MİQ-də kurikulum deyil, metodikaya dair suallar salınsın! – TƏKLİF
Ötən gün- iyulun 11-dən Müəllimlərin İşə Qəbulu imtahanları başladı. İmtahandan çıxan əksər müəllim sualların olduqca çətin olduğunu vurğuladı. Xüsusilə kurikulumdan çətinlik çəkdiklərini iddia edirdilər.
Dünənki MİQ imtahanının çətinlik səviyyəsi ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov sualların çətinləşdirilməsi məsələsi ilə bağlı narazılığını ifadə etdi:
“MİQ imtahanı DİM-in imtahanına bənzəyib. DİM imtahanlarında da suallar çətin, asan olur. Bunu anlamaq olar. Tələbə qəbulunun nəticələri plan yerləri ilə əlaqəli olur. Plan yerlərində namizəd az olanda suallar çətinləşdirilir. MİQ-də də sualların çətinliyi ilə bağlı eyni problemlər olur. Nazir bu yaxınlarda gələn il sualların çətinləşəcəyi ilə bağlı bir məlumat verdi. Bu qərar mənim üçün bir qədər anlaşılmazdır. Suallar niyə çətinləşdirilməlidir? Sertifikasiya imtahanlarının birinci mərhələsində ədəbiyyat müəllimləri sualların çətinliyi ilə bağlı problem yaşadılar. İkinci mərhələdə isə suallar asanlaşdırıldığı üçün yüksək balların sayı çoxaldı. Təhsilin dövlət standartları, proqramları var. Onlara uyğun səviyyədə suallar tərtib olunmalıdır”.
Ekspert imtahanda nəzəri məsələlərdən çəkinməli, daha çox metodika ilə bağlı suallara üstünlük verilməli olduğu qənaətindədir:
“Kurikulum başıbəlalıdır. Ortaya atılan gündən polemikalara, mübahisələrə, narahatlıqlara səbəb olur. Nəzəri məsələlərdən çəkinməli, daha çox metodika ilə bağlı suallara üstünlük verilməlidir. Riyaziyyatçı olsun, tarixçi olsun, dilçi olsun öz ixtisasını müəyyən dərəcədə bilir. Müəllimlik təkcə nəzəri biliklərlə kifayətlənə bilməz. Müəllim olmağı bacarmaq üçün podaqogikanı, metodikanı bilmək lazımdır. Elm, nəzəri bilik “nə?” sualına cavab verir, metodika isə “necə” sualına cavab verir. Bizim nəyisə çox bilməyimiz onu öyrədə bildiyimiz mənasına gəlmir. Universitet riyaziyyat müəllimi buraxır. Pedaqoji ali məktəblər isə riyaziyyat müəllimi hazırlayır”.
N.İsrafilov nəticə olaraq fikrini belə yekunlaşdırıb:
“Müəllimlərin hazırlanmasında, yoxlanmasında əsas diqqət metodika və pedaqogikaya yetirilməlidir. Çünki nəzəri biliyi araşdıraraq öyrənmək olar. Amma metodikaya yiyələnmək zəruridir”.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib
Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır
"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi
Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb
ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ
Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar
"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"
“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR
Builki sertifikasiya imtahanları ötənilkindən asandır? - RƏYLƏR
Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR
Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?
2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI
Test üsuluna inam niyə itir? - Araşdırma
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI
Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür
Müəllimlərin İşə Qəbulu Qaydaları 2018
Qəbul imtahanına düşən suallar - I qrup
İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.
Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”
Paytaxt təhsili 2021-ci təqvim ilində
Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib
Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”
Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI