AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
29 oktyabr 2018
7 077


Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət



 Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

 

 

"Bəzən şagirdlərə yanaşmada  fərq hiss olunur. Məsələn, dərsdən sonra hazırlığa qalan və qalmayan şagirdlərlə davranış eyni deyil. Bu halda şagirdin özgüvəni aşağı düşür, özünü yoldaşlarından aşağı hiss edir. Bu, birbaşa onun davranışının dəyişməsi, özünə qapanması, ünsiyyət probleminə gətirib çıxarır”.


Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Roza Kazımlı deyib. O müəllimlərin şagird psixologiyasına bələd olmadan etdikləri yanlışlar haqqında danışarkən bildirib ki, bütün uşaqları bərabər səviyyədə görüb, onlardan eyni şeyi tələb etmək müəllimlərin əsas yanlışıdır:

"Hər uşaq eyni potensiala sahib deyil. Belə olduqda da,  bəzi şagirdlərə qarşı artıq tələblər olur. Bu, birbaşa aşağı potensiallı şagirdlərin özgüvəninə təsir edir. Evdə basqı ilə üzləşsə də, bu, məktəbdə özünü daha çox göstərir. Özəl və dövlət məktəbləri arasındakı əsas fərq də elə budur. Özək təhsil müəssisələrində hər uşağa fərdi diqqət yetirilir. Buna məktəb psixoloqu nəzarət edir. Bu, şagirdin az olması ilə də bağlı ola bilər, xarici sistemin tətbiqi ilə də.

Hazırda dərs proqramının ağır olduğunu nəzərə alsaq, avtoritar sistemin yararsız olduğunu görərik. Xarici ölkələrin üslubu ilə getsək də, davranışımızı ona uyğunlaşdıra bilməmişik. Məsələn, dərs prosesində Avropanı təkrarlasaq da, davranışda bunu edə bilmirik. Tədrisdə demokratik üslub olmalı, şagirdin fikri nəzərə alınmalıdır. Qışqıraraq uşağın psixologiyasına təsir etmək olmaz”.

Hər şagirdə yanaşma fərqli olmalıdır

Onun sözlərinə görə, dərs zamanı həm görmə, həm də dinləmə vasitəsilə mənimsəmə var. Birinci olduğu yerdə isə uşaqlar dərsi daha yaxşı qavrayırlar:

"6 yaşlı şagird eşitməklə necə qavraya bilər? O, öncə diqqətini toplamalıdır. Diqqət əskikliyi olan uşaqlar üçün birbaşa dinləmə çox çətindir. Sinifdə diqqətsiz, pedaqoji baxımsız, fərqli ailələrin uşaqları var. Hamının götürümü eyni olmadığına görə, hər kəsə individual yanaşma mütləqdir.

Sinifdə şagird sayı çox olmamalıdır. Bu zaman hər uşağa individual yanaşmaq olmur. Dərslər nə qədər qrup şəklində keçirilsə də, nəzərə alın ki, hər uşağın psixologiyası fərqlidir. Yanaşma fərqli olmalıdır. Müəllim ən azından şagirdləri tanımalıdır”.

Psixoloq qeyd edib ki, şagird psixologiyasına təsir edən əsas məqamlardan biri də özəl günlərdə müəllimlərə hədiyyə verilməsidir:

"Hər valideynin buna gücü çatmır. Hər şagirdin maddi imkanı eyni deyil. Şagirdə belə təsir etdikcə onun beyninə yeriyir ki, bunu edə bilməyib. Bu sözləri evdə valideyn, məktəbdə müəllim təkrarlayır. Deyilməsə də, ən azından, davranışdan şagird bunu hiss edir.

Bəzən, şagirdlərə yanaşmada fərq hiss olunur. Məsələn, dərsdən sonra hazırlığa qalan və qalmayan şagirdlərlə davranış eyni deyil. Özəl məktəblərdə müəllimlərin bu kimi davranışlarına rast gəlinməsə də, bizdə hələ də davam edir. Bu halda şagirdin özgüvəni aşağı düşür, özünü yoldaşlarından aşağıda hiss edir. Bu, birbaşa onun davranışının dəyişməsi, özünə qapanması, ünsiyyət probleminə gətirib çıxarır”.

Şagird psixologiyasını alt-üst edən müəllim ifadələri...

Psixoloq müəllimlərin yanlış davranışları haqqında danışarkən onların işlətdiyi, şagird psixologiyasına birbaşa zərbə vuran ifadələri də vurğulayıb:

"Bəzən müəllim şagirdə deyir ki, "sən yenə dərsini oxumamısan”. Müəllimin " yenə” deməsi şagirdi buna alışdırır. "Sinfimin daha fəal şagirdləri” ifadəsi kökündən yanlışdır və digər şagirdlərin həvəsdən düşməsinə səbəb olur. "Sən bunu bacarmayacaqsan” dedikdə uşaq bacardığı şeydə də bacarıqsızlıq göstərməyə başlayır. Təhqiramiz ifadələr yolverilməzdir. "Sən çox nadinc, tərbiyəsiz uşaqsan”, "Niyə dərsi  dinləmirsən?” ifadələri düzgün deyil. Bəlkə şagirdin diqqətini yayındıracaq hansısa səbəb var? Bunu araşdırmaq lazımdır. Bu ifadələrdən əlavə, məktəblinin "tərbiyəsiz”, "pinti”, "natəmiz” adlandırılması çox səhvdir. Bəzən müəllim şagirdə deyir ki, "sənin ailən hara baxır?” Bu onda həm ailəsinə, həm də özünə qarşı aqresiya yaradır. O, özgüvənini itirir. Hamı çox şey oxuya bilər. Hər oxuyan Molla Pənah olmur. Amma hər oxuyanın özgüvəni olmalıdır. Bəzilərinin özgüvəni olmadığına görə bildiklərini də düzgün şəkildə tətbiq edə, onu düzgün şəkildə göstərə bilmirlər”. 
 
 

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

 

                 



Загрузка...
Həmçinin oxuyun:
Psixoloq diqqət yetirilməyən dəhşətləri sadaladı

Psixoloq diqqət yetirilməyən dəhşətləri sadaladı

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

İmtahan  zamanı  şagirdlərə   zərbə vuran  səbəblər

İmtahan zamanı şagirdlərə zərbə vuran səbəblər

Şagirdlərə dərsi sevdirəcək sehrli peçenye – Gürcüstanda təhsil ilki-FOTO

Şagirdlərə dərsi sevdirəcək sehrli peçenye – Gürcüstanda təhsil ilki-FOTO

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdəki valideyn hegemonluğu, şagird özbaşınalığı,müəllim laqeydliyi  – İtmiş ənənələrin acı fəsadları

Məktəblərdəki valideyn hegemonluğu, şagird özbaşınalığı,müəllim laqeydliyi – İtmiş ənənələrin acı fəsadları

İlk dərs günlərinin psixoloji səhvi

İlk dərs günlərinin psixoloji səhvi

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Müəllimin şagirdə çox şey öyrətməsi böyük problemdir” – Pedaqoqdan gözlənilməz  açıqlama

“Müəllimin şagirdə çox şey öyrətməsi böyük problemdir” – Pedaqoqdan gözlənilməz açıqlama

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?