AzTehsil.com

Xəbərlər / Yazarlar / Direktor / Müəllim / Sual / Digər Elan / Manşet / Bölgə
23 may 2025
610

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...




Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.


Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?


AzTehsil.com xəbər verir ki,  AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparıb.

Araşdırmamızda bu dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) var.


Bu ali təhsil müəssisəsinə hazırda Rüfət Əzizov rəhbərlik edir.


Rüfət Əzizov 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. Əslən Masallı rayonunundandır. O, 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olmuş və 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirib və 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.


2008-ci ildə London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub və Böyük Britaniya elmi cəmiyyəti tərəfindən "Chartered Scientist" elmi adına layiq görülüb. 2014–2016-cı illərdə ADA və Maastrixt Universitetinin birgə MBA proqramını və 2018–2020-ci illərdə isə Oksford Universitetinin Said Biznes məktəbində ali biznes idarəçiliyi, "Executive MBA" proqramını bitirib.


 


Kornell Universitetinin ali idarəetmə, Corc Vaşinqton Universitetinin layihələrin idarə olunması və Oksford Universitetinin süni intellekt proqramı da daxil olmaqla bir çox kurs və təlimlərdə iştirak edib.


 


Rüfət Əzizov 2005–2012-ci illərdə BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material-korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrini icra edib. Bu dövr ərzində baş mühəndis və korroziya-inspeksiya mühəndislik sahəsi üzrə qrup rəhbəri vəzifələrinə qədər yüksəlib. 2012-ci ildən isə "Unimetal" MMC-də çalışıb.


 


2009, 2010 və 2011-ci illərdə BP Azərbaycan şirkətinin "İlin mühəndisi" müsabiqələrində müxtəlif nominasiyalar üzrə qalib olub. 2019-cu ildə "Ernst & Young"- EY şirkəti tərəfindən keçirilən müsabiqəsində "sosial təsir" nominasiyası üzrə qalib gəlib.


 


O, Amerikan brendi olan "Engineering For Kids" şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir.


 


2013–2020-ci illərdə metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal şirkətlər qrupunun İcraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib. Metaləritmə, prokat və profilləmə, boru-profil istehsalı, qalvanizli və polimer örtüklü dəmir istehsalı zavodlarının layihəsinin hazırlanmasına, qurulmasına və əməliyyatların idarə olunmasına rəhbərlik edib.


 


O, sənayedə çalışdığı dövrlərdə Bakı Ali Neft Məktəbinin MBA proqramı, kimya mühəndisliyi magistratura proqramında, Layihələrin İdarə olunması Məktəbində (PMI sertifikat), Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universitetinin birgə magistratura "Təhsil siyasəti və idarə olunması" proqramında dərs demiş və Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərib.


 


O, müxtəlif illərdə IJSO, ISEF və digər beynəlxalq elm yarışmalarında münsif olaraq iştirak edib.


 


Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 7 yanvar tarixli əmri ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Təhsil İnstitutunda işlədiyi dövrdə təhsil tədqiqatlarının aparılması, təhsil proqramlarının yenilənməsi, dərsliklərin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişaf proqramlarının təşkil olunmasına və sertifikatlaşması prosesinə, sistem əhəmiyyətli pilot layihələrin həyata keçirilməsi və ali təhsil səviyyəsində yeni məzmunlu proqramların hazırlanması layihələrinə rəhbərlik edib.


 


2023-cü il sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib və 3 fevral 2025-ci tarixli Sərəncamı ilə bu vəzifədən azad edilmişdir. Prezidentin digər sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.


 


Rüfət Əzizov kimyəvi kataliz, korroziya və biotexnologiya elmi sahələrində 30-dan artıq elmi əsərin, o cümlədən 1 patentin və "SCOPUS" elmi-metrik bazasına daxil olan 6 məqalənin müəllifidir. O, həmçinin 2021–2023-cü illərdə Təhsil İnstitutunda təhsilin müxtəlif pillə və səviyyələrini əhatə edən 45 adda elmi-tədqiqat işinə rəhbərlik edib. Bu tədqiqatların nəticələrinə dair hazırlanmış 23 adda kitabdan 9-da elmi redaktor və 3-də elmi məsləhətçi kimi rol alıb. Onun rəhbərliyi ilə Təhsil İnstitutunda təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə 3 nəfər fəlsəfə doktoru proqramı üzrə təhsil alır.

Ailəlidir, iki övladı var.

3 aydır ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsində çalışır.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

“Universitetlərin  3 missiyası”  QLOBAL reytinq sıralaması

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI