AzTehsil.com

Xəbərlər / Yazarlar
16 iyun 2017
7 138

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Son illərdə təhsil siyasətinin ən mühüm məsələsi yeni dərsliklərin yazılması məsələsidir. Hər zaman diqqət mərkəzində olan bu strateji sahənin zaman-zaman ortaya çıxan problemləri ictimaiyyətin hər bir təbəqəsini narahat edir. Tədris olunan fənlər içərisində əhəmiyyətinə görə milli dəyərlərimizin, soykökümüzün və tarixi keçmişimizin öyrədilməsinə xidmət edən "Azərbaycan tarixi” fənni xüsusi yer tutur. "Azərbaycan tarixi” dərslikləri digər dərsliklər kimi artıq 2012-ci ildən yenidən yazılaraq tədris dövriyyəsinə buraxılır.
 
2016-cı ildə elan olunmuş tenderə əsasən hazırlanmış yeni dərsliklər içərisində 10-cu sinif "Azərbaycan tarixi” dərslik layihəsi Təhsil Nazirliyinin ekspertlər şurasına təqdim olunub və ekspertlər tərəfindən qiymətləndirilib. Yüksək qiymət almış dərslik layihəsi tenderi qazan;b və nazirlik tərəfindən bu layihə ictimai rəyə təqdim edilib.
 
Haqlı olaraq Təhsil Nazirliyi tərəfindən 10-cu sinfin "Azərbaycan tarixi” və "Ümumi tarix” dərslik layihələrinə rəy bildirmək üçün AMEA-nın Tarix İnstitutuna müraciət edilib. İnstitutda xüsusi işçi qrupu yaradılıb və internet portalında yerləşdirilmiş dərslik layihəsi elmi-metodik cəhətdən təhlil edilib.
 
Təəssüflər olsun ki, 10-cu sinif "Azərbaycan tarixi” dərslik layihəsində çoxlu sayda plagiat, elmi qüsurlar və uyğunsuzluqlar aşkar edilib.
 
Təqdim olunan dərslik layihəsinin 38-ci səhifəsində mannalıların dini inancları "təhlil” olunub. Halbuki həmin mətn eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif "Azərbaycan tarixi” dərsliyində səhifə 66-da verilib. Yeni layihənin müəllifləri heç bir düzəliş etmədən mətni olduğu kimi köçürüblər. Bu, müəllif hüquqlarının pozulmasıdır.
 
Eyni "ənənəni” müəlliflər davam etdirərək zərdüştilik dini və Avesta haqqında mətni də köhnə "Azərbaycan tarixi” dərsliyindən köçürüblər. Layihənin 38-39-cu səhifələrində verilmiş mətni eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif "Azərbaycan tarixi” dərsliyində səhifə 91-dən mənimsəyiblər. Sadəcə cüzi "kosmetik” düzəlişlər belə plagiatı örtə bilməyib.
 
Əgər köhnə dərsliklər kurikulum standartlarını reallaşdırmağa imkan yaradırdısa, yeni dərsliklərə nə ehtiyac vardı?  Digər tərəfdən Azərbaycan tarixində yeni konsepsiyalar, yeni yanaşmalar formalaşıb. Onlar dərslikdə öz əksini tapmalıdır. Köçürmələrlə dərslik hazırlanacaqsa, hansı inkişafdan, hansı islahatdan söz gedə bilər?Mətnlərin, cümlələrin olduğu kimi istifadə olunmasına heç cürə haqq qazandırmaq olmaz.
 
Dərslik layihədə plagiatla yanaşı, elmi qüsur və uyğunsuzluqlar da çoxdur. Layihədə "toxa əkinçiliyi” Eneolit dövrünə aid edilib. Amma 10-cu sinif şagirdləri hələ 6-cı sinifdə oxuyarkən "toxa əkinçiliyi”ni bu cümləylə öyrəniblər: Neolit dövründə artıq toxa alətindən istifadə edilirdi (Bax: 6-cı sinif "Azərbaycan tarixi” dərsliyi(2013-cü il nəşri)). Yeni dərslik layihəsində ciddi elmi səhvə yol verilib. Bu, şagirdləri bir-birinə zidd iki elmi fakt qarşısında qoyacaq.
 
Bütün tarix müəllimlərinə məlumdur ki, uzun illər köhnə dərsliklərdə Aratta dövlət qurumu verildiyi halda 2013-cü ildə çap olunmuş 6-cı sinif "Azərbaycan tarixi” dərsliyindən mövzu çıxarılıb. Çünki bu mövzu ətrafında müxtəlif fikirlər formalaşıb, Aratta qurumunun dərsliklərə salınmaması doğru hesab edilib. Lakin layihə müəllifləri bu mövzunu yenidən proqrama salıblar. Dərsliklər mübahisəli məsələlərdən təmizləndiyi halda bu mövzu niyə yenidən dərsliyə salınıb?
 
Dərslik layihəsində heç bir azərbaycanlı tarixçinin şəkli olmadığı halda Robert Daysonun əlində qızıl camla şəkli niyə verilib? Əgər şagirdlərimizə tədqiqatçı alimləri  tanıtmaq vacibdirsə, mövzuya müvafiq olaraq Məmmədəli Hüseynovun əlində çənə sümüyü ilə şəklini vermək olardı. Qeyd edim ki, 6-cı sinif "Azərbaycan tarixi” dərsliyində (2013) arxeoloq-alimin adı çəkilsə də şəkli verilməyib. Bu, sizə imkan yaradırdı ki, plagiat etmədən yeni bir şəkildən (dərsliklərdə heç vaxt istifadə olunmayıb) istifadə edəsiniz.
 
Metodik cəhətdən də dərsliklayihəsi çox zəif işlənib. Hətta sual və tapşırıqlarda da təkrarlara (aşağı sinif dərsliklərində verilmiş sual və tapşırıqlar nəzərdə tutulur) yol verilib. Məsələn: "Urmiya gölü ətrafında hansı tayfalar yaşayıb” sualını 10-cu sinif şagirdinə verməklə hansı alt-standart reallaşdırılır? Bu faktoloji sual 6-cı sinif "Azərbaycan tarixi” dərsliyində (2013) də var. Bu kimi təkrar və heç bir metodikaya və standarta uyğun gəlməyən suallar dərslik layihəsində çoxdur.
 
Təhsil Nazirliyi ekspertləri tarix müəllimləri ordusundan seçib, onlara inanıb, məsuliyyətli bir vəzifə tapşırıb. Maraqlıdır, bu dərslik layihələrini yoxlayan, təhlil edib rəy verən ekspertlər bunları görmürdümü? Plagiat dərsliyin təhsil dövriyyəsinə buraxılmasına imkan yaratmaq nə deməkdir?
 
“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Tarixçi-alim Leyla Hüseynova
modern.az

Загрузка...
Həmçinin oxuyun:
DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Yanvarın 27-də Şəhər 5 nömrəli tam orta məktəbdə metodik bölmə iclasları keçirilib

Yanvarın 27-də Şəhər 5 nömrəli tam orta məktəbdə metodik bölmə iclasları keçirilib

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ