ZİRVƏ KURSLARIndan nəcib addım - ŞƏHİD ÖVLADLARI ÖDƏNİŞSİZ OXUYACAQLAR
Aztehsil.com xəbər verir ki, ölkənin təhsil sektorunda artıq 16 ildir ki ,fəaliyyət göstərən Zirvə Tədris Mərkəzi 2018-2019-cu tədris ili üçün elan etdiyi qəbul imtahanında nəcib bir addım ataraq şəhid övladları üçün abuteryent hazırlığının ödəninişini ləğv etmişdir.
Qeyd etdiyimiz kimi ,artıq 16 il təhsil sektorunda fəaliyyət göstərən Zirvə Tədris Mərkəzində ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri ,eləcə də gələcəkdə bu vəzifələrdə çalışmaq istəyənlər üçün " Məktəbşünaslıq” hazırlıq kursları ( Bu kurslarda təhsil və əmək qanunvericiliyi,məktəbşünaslığın nəzəri və praktik məsələləri ətraflı öyrədilir, Təhsil Nazirliyinin təşkil etdiyi məktəb direktorları və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi direktor müavinləri , Uşaq Birliyi Rəhbərləri və kitabxanaçıarın işə qəbulu ilə bağlı müsabiqəyə tam hazırlaşdırılır.) ,xarici dil kursları və Müəllimlərin İşə Qəbulu Müsabiqəsi hazırlaşanlar üçün ixtisaslar, Metodika (kurikulum) və məntiqdən hazırlıq kursları yüksək səviyyədə təşkil edir.