AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
15 dekabr 2017
6 161


Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər



Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Təlim prosesinin düzgün aparılması müəllimlərin öz işinə yaradıcı münasibətindən asılıdır. Hər bir şagird, hər seydən əvvəl, vətəndaşdır və müəllim də şagirdə bu istiqamətdə yanaşmalıdır. Müəllimin səmimi, qayğıkeş münasibəti şagirdi elmə, biliyə həvəsləndirir. Ona görə də  indi müəllimlər şagirdləri yormadan, az vaxt sərf etməklə çox və keyfiyyətli iş görməlidirlər. Bugünkü işin keyfiyyəti əvvəlki sistemə nisbətən qat-qat üstün olmalı, yenilik hamının səyi ilə reallaşdırılmalıdır. İndi məqsəd daha müstəqil, fəal, yaradıcı qabiliyyətə malik olan, həyati bacarıqlara yiyələnən əsl vətəndaşlar formalaşdırmaqdır.


Şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə almayan müəllim müvəffəqiyyət qazana bilmir. Şəxsiyyətə hörmətlə tələbkarlığın birliyini təmin etmək tərbiyə işində mühüm amillərdəndir. Dərs zamanı şagirdə valideyn qayğısı göstərən, nəvazişli olan, güzəştə getməyi bacaran müəllim, eyni zamanda, ciddiliyini, tələbkarlığını unutmursa, o, daim uğur qazanır.


Təlim və tərbiyənin qarşılıqlı əlaqəsi və bir-birinə zəmin yaratması pedaqoji prosesin tamlığını daha da gücləndirir. Bunları nəzərə alaraq dərslərimdə tədris etdiyim  fənnin tərbiyəvi imkanlarından nəinki maksimum dərəcədə istifadə edir, həm də bu işi dərsdənkənar tədbirlərlə möhkəmləndirməyə çalışıram.


Təlim zamanı diqqəti, iradəni, təfəkkürü, təxəyyülü və s. psixoloji xüsusiyyətləri inkişaf etdirmədən mənimsəmənin səviyyəsini yüksəltmək olduqca çətindir. Müəllimlərin bir qismi şagirdlərin mümkün qədər çoxlu faktları yadda saxlamasına üstünlük verir, digər bir qismi isə əsas diqqəti məntiqi mühakiməyə yönəltməklə güman edirlər ki, faktları şagird özü də toplaya bilər. Yalnız faktları yadda saxlamağa və ya faktlarsız mühakimə yürütməyə şagirdləri sövq etməyin hər ikisi eyni dərəcədə zərərlidir. Bu iki qabiliyyət birlikdə inkişaf etdirilməlidir. Düşünməyi bacarmaq üçün şagird faktları yadda  saxlamalıdır, yadda saxlamaq üçün onları qruplaşdırmalı, müqayisə etməli, nəticə çıxarmalı, yəni mühakimə yürütməlidir. Hafizəni təfəkkürdən, təfəkkürü hafizədən ayırmağa və onları ayrılıqda inkişaf etdirməyə meyil göstərən müəllim şagird psixikasının vəhdətdə formalaşmasına ziyan vurmuş olur.


Təlimdə şagirdin öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər:


1. Öyrənmə prosesində dərketmə əməliyyatlarının olması.


2. Öyrənmədə motivlərin rolu.


3. Öyrənmədə dərketmə maraqları.


4. Öyrənmədə ünsiyyət.


5. Öyrənmədə şagirdlərin müstəqilliyi və fəallığı.


Şagirdlərdə öyrənmə fəaliyyəti onlarda dərketmə əməliyyatlarının sistemi kimi özünü göstərir. Dərketmə əməliyyatı dedikdə, yəni təlim tapşırıqlarının şagirdlər tərəfindən uğurlu icrasına imkan verən təfəkkür tərzi nəzərdə tutulur. Şagird hər hansı bir tapşırığı əməli şəkildə yerinə yetirərkən, istər-istəməz, psixoloji fəaliyyətdə olur. Bu zaman o, sözlərdən, rəqəmlərdən, sxemlərdən və başqa işarələrdən istifadə edir. Şagird öyrənmə fəaliyyəti zamanı psixoloji səy göstərir, düşünməli olur.

 

Başqa sözlə, təlim zamanı şagirdlər mənim rəhbərliyim altında bilik əldə etməklə yanaşı, həm də müstəqil öyrənməyə də alışırlar. İbtidai sinif müəllimi kimi həmişə şagirdlərimdə dərketmə marağının inkişafına xüsusi fikir verirəm. Şagirdlərimdə dərketmə maraqları inkişafın müxtəlif mərhələlərində başqa-başqa formalarda özünü göstərir. Bu cür müxtəliflik isə öyrənmədə uşaqların fəallıq və müstəqillik dərəcəsini şərtləndirən səbəblərdən biri olur. Dərketmə maraqlarının şagirdlərdə inkişaf səviyyəsini bu maraqların məzmununa görə təyin etmək mümkündür.

 

Məzmununa görə şagirdlərin idrak maraqları zəif, orta, yüksək olmaqla üç səviyyədə özünü göstərə bilir.


Zəif səviyyədə olan şagird hadisələrin təsvirinə meyil edir.


Orta səviyyədə olan şagird səbəb-nəticə əlaqələrini aşkara çıxarmağa can atır.


Yüksək səviyyədə olan şagird nəzəri məsələlərə, tam müstəqil fəaliyyətə, yeniliyə maraq göstərir.


Səviyyələri müəyyənləşdirəndən sonra müəllim şagirdləri istiqamətləndirə bilir. Dərketmə marağı davamlı olarsa, şagirdlər təlimdə daha sərbəst, daha inamla, daha cəsarətlə işləyərlər.


Məlumdur ki, məktəb şagirdi hissə-hissə tərbiyə etmir, onu yalnız istehsalat üçün və ya yalnız elm üçün hazırlamır.  Pedaqoji proses şagirdi geniş mənada həyata hazırlayır, onu həm elmi biliklərlə silahlandırır, həm də onda ətraf mühitə düzgün münasibət formalaşdırır. Buna görə də psixoloji inkişaf pedaqoji prosesin tamlığına xidmət etməli olur.


Psixoloji inkişafda müəllim-şagird ünsiyyəti də əsasdır. Təlimdə müəllimin səmimiyyətindən, mülayimliyindən, qayğıkeşliyindən çox şey asılıdır. Müəllimdə bu keyfiyyətləri görən şagirdin təlimə, məktəbə, biliyə, öyrənməyə meyli artır. Lakin əksinə olarsa, şagird nəinki həmin müəllimlə ünsiyyətdən çəkinir, onun fənninə marağı azalır, hətta başqa fənlərə də soyuq münasibət göstərir. 




Загрузка...
Həmçinin oxuyun:
Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi