AzTehsil.com


Xəbərlər
23 may 2017
6 355


İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti



İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti 

 
Nadir Israfilov: "Dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar.” 
 
İbtidai siniflərin ev tapşırıqlarını evdə valideynlərlə hazırlaması ətrafında bəzi problemlər ortaya çıxıb. Belə ki, bəzən valideynlərlə bu uğursuz olur və şagird proqramı başa düşə bilmir. Yəni ki, valideynlər lazımi səviyyədə öyrədə bilmirlər. Buna görə də, həmin sinif şagirdlərinin əlavə dərsə qalması haqqında fikirlər meydana çıxdı. Görəsən buna ehtiyac varmı? Bu sual ətrafında təhsil eksperti Nadir İsrafilov Aztehsil.com saytına açıqlama verib:

"Ev tapşırığı”na ehtiyac varmı? - bu sual uzun illərdən bəri təkcə respublikamızda deyil, ümumiyyətlə digər dünya ölkələrində də təhsil və valideyn ictimaiyyətini düşündürən və heç də birmənalı cavablandırılmayan suallardan biridir. Məsələn, deyək ki, elə son iki il bundan qabaq Böyük Britaniyanın Kolçester şəhərində müəllimlərin vaxta qənaət etməsi və uşaqlarda dərs yükünün və stresin səviyyəsinin azaldılması məqsədi ilə məktəbdə ev tapşırıqlarının tamamilə ləğv olunması xəbəri yayılmışdı
 
Yəni, gündəmə gətirilən məsələ heç də yeni məsələ deyil və bunu təkcə Kolçester məktəbinin təşəbbüsü kimi qiymətləndirmək də düzgün olmazdı. Bildiyim qədər belə və buna bənzər təcrübələrdən illərdən bəridir ki, İngiltərənin başqa məktəblərində, həmçinin Almaniya, Finlandiya və bir sıra digər ölkələrdə də yararlanırlar.
 
"Ev tapşırığı” deyəndə bu, bizdə əsasən müəllim tərəfindən şagirdə dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq kimi nəzərdə tutulur. Bu mənada ev tapşırığının verilməsində məqsəd belə hesab olunur ki, bu yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır.
 

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

 

Təhsil Nazirliyi hələ ki, şagirdlərə ev tapşırıqlarının verilib-verilməsi ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən, bir çox valideynlər tərəfindən şagirdlərin ev tapşırıqları ilə həddən artıq  yüklənməsi barədə şikayətlərində haqlı olduqlarını təsdiq etməklə yanaşı,  ibtidai sinif müəllimlərinə şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirmələrini tövsiyə etmək və məktəbəhazırlıq qruplarında ev tapşırığının olmayacağını bəyan etməklə kifayətlənib. Nazirliyin mövqeyinə görə, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idrakı inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir.
 
O ki, qaldı mənim subyektiv mövqeyimə hesab edirəm ki, baxmayaraq ki, kurikulim təliminə keçid şagirdləri ev tapşırığından azad etmək tələbi qoyub, kursumuz müasir məktəbin yaddaş məktəbindən idrak məktəbinə çevrilməsi, düşüncənin ön plana çəkilməsi, nəzəri biliklərdən daha çox şagirdin bacarığı istiqamətində təhsil aparılmasına yönəlib, ev tapşırığı hansısa şagird üçün nə qədər üzücü, hansısa valideyn üçün nə qədər zəhlətökən olsa da, eyni zamanda şagirdləri öz asudə vaxtlarını daha sərbəst və mənalı keçirməsində, valideynlərə məişət və digər sosial qayğıları ilə məşğul olmalarında maneə yaratsa belə biz hələ ki, bu tapşırıqdan imtina etməyə bir növ tam hazır deyilik.
 
Digər bir məsələ də ondan ibarətdir ki, hərçənd ölkədə kurikulum təlimi tətbiq ediləndə də məqsəd dərs yükünün azalması və proqramların nisbətən dəyişdirilməsi olub, bununla belə kurrikulum əsasında yazılan dərsliklərdə tapşırıqlar kifayət qədər ağırdır. Belə ki, şagirdlər onları evdə təkbaşına yerinə yetirə bilməzlər. İbtidai sinifdə oxuyan şagirdlərin valideynləri mütləq şəkildə evdə uşaqlarının dərsi ilə, dərs hazırlıqları ilə məşğul olmalıdırlar.
 
O ki, qaldı "ibtidai sinif şagirdlərinin dərsini hazırlamasında valideynlərin bəzən gücü çatmamamasına və buna görə də əlavə dərs saatının müəyyən olunması zərurətinə  belə bir hal, yəni şagirdlərlə əlavə məşğul olma təcrübəsi sovet dönəmində də geniş tətbiq olunub və müsbət nəticələrdə verib. Belə bir təcübənin bərpa olunması, lakin bu məşğələlərə görə müəllimlərə əlavə saathesabı ödəniş edilməsi barədə hətta Rusiyalı deputatlar Duma qarşısında məsələ də qaldırmışdılar.
 
Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə öyrədib,  tam mənimsətməyi örənməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik. Bu halda, necə deyərlər həm Əli aşından, məhrum olarıq həm də Vəli aşından. Bu proses mərhələlər üzrə həyata keçirilə bilər. İlk mərhələ isə ondan ibarət olmalıdır ki, dərsin keyfiyyətini yüksəltmək yolu ilə bu tapşırıqların həcmi və ağırlıq dərəcəsi azaldılsın. Bir sözlə hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Proses nə qədər tez başa çatdırılsa həm şagirdlər, həm valideynlər, həm də müəllimlər əlavə yükdən bir o qədər daha tez azad olar.
 
aztehsil.com



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.