AzTehsil.com


Xəbərlər / Müəllim
04 yanvar 2018
16 098


Şagirdlərə fərdi yanaşma prinsipi



Müasir dövrdə insanın hərtərəfli inkişaf etdirilməsi məktəblərimizin qarşısında ən mühüm vəzifə kimi durur. Şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarını yüksəltməkdə fərdi yanaşma prinsipi mühüm rol oynayır. 


Fərdi yanaşma prinsipi hər bir şagirdin ahəngdar inkişafına, onun biliyində və əxlaqında nəzərə çarpan qüsurları vaxtında görüb aradan qaldırmağa və müsbət cəhətləri daha da inkişaf etdirməyə imkan verir. Uşaq yaşa dolduqca, onun fərdi xüsusiyyətləri də inkişaf edir və formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri nəzərə almalıdır, həm də necə rəftar apardığını da unutmamalıdır. 

Sevimli şairimiz S.Vurğun yazırdı: "Müəllimlik işində adamlarla, xüsusən şagirdlərlə mədəni rəftar böyük əhəmiyyət kəsb edir. Uşaqlarla mədəni davranmağı bacarmayan müəllim yüksək nüfuz sahibi ola bilməz. Həssas uşaq ürəyi haqsızlığa, əsasız məzəmməti, ədalətsizliyi heç cür bağışlamır. Belə uşağın həvəs və ümidləri qırılır, onun mənəvi aləmi xəzan vurmuş bir bağçanı andırır”.

Müəllim o vaxt şagirdlərə təsir göstərmək üçün əlverişli yol tapa bilər ki, şagirdlərin fəaliyyətində onları işə sövq edən səbəbləri dərindən öyrənsin. Fərdi yanaşma hər bir şagirdin qabiliyyətinin, marağının, meylinin, bilik və bacarığının formalaşmasına imkan verir. Fərdi yanaşma prinsipinin mahiyyəti klassik pedaqoqların və digər elm xadimlərinin əsərlərində daha aydın göstərilmişdir.
 
Təlim-tərbiyə işi ilə məşğul olan müəllim, uşağı, onun inkişaf xüsusiyyətlərini, keçirdiyi həyat şəraitini yaxşı öyrənməlidir. Böyük pedaqoq bu məqsədlə müəllimlərdən uşaq psixologiyasını öyrənməyi tələb edərək yazırdı:
 
"Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə, bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda öyrənməlidir”.
 
Hər bir müəllim uşaq ruhuna təsir göstərməyi bacarmalıdır, əgər bacarmırsa, onun uşaqlar arasında da nüfuzu yüksək ola bilməz. Tərbiyə vermək üçün müəllim şagirdin marağını, dünyagörüşünü, səyini, həyat təcrübəsini, onu əhatə edən adamları, yaşadığı mühiti hökmən bilməlidir.
Müəllimlər şagirdlərə, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün gündəlik istiqamət verməlidirlər. Belə şagirdləri dərnəklərə və əlavə məşğələlərə cəlb etmək lazımdır.
 
Lakin şagirdin təlim işini başlı-başına buraxması, qüvvəsinə inamsızlığı, yoldaşlarından geri qalması, müəllimin düzgün olmayan rəyi, ailədə çox əzizləmək kimi hallar şagirddə məsuliyyətsizlik yarada bilər. Müəllim yeni mövzu üzərində hazırlıq işi apararkən həm də kimlərə tərbiyə cəhətdən təsir edəcəyini, zəif düşünən, utancaq, nitqi zəif inkişaf edən, işi səliqəsiz yerinə yetirən, dikbaş, tənbəl şagirdlərə necə yanaşacağını, necə kömək göstərəcəyini, yeni mövzunun sual-cavabla möhkəmləndirilməsi mərhələsində kimlərə və hansı suallarla müraciət edəcəyini nəzərə almalıdır. Müəllim yeni materialın izahı prosesində tədris etdiyi mövzunu elm və texnika ilə, habelə müasir həyatla əlaqələndirməli, həm də bunları rəvan, aydın, səlis və məntiqi danışmalı, tələsikliyə yol verməməlidir.
 
K.D.Uşinski bu nöqsanlardan bəhs edərkən yazırdı:

"Müəllim üçün kitabda müəyyən səhifəni dırnaqla və karandaşla işarə edib, onu gələn dərsə kimi öyrənməyi tapşırmaqdan asan şey yoxdur. Lakin çox erkən vaxtdan  özbaşına buraxılan şagirdin bu əziyyətli səhifə üzərində necə can çəkdiyini, mənasını bilmədən onu necə əzbərlədiyini, işə necə yanaşmaq lazım olduğunu bilməyərək öz zəhmətini dəfələrlə necə artırdığını, həm dəftəri, həm əllərini və həm də üzünü mürəkkəbə bulayaraq yaza bilmədiyi hərf üzərində necə göz yaşı tökdüyünü müşahidə edin - o zaman siz, bəzən şagirddə təlimə qarşı nifrətin haradan doğulduğunu anlarsınız”. 

Aparılan təcrübələr göstərmişdir ki, müəllimlər ev tapşırıqlarından iki variantda istifadə etməlidirlər.
 
Birincisi, ev tapşırığı zəiflər üçün nisbətən sadələşdirilməli, qüvvətli şagirdlər üçün biliyin dərinləşdirilməsi məqsədi ilə mürəkkəbləşdirilməlidir.
 
İkincisi, ev tapşırığının verilməsi ilə əlaqədar olaraq təlimdə yetirməyən şagirdlər üçün müəllim onların nədə yetirmədiklərinə aid qabaqca tapşırıq müəyyən etməlidir, eyni zamanda daha yaxşı bilənlər üçün əlavə tapşırıq seçməlidir ki, onların biliyini daha da dərinləşdirsin. Evə tapşırıq verərkən bərabərçiliyə yol vermək olmaz. Ev tapşırığının fərdiləşdirilməsi hər bir şagirdin səmərəli işləməsini gücləndirir, onun geriliyini aradan qaldırır və müstəqil işləməsi üçün şərait yaradır. Bütün bunlar şagirdlərin elmi-dünyagörüşünü və onların dərin biliklər sisteminə yiyələnməsinə zəmin yaradır. Müasir dövrdə yeni insanların formalaşması əməli vəzifəyə çevrilməlidir.



Загрузка...
Həmçinin oxuyun:
Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Sinfin tərbiyə sistemi və onun inkişafının idarə edilməsi

Sinfin tərbiyə sistemi və onun inkişafının idarə edilməsi

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Əsl müəllim necə olmalıdır?

Əsl müəllim necə olmalıdır?

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK