Xəbərlər / Ekspert
29 aprel 2023
616


İlham Əhmədov: Bizim kurikulumla dərs keçən erməni məktəblisi


 “Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır” (Prezident İlham Əliyev).

Qarabağda tarixi Zəfərdən sonra yeni reallıq yaranmışdır. Ölkənin bütün qurumları bu reallığı nəzərəalmalı və vaxt itirmədən bu əsasda öz fəaliyyətlərini qumralıdırlar.  

Əgər Qarabağın erməni əhalisinin bir qismi orada qalıb yaşasa, bizim vətəndaş olmağa razı olsa, onların uşaqları hansı təhsil sistemi ilə oxuyacaqlar? Hansı dərsliklərlə dərs keçəcəklər?  Təbii ki, milli azlıq kimi  bizim dərsliklərlə oxumalıdırlar. Bizim dərsliklər  erməni dilinə tərcümə edilərək dərc edilib onlara verilməlidir.  Erməni məktəbliləri üçün xüsusi olaraq Azərbaycan dili, Azərbaycan tarixi  və digər milli komponetli dərsliklər  yazılmalıdır. Onlar Azərbaycan vətəndaşı kimi dövlət dilini, konstitusiyanı və  tariximizi öyrənməli, dövlət dilində danışmağı bacarmalıdırlar. 

Bəs bizim keyfiyyətsiz  və səriştəsiz kurikulumlarla tanış olduqdan sonra,  ermənilər öz uşaqlarını bu sistemlə oxutmağa razı olacaqmı? 

Bəs Xankəndi universitetinin tələbələri  necə? Biz  onlara indi istifadə etdikləri dərsliklərdən, metodikalardan, texnologiyalardan daha  yaxşısını təqdim edə biləcəyikmi? Yoxsa, onlar yenə də Yerevanda yazılan anti türk rədsliklərlə təlim  keçəcəklər. Məlumdur ki, bu kitablarda türkə qarşı  xeyli həqarətlər var, tarix saxtalaşdırılıb, yalançı genosid haqqında nağıllar yer alır, bizə qarşı ərazi iddiaları var v.s. 

ETN görəsən bu haqda  nə  düşünür? Məncə bu haqda heç nə düşünmür,  onların heç vaxt normal strategiyaları olmayıb. Düşünsəydilər, milli təhsilimizi bu günə qoymazdılar,  heç olmasa nə isə ortalığa çıxa bilən yaxşı işlər də görərdilər.  

ETN ən azından 2020-ci il 8 noyabr Zəfərindən sonra bu haqda  ciddi düşünməli, təcili tədbirlər görməli idi, yoxsa bunu da onlara kənardan demək lazım idi.  Biz bu məsələni 2 il əvvəl də qaldırmışdıq.  ETN heç bir təklifə məhəl qoymur, təhsildə deyəsən hər şeyi yaxşı “bilirlər”. 

Təəssüf ki, ETN  illər ərzində gördüyü işlər Lökbatandan o yana çıxarılası deyil.  

Bu məsələlərə təhsil problemi  kimi deyil, siyasi məsələ kimi baxılmalıdır. 

Deyəsən Qarabağın   erməni məktəblərinin bizim milli təhsil məkanına inteqrasiyası ETN-nin menecerləri üçün xeyli  problemlər yaradacaq. Bir tərəfdə naşı komanda, bir tərəfdə isə hiyləğər, təhsil sahəsində təcrübəsi və biliyi olan,  peşəkar erməni təhsil məmurları, erməni  müəllimləri. Xüsusən də erməni müəllimlərinin  bizim nazirliyin öz standartları ilə sertifikasiya, MİQ, DQ  imtahanlarına cəlb edilməsi  ETN üçün asan olmayacaq. 

Nəhayət, Qarabağın erməni müəllimləri və şagirdləri ETN-nin onlara bəh-bəhlə təqdim edəcəyi "Məktəblinin dostu" layihəsinə görəsən nə reaksiya verəcəklər?  

Amma bu problemlərin müsbət tərəfi də vardır. Bəlkə də erməniləri keyfiyyətsiz təhsillə təhdid edərək, oralardan didərgin salmaq mümkün oldu. 

Dos. İlham Əhmədov

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

ZİRVƏ KURSLARIndan nəcib addım - ŞƏHİD ÖVLADLARI ÖDƏNİŞSİZ OXUYACAQLAR

ZİRVƏ KURSLARIndan nəcib addım - ŞƏHİD ÖVLADLARI ÖDƏNİŞSİZ OXUYACAQLAR

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Metodbirləşmələr

Metodbirləşmələr

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri