AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
22 dekabr 2018
2 964


Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.



 

 
 
Bu gün Azərbaycan məktəbi haqqında geniş ictimaiyyət arasında müxtəlif fikirlər səslənir. Yaxşı və pis məktəb, güclü və zəif müəllim anlayışları bütün hallarda müasir təhsilimizin səviyyəsinin göstəricisi kimi çıxış edir. Hazırda müəllim nüfuzu, müəllim-şagird münasibətləri, məktəbə olan hörmət və ehtiram barədə söhbət düşəndə mənfi məqamlar daha çox narahatlıq doğurur. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır.

Təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır. Həm də müasir anlamda yalnız öyrətmir, eyni zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, şagirdlərin zehni fəallığını təmini, müstəqil işləmələrinin qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir.

Ekspert deyir ki, müəllim şagirdin səhvini ona elə çatdırmalıdır ki, bu həm  uşağın dərsə olan marağını, həm də müəlimə olan hörməti azaltmamalıdır. Müəllimlər tənbehedici üsullardan istifadə edərkən bu uşağı sındırmağa yox təhsilə münasibətini, davranışa münasibətini dəyişməyə təhrik etməlidir.

M.Mürşüdlü məktəblərimizdə bu problemlərin başlıca səbəbi kimi müəllim-şagird, müəllim-valideyn münasibətlərinin aşağı səviyyədə olmasından, müəllimlərin pedaqoji savadsızlığından irəli gəldiyini deyir. Buna görə müəllimlər öz üzərində çalışmalı Sovet dövründən qalma ənənələrdən uzaqlaşmalıdırlar.

"Bəzən valideynlər də şagirdin müəllimə olan hörmətinin azalmasında əsas iştirakçı rolunu oynayırlar”

Millət vəkili Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı müəllim-şagird münasibətlərində valideynlərin də yanlışlara yol verdiyini deyir.  "Müəllim şagirddən dərsi ciddiyətlə tələb etsə də, bəzi valideynlər buna narazılıq edirlər. Valideynlərin bu cür yanaşması yanlışdır və düzəldilməlidir. Məktəb-valideyn əlaqəsi gücləndirilməlidir. Məktəbdə müəllimin nüfuzunun artırılması müəllim şəxsiyyətindən aslıdır”.

Millət vəkili məktəblərdə nizam intizama ciddi fikir veriləməli olduğunu bildirib. "Məktəblərimizdə müəllimlərin ciddiyəti artırılmalıdır. Məktəbdə ciddi nizam-intizam olmalıdır.  Bu şagirdlərə fiziki güc tətbiq etmək yolu ilə yox dövlətimizin qanunları ilə qəbuledilən qaydalar əsasında məktəblərimizdə tətbiq edilməlidir”.

Təhsil eksperti M.Mürşüdlü müəllim şəxsiyyətinə kifayət qədər hörmətlə yanaşılmadığını deyir. "Müəllimlik peşələr arasında çox böyük iddiaya malik olanıdır. Çünki burada öyrətmək iddiası var. Kimə, nəyi, necə öyrətməkdən, başqasının övladını öz övladı kimi yetişdirməkdən söhbət gedir. Ancaq çox təəssüf ki, bu gün müəllim şəxsiyyətinə kifayət qədər hörmətlə yanaşan şagirdə, valideynə çox az-az rast gəlinir”.

Ekspert bildirir ki, Sovet dövründə formalaşmış klassik müəllim anlayışı artıq dəyişib. İndi müəllimi uzaqdan görən kimi gözdən yayınan, gizlənməyə çalışan şagirdlərə rast gəlmək mümkün deyil: "O dövrdə müəllim şəxsiyyətinə yanaşma bir başqa idi. İndi valideynlər deyir ki, uşağım mənim üçün çox əzizdi, ərköyün saxlanılıb, evdə nazını biz, "kaprizlərini” isə məktəbdə müəllimlər çəkməlidir. Valideyni bu fikirdə olan uşaqdan nə gözləyəsən?! Müəllim intellekti, bilik və təcrübəsi, mehriban davranışı, ünsiyyəti ilə şagirdin diqqətini cəlb etməyə çalışır. Müxtəlif metodlardan istifadə edərək oxumaq arzusu olmayan şagirdin diqqətini dərsə yönəltməyə səy göstərir. Ancaq nəticə alınmadıqda şagirdə öyüd verməkdən belə çəkinir”.

Ekspert də müəllim-şagird münasibətində valideynin nə olursa olsun, öz övladının tərəfini saxlamasının uşağın təlim-tərbiyəsinə mənfi təsir göstərdiyini deyir.  "Əvvəllər müəllimlə şagird arasında hər hansı bir problem yarananda valideynlər müəllimin tərəfini tutur, onu dəstəkləyirdilər. İndi isə valideynlərin fikirləri dəyişib. Onların əksər hissəsi hesab edir ki, səbəb nə olursa olsun, şagirdə müəllim tərəfindən hər hansı bir irad bildirilməməlidir. Hətta şagird dərsə hazır olmadığı təqdirdə belə! Valideynlərin bu yalnış fikri isə ilk növbədə şagirdin təlim-tərbiyəsinə öz mənfi təsirini göstərir”.
simsar.az



Загрузка...
Həmçinin oxuyun:
Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Şagird sinfə girən müəlliminə “Nasist salamı” verdi – VİDEO

Şagird sinfə girən müəlliminə “Nasist salamı” verdi – VİDEO

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Təlimdə şagirdin öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Təlimdə şagirdin öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Şagirdlərə fərdi yanaşma prinsipi

Şagirdlərə fərdi yanaşma prinsipi

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

“Müəllimin şagirdə çox şey öyrətməsi böyük problemdir” – Pedaqoqdan gözlənilməz  açıqlama

“Müəllimin şagirdə çox şey öyrətməsi böyük problemdir” – Pedaqoqdan gözlənilməz açıqlama

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?