AzTehsil.com

Xəbərlər
15 may 2017
4 365

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Azərbaycanda hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklər də hazırlanacaq.
 
Təhsil Nazirliyindən verilən xəbərə görə, artıq keyfiyyətli dərsliklərin yaradılması istiqamətində yeni və mühüm mərhələ başlayır. Ddərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb.
 
Əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində ölkədə ehtiyat dərsliklər yaradılacaq. Ehtiyat dərsliklərin hazırlanmasına ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərsliklərindən başlanacaq.  
 
Keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər "eksperimental dərslik” hesab ediləcək. Eksperiment ehtiyat dərsliklər həm də təcrübə olacaq. Təcrübə artdıqca təkmilləşmə prosesi dərinləşəcək və nəticədə dərslik sahəsində bir çox problem aradan qalxacaq. Belə ki, mövcud qaydalarla on il ərzində keçirilən dərslik müsabiqələrində zamanın darlığı və müəllif potensialının məhdudluğu əsasən 2 problemin yaranmasına səbəb olub. Birinci problem təkliflərin azlığıdır. İkinci problem isə hər hansı fənn üzrə, ümumiyyətlə, təklif olmamasıdır. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək.
 
Hazırlanacaq dərsliklər bir çox məktəbdə sınaqdan çıxarıla bilər.
 
apa.az

Загрузка...
Həmçinin oxuyun:
"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Fəal dərsin mərhələləri və nəticələri

Fəal dərsin mərhələləri və nəticələri

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə

Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Azərbaycanda təhsil müəssisələrinin texniki pasportları hazırlanacaq

Azərbaycanda təhsil müəssisələrinin texniki pasportları hazırlanacaq

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Pedaqoji eksperiment.

Pedaqoji eksperiment.