AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
17 noyabr 2025
1 128

Rektor; ADNSU-da plan yerləri AZALDILIB



ADNSU rektoru qəbulun azaldılması ilə bağlı ilk dəfə danışdı: “Artıq proses başlayıb”

Elm və təhsil naziri Emin Əmrullayevin Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetinə (AzTU) tələbə qəbulunun gələcək illərdə azala biləcəyi ilə bağlı açıqlaması ali təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub.


Məsələyə münasibət bildirən ADNSU-nun rektoru Rüfət Əzizov  açıqlamasında qəbul planlarının azaldılması prosesinin artıq universitetdə tətbiq edilməyə başlandığını və bunun strateji inkişaf planına tam uyğun olduğunu qeyd edib.


AzTehsil.com xəbər verir ki, rektor qeyd edib ki, artıq keçən ildən 2025-2026-cı tədris ili üzrə qəbul plan yerləri azaldılıb:


“Belə ki, bakalavr səviyyəsində qəbul planı təxminən 12 faiz azaldılıb. Yəni ADNSU-da qəbul plan yerlərinin azaldılmasına start verilib və bu proses növbəti illərdə də davam edəcək. Burada əsas məqsəd ondan ibarətdir ki, indiyə qədər dövlətimiz daha çox vətəndaşın ali təhsil almasını təmin etməyə çalışırdı. Artıq bu mərhələdə əlçatanlıqla yanaşı, keyfiyyətin qorunması və yaxşılaşdırılması istiqamətində addımlar atılır.


AzTehsil.com xəbər verir ki, bunlardan biri də SABAH qruplarıdır. Bilirsiniz ki, bu ildən etibarən SABAH qruplarına 1-ci kursdan tələbə qəbulu həyata keçirilir. Həmçinin qeyd edim ki, ADNSU ən çox SABAH qruplarına malik ali məktəblərdən biridir. Bu il həmin qruplara 551 tələbə qəbul olunub. Bu rəqəmi nəzərə alsaq, demək olar ki, 4 ildən sonra universitetimizdə təqribən 2500 SABAH tələbəsi olacaq. Qəbul planının azaldılmasını da nəzərə alsaq, bu, ümumi tələbə sayının təxminən 15 faizinə bərabər olacaq. Məqsədimiz ali məktəbdə yeni məzmunlu proqramların sayını artırmaqdır.


Digər tərəfdən, biz bakalavr proqramını azaltmağı, magistratura və doktorantura səviyyəsində qəbul planını isə artırmağı düşünürük. Hazırda tələbələrin təqribən 83 faizi bakalavr səviyyəsində təhsil alır”.


Rektor növbəti illərdə hansı ixtisas və fakültələr üzrə qəbul planının azaldılacağı məsələsinə də aydınlıq gətirib:


“Bu istiqamətdə araşdırmalarımız davam edir və bir neçə məqam nəzərə alınmalıdır. Hazırkı dövrdə gənclərimiz informasiya texnologiyaları, data analitikası və digər rəqəmsal sahələrə daha çox maraq göstərirlər. Lakin vurğulamaq istərdim ki, ölkəmiz üçün çox vacib ixtisaslar var və onlara maraq müəyyən qədər azalıb. Məsələn, geologiya, materialşünaslıq, cihaz mühəndisliyi və maşın mühəndisliyi kimi sahələr strateji əhəmiyyət kəsb edir. Həm ölkə, həm də ADNSU olaraq çalışmalıyıq ki, bu sahələrin inkişafını təşviq edək. Bunun üçün ikili diplom proqramları, eləcə də gənc müəllimlərin cəlb edilməsi vasitəsilə bu istiqamətləri abituriyentlər üçün daha cəlbedici etməyi planlaşdırırıq.


Həm tendensiyalara, həm də qəbul ballarına baxaraq hansı ixtisasların qəbul planının azaldılmasına qərar verəcəyik”.



Həmçinin oxuyun:
"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Azərbaycanda 3 universitetdə qəbul planı azaldılacaq

Azərbaycanda 3 universitetdə qəbul planı azaldılacaq

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib