AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
09 dekabr 2017
3 960


“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT



Almaz Həsrət: "Hər yerindən duran dərslik yazmağa başladı”


"Şagirdə ev tapşırığı verilməməlidir”


"Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Həm də iş-güc o qədər olur ki, uşağa kömək etməyə vaxtım olmur. Məcbur olub onu əlavə müəllim yanına hazırlığa qoydum. Ayda müəllimə 50 manat verirəm ki, heç olmasa, uşaq tapşırıqlarını yerinə yetirə bilsin. Özünün evdə təkbaşına tapşırıqları yerinə yetirməsi mümkün deyil”. Bu sözləri valideyn Kəmalə Əzizova deyir və onun dediklərini bir çox valideyn də təsdiq edir.


"Üç nöqtə”yə açıqlama verən əməkdar müəllim, ekspert Almaz Həsrət bildirdi ki, burada nəzərə alınmalı nüanslar var:

 

"Biz hamımız orta məktəbdə oxumuşuq. Məlumdur ki, hər bir fənnin keçirilməsində geriləməmiz olardısa, müəllim o zaman bizə əlavə tapşırıqlar verirdi. Biz  də evdə həmin tapşırıqları yerinə yetirməklə mövzunun tam şəkildə mənimsənilməsinə nail olmağa çalışırdıq. Şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər.

 

Eyni zamanda, müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni, tapşırıqlar bu hallarda verilə bilər. Ümumilikdə isə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Tərbiyənin özü də ailə və məktəbdən gəlir. Şagirdlərimiz məktəbdən evə gedərkən sırf fiziki tərbiyə ilə məşğul olan müəyyən işlər görməlidirlər. Yəni, onlar əyləncəli idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə yaşlı baba və nənə varsa onlarla, valideynləri ilə vaxt keçirməlidirlər. Evə tapşırıqlar ona görə verilməməlidir ki, şagirdin istirahətini keçirməsi üçün ona imkan yaradılsın”.


A.Həsrət deyir ki, uşaqların gün ərzində neçə saat dərslə məşğul olması onların qavrama qabiliyyətindən çox asılıdır:

 

"Misal üçün əgər mən övaldımın çox zəif olduğunu bilirəmsə, o zaman mən uşaqla iki saata yaxın riyaziyyat yaxud digər fənnlə  məşğul olaram. Yox əgər qavraması çox yaxşıdırsa, güclüdürsə, o uşaqla yarım saat da məşğul olmaq kifayətdir”.


Ekspert qeyd etdi ki, uşaqların sinif daxilində öyrənməsi müəllimdən çox böyük ustalıq tələb edir:

 

"Müəllim adi ev tapşırıqlarının əvəzində, uşaqlara mövzunun işlənməsi üçün elə tapşırıq verə bilər ki, həmin mövzuya aid olan bilgini evdə, həyətdə, gəzintiyə getdiyi məkanda və s. əldə edə bilərlər. Bilik hər şey yaddan çıxandan sonra insanın beynində qalan bir məhsuldur. Həyati bacarıqlarına sirayət edən mövzu şagirdin biliyi olur. Yəni, biz şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək. Müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin.

 

Əgər tapşırıq vermək rəva bilinirsə, bu zaman ev tapşırığı elə səviyyədə verməlidir ki, şagirdə özü də bunu anlasın. Yəni, şagird müəllimin bu tapşırığı ona sinif yoldaşlarına nisbətən irəliləməli, bilgisində olan boşluğu doldurmalı olduğuna görə verdiyini anlamalıdır. Yaxud da hamıdan yüksək bildiyini zənn edərək, daha yüksək arenaya çıxışı üçün ona yol açıb, işıq verdiyini başa düşməlidir. Yəni, şagirdlər bunu dərk etməlidir”.


A.Həsrət əlavə etdi ki, müəllimlər öz üzərlərində çox çalışmalı, şagirdləri əlavə tapşırıqlarla yükləməməlidirlər:

 

"Bəzən istər ibtidai, istərsə də ümumi orta təhsildə müəllim 10 tapşırığın hamısını bütün sinfə verir. O tapşırıqlardan zəif şagird ikisini həll edə bilər ya yox, orta təhsilli şagird yarısını, yüksək təhsilli şagird isə hamısını edə bilər. Belə olan halda sinifdaxili qiymətləndirmədə də yanlışlıqlar ortaya çıxacaq, zəif şagird elə zəif olaraq da qalacaq. Ona görə qiymətləndirmənin düzgün şəkildə aparılması üçün müəllimlər doğru-düzgün tapşırıq seçməlidirlər. Əgər belə olarsa, şagird düzgün qiymətləndiriləcək, onların biliyi çox yüksək səviyyədə olacaq və öz effektini də göstərəcək”.


Ekspert qeyd etdi ki, indiki dövrdə dərsliklərlə bağlı fikrim heç də xoş deyil. Çünki, bu sahədə çox böyük problemlərlə üzləşmişik:

 

"Kurrikulumun tətbiqi ilə əlaqədar dövlətimiz və Təhsil Nazirliyi müəllimlərə və təhsil işçilərinə çox güvəndiyi və inandığı üçün fərdi seçim veriblər, artıq hər kəs dərslik yaza bilmə iqtidarındadır. Bundan sonra dərslik yazmanı hamı asan qəbul etdi və düşündü ki, əgər dərslik yazma iqtidarım varsa və bu tenderdə qalib olacamsa, mən niyə də dərslik yazmayım? Bu fikirlə əksəriyyət dərslik yazmağa başladı. Dərsliklərin yazılmasında xarici ölkə dərsliklərinə istinad edərək tərcümələr etmək daha çoxluq təşkil edir. Tərcümələrin özündə də qüsurlar saxlanılmaqla bu şəraitdə dərsliklər hazırlandı. Beləliklə də, hər yerindən duran dərslik yazmağa başladı”.


Almaz Həsrət söylədi ki, dərslik seçilməsində və qiymətləndirilməsində təyin olunan ekspertlərin özlərinin də heç o səviyyədə bacarığı yoxdur ki, dərslikləri qiymətləndirsin:

 

"Mükəmməl şəkildə dərslik yazanın olmaması Azərbaycan təhsilində olan bir boşluqdur. Heç olmasa ən azından 80-90 faiz keyfiyyətli dərslik yazılmalıdır. Ümumiyyətlə, o dərslikləri yoxlama iqtidarında olan səviyyəli, bacarıqlı, biliki, hərtərəfli dünyagörüşünə malik olan ekspertlər olmalıdır. Amma təəssüf ki, yoxdur. Ona görə də son 7-10 il ərzində kurikulum - təhsil proqramının tətbiqi ilə keçilən fənnlərin tədrisində istifadə olunan dərsliklərdə en qədər səhvlər və qüsurlar var. Redaktə səhvlərindən tutmuş, sxem, cədvəl, rəqəm, mətn, mövzu, cümlə səhvləri, elmi səhvlər bunların hamısı toparlanır. Amma unutmaq lazım deyil ki, dərsliklər sırf mütəxəssis tərəfindən yazılmalıdır. Dərsliklərin yazılmasında həmin ixtisas üzrə mütləq bir alim, müəllim və psixoloq olmalıdır. Mən əminəm ki, məhz bu komandanın yazdığı dərslik yüksək nəticə göstərə bilər”.


Ekspert dedi ki, son illərdə yazılan dərsliklər qənaətbəxş deyil:

 

"Ona görə də dərslikləri tamamilə düzəltmək üçün bir institut yaxud qurum yaradılmalıdır. Burada sırf dərslikləri yaza bilən mütəxəssislər yetişdirilməlidir. Yaxud təklif edərdim ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris resurslarının hazırlanması üzrə fakültə açılsın. Və o fakültəyə köhnə dərslikləri yazan mütəxəssis alimləri və müəllimləri toplansın, orada dərslik yazılması ilə bağlı dərs desinlər. Xaricdən mütəxəssilər cəlb edilsin, müəyyən seminarlar, treninqlər və tədbirlər keçirilsin. Bəlkə, məhz bundan sonra heç olmasa orta səviyyəni aşmış imkana malik bir dərsliyi yarada bilək”.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA