, eləcə də müəllimlərin platformadan istifadəyə hazırlığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib:


“Artıq yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən 353 ümumi təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tam istifadəyə verilib. Həmin məktəblərdə cari tədris ilindən etibarən kağız jurnallar istifadə olunmayacaq”.


Fidan Nəcəfova əlavə edib ki, hazırda platformada qeydiyyat prosesi uğurla başa çatıb: “Bütün məktəb rəhbərləri, direktorlar və pedaqoji heyət sistemdə qeydiyyatdan keçib. Şagirdlərin qeydiyyatı isə artıq 63 faiz təşkil edir. Bu gün təhsil müəssisələrində, fənn müəllimləri və sinif rəhbərləri platforma üzərindən dərs cədvəllərinin və şagird siyahılarının aktivləşdirilməsi istiqamətində işləri həyata keçirib, bu prosesdə Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi dəstək komandası formalaşdırılıb”.


Sektor müdiri onu da qeyd edib ki, məktəblərdə dərs cədvəllərinin təsdiqlənməsi, şagird siyahılarının dəqiqləşdirilməsi, fənn müəllimlərinin siniflərə təyin edilməsi zamanı yarana biləcək texniki və ya pedaqoji çətinliklərin aradan qaldırılması üçün dəstək qrupu təhsil müəssisələri ilə sıx ünsiyyətdədir:


“Bu istiqamətdə +994 51 206 78 48 whatsapp nömrəsi və 146-4 qaynar xətti istifadəyə verilib. Cari ayın sonuna qədər bu istiqamətdə bütün çətinliklərin aradan qaldırılması üçün işlər davam etdiriləcək. Son iki həftə ərzində ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün kütləvi təlimlər təşkil olunub. Təlimlərdə hər məktəbdən direktor, direktor müavini və bir müəllim olmaqla ölkə üzrə 1023 nəfər iştirak edib.

Təlimlərin əsas məqsədi yeni tədris ilinin başlanğıcında "Rəqəmsal məktəb" platformasından istifadə qaydalarının izahı və ilkin vacib əməliyyatların öyrədilməsi olub. İştirakçılara dərs cədvəlinin aktivləşdirilməsi, şagird siyahılarının sistemə daxil edilməsi və digər zəruri funksiyaların tətbiqi üzrə praktiki biliklər verilib.

Bundan əlavə, təlim iştirakçılarına əldə etdikləri bilik və bacarıqları öz məktəblərində digər müəllimlərlə bölüşmələri tapşırılıb. Bu yanaşma vasitəsilə bütün pedaqoji kollektivlərin yeni platformadan səmərəli istifadəsi təmin ediləcək”.



Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017