Gənc güləşçilərimiz Estoniyada 5 medal qazanıblar

Gənc güləşçilərimiz Estoniyada 5 medal qazanıblar
Bölmə adı Uğur hekayələri
Yayımlandı 29 Mart 2026, 10:01

Estoniyada yeniyetmə güləşçilər arasında “Tallin Open” turniri keçirilib.

Aztəhsil.az xəbər verir ki, ənənəvi yarışda Azərbaycanı U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib. Onların da 5-i fəxri kürsüyə qalxıb.

Fatimə Bayramova (53 kiloqram) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kiloqram), Rəna Nuriyeva (61 kiloqram)Simurə Abdullayeva (69 kiloqram) gümüş, Xədicə Qurbanzadə (49 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, komanda yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. 

Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.

ƏN ÇOX OXUNANLAR
REDAKTOR SEÇİMİ