AzTehsil.com

Xəbərlər / Cəmiyyət
11 sentyabr 2017
2 926

Azərbaycanda dərsliklər pulla satılır?

Təhsil Nazirliyi (TN) orta məktəblərdə dərslik çatışmazlığının olması, bəzi məktəblərdə dərsliklərin şagirdlərin öz vəsaitləri hesabına alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, 2017/2018-ci tədris ili üçün şagirdlərin dərsliklərlə təminatının təşkili üçün bu ilin may ayınadək respublikanın dövlət ümumtəhsil məktəblərinin şagird kontingenti və məktəblərin kitabxanalarında mövcud olan istifadəyə yararlı dərsliklərin sayı dəqiqləşdirilib. 

Nəticədə, yeni tədris ilinə dərsliklərə olan tələbat müəyyənləşdirilib və ona müvafiq olaraq dərsliklərin bölgüsü hazırlanıb. 241 adda 4563416 nüsxə IV, VI, VIII və X siniflər üçün dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Nazirlikdən əlavə edilib ki, təhsil nazirinin 04.08.2017-ci il tarixli, 244 nömrəli əmri ilə aidiyyəti tabe qurumlara həmin dərslik və müəllimlər üçün metodik vəsaitlərin yerlərə vaxtında çatdırılması, yarana biləcək problemlərin effektiv həlli üçün müvafiq işlərin görülməsi tapşırılıb. Eləcə də, TN tərəfindən valideynlərə mətbuat vasitəsilə dərsliklərin sentyabrın 8-dək məktəblərdən götürmələri barədə müraciət ünvanlanıb.

Konkret dərslik çatışmazlığının olub-olmamasına gəldikdə, TN-dən qeyd edilib ki, yeni dərsliklər mövcud tələbata uyğun olaraq çap edilib. Əvvəlki illərdə çap olunan dərsliklər isə məktəb kitabxanalarında kifayət qədər mövcuddur və hazırda onlar məktəblərdə şagirdlərə paylanılmaqdadır: "Dərslik çatışmazlığı yalnız hər hansı ərazidə miqrasiya nəticəsində şagird sayının dəyişməsindən yarana bilər. Həmin problemin də vaxtında, tədris ilinin başlanmasından əvvəl həlli üçün miqrasiya etmiş hər bir şagirdə ona aid olan dərsliklərin gətirilməsi üçün yeni gedəcəyi məktəbə təcili olaraq müraciət etməsi tövsiyə edilib. Əgər problem yaranarsa, aidiyyəti qurumlara problemin həlli üçün müvafiq tədbir görmələri tapşırılıb”.

TN-dən bəzi məktəblərdə çatışmayan dərsliklərin şagirdlərin öz maliyyə vəsaiti hesabına almalı olması barədə valideynlərin söylədiyi iddialara da münasibət bildirilib. Nazirlik qeyd edir ki, respublikanın dövlət ümumtəhsil məktəblərinin şagirdləri üçün dərsliklər dövlətin ayırdığı vəsait hesabına çap edilir və şagirdlərə pulsuz verilir. Hazırda ümumi təhsil müəssisələrində kifayət qədər dərslik var və bu məsələdə hər hansı çatışmazlıq barədə nazirliyə məlumat daxil olmayıb. 

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA: "Sentyabrın 8-nə qədər bütün məktəblərdə..."

DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA: "Sentyabrın 8-nə qədər bütün məktəblərdə..."

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Dərslər bu tarixdə başlayacaq

Dərslər bu tarixdə başlayacaq

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”