AzTehsil.com


Xəbərlər / Cəmiyyət
29 avqust 2017
2 879


“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”



"Mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə təhsil nazirliyi çox həssas və təcili münasibət göstərməli və çoxlu səhvlər aşkarlanan dərsliklər yenidən hazırlanmalı, həmin dərslikləri hazırlayanlar və ona nəzarət edib düzəlməsinə cavabdehlər tamamilə prosessdən uzalaşdırılmalıdır”.


Bunu millət vəkili Qənirə Paşayeva dərsliklərlə bağlı açıqlamasında bildirib.

Elə bu gün təhsil naziri Mikayıl Cabbarova müraciət hazırladığını bildirən millət vəkili məsələyə ən qısa zamanda cavab veriləcəyinə inanır:

"Bir az əvvəl mətbuatdan bir sıra əməkdar müəllimlərin dərsliklərlə bağlı açıqlamalarını oxudum. Çox narahat edici və ciddi bir məsələdir. Mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə Təhsil nazirliyi çox həssas və təcili münasibət göstərməli və çoxlu səhvlər aşkarlanan dərsliklər yenidən hazırlanmalı, həmin dərslikləri hazırlayanlar və ona nəzarət edib düzəlməsinə cavabdehlər tamamilə prosessdən uzalaşdırılmalıdır. Əgər bir dərslikdə şagird səhv tutursa bu çox üzücü məsələdir. Ən narahat edən məsələ isə Əməkdar müəllim Almaz Həsrətin vurğuladığı yanaşmadır.

Deməli neçə illərdir mütəxəssislər biologiya dərsliklərində çoxlu səhvlər tapırlar amma vəziyyət dəyişmir. Bəs Təhsil nazirliyi tərəfindən təyin olunmuş ekspertlər hara baxıb? Nədən vəziyyətin düzəldilməsi üçün addımlar atılmayıb. Bu ölkədə yaxşı dərslik yaza biləcək onlarla mütəxəssis var. Nə üçün onlar prossesə cəlb olunmur. Dəhşətə bax. Almaz xanım deyir ki, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar etmişik. Vallah adam deməyə söz də tapmır. Mən Almaz xanım və bu məsələdə mövqe nümayiş etdirən mütəxəssislərin hamısı ilə razıyam və hesab edirəm ki bu dərsliklər məktəblərə göndərilməməlidir. Düşünün ki uşaqlar oxuduqları dərslikdə səhvləri görür və müəllimə dərslikdə olan səhvləri deyir. Doğurdanda utanverici bir vəziyyətdir və təcili düzəldilməlidir. Maraqlısı odur ki, səhv dolu kitab niyə qalib elan edilir?!” Almaz xanım və digər mütəxəssislərin bu sualına şəxsən mən də maraqla nazirlikdən cavab gözləyirəm. Necə olub? Görün vəziyyət nə yerdədir ki, tanınmış bir müəllimə dərsliklərimizi utandıqlarından beynəlxalq tədbirlərə apara bilmədiklərini deyir. Mən bir millət vəkili olaraq bu məlumatları, açıqlamaları oxuyanda çox narahat oldum və bu gün cənab nazirə müraciət hazırlamışıq. İnanıram ki təhsil naziri, bu sahədə bir sıra uğurlu dəyişikliklərə nail olan Mikayıl Cabbarov bu məsələyə qısa zamanda reaksiya verəcək və ciddi tədbirlər görüləcək.

Mən də Almaz xanımın çağırışına qoşularaq ciddi mütəxəssislərin iştirakı ilə dərsliklərə yenidən baxılmasına çağırıram. Əməkdar müəllim Almaz xanımın açıqlamaları, əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayevin "son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir. Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun” açıqlamasına ciddi yanaşmalıdır nazirlik. Təhsil nazirliyinin rəsmi nümayəndəsinə, Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdirinə vəziyyəti deyən mütəxəssisin amma heç bir addım atılmaması ilə bağlı fikirləri isə üzücüdür. "Dedim, bu işdə çirkin əməllər var və kimsə pis işlər görür. Xəbərdarlıq etdim. Bizim müraciətlərimizə ancaq şablon cavablar göndərir. İndi isə istəyirəm ki, nazirlə görüş təyin edilsin, hamımız yığışıb müzakirə edək. Soruşsunlar, dərdiniz nədir, niyə bu qədər məktub yazırsınız?! Təklif edirəm ki, dərsliklər hazırlanıb orta məktəb müəllimlərinin səs çoxluğu ilə seçilsin”.

Ümid eidrəm ki, təhsil naziri mütəxəssislərin bu çağırışını eşidəcək və onları qəbul edəcək, vəziyyət müzakirə ediləcək və ciddi problemlər aradan qalxacaq və qalxmalıdır. Çünki söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir.




Загрузка...
Həmçinin oxuyun:
Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Təhsil eksperti Almaz Həsrətin müəllimlər üçün yeni METODİK VƏSAİTİ çap olunub

Təhsil eksperti Almaz Həsrətin müəllimlər üçün yeni METODİK VƏSAİTİ çap olunub

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"