AzTehsil.com


Xəbərlər / Müəllim
23 iyun 2023
1 039


Builki sertifikasiya imtahanları ötənilkindən asandır? - RƏYLƏR




İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.


 Bu gün sertifikasiya imtahanlarının 4-cü günüdür. İmtahanda  iştirak edən ibtidai sinif müəllimlərin bir çoxunun yüksək nəticə göstərdiyini sosial şəbəkələrdə müşahidə edirik.


Məlum olduğu kimi, ötən il keçirilən sertifikasiya imtahanlarında 11 minə yaxın müəllimdən 2803 nəfəri qeyri - məqbul bal toplamışdı.

Bəzi müəllimlərin fikirlərinə görə bu il keçirilən sertifikasiya imtahanları keçən ilə nisbətən daha asan olub. Bunu imtahanda iştirak edən müəlimlərin özləri də etiraf edir. Məsələn, ötən il test imtahanlarında müəllimlərə 3-4 mətn düşürdüsə, bu il 1 mətn düşür.


 Bəs builki imtahanların asan olması iddiaları doğrudurmu?


 Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bu günlərdə keçirilən sertifikasiya imtahanlarında qeyri - məqbul bal toplayan müəllimlərin heç də az olmadığını deyib:



“Müəllimlərin ilk dəfə bilik və bacarıqlarının yoxlanılması, 2014-2018-ci illərdə diaqnostik qiymətləndirmə ilə aparıldı. Ona qədər müəllimlərin öz ixtisasları barədə nə qədər bilgiləri var idi - bu haqda məlumata malik deyildik. Ardınca Elm və Təhsil Nazirliyi 2022-ci ildə Azərbaycanda ilk dəfə sertifikasiya prosesinə başladı. Bu imtahanlarda iştirak edən 11 minə yaxın müəllimdən 2 mindən çoxu kəsildi.


 Hazırda keçirilən sertifikasiya imtahanlarında isə 28 mindən çox müəllim iştirak edəcək. Artıq nəticələr məlumdur. Biz sosial şəbəkələrdə və internet resurslarında daha çox yüksək nəticələri görsək belə, birmənalı şəkildə deyə bilmərik ki, bütün nəticələr yüksəkdir. Hazırda müsabiqədən keçə bilməyən ibtidai sinif müəllimləri də var. Bizim ilkin nəticələrimizə görə, hazırda imtahanda iştirak edən 15% müəllim müvafiq keçid balını toplaya bilməyib. Düşünürəm ki, bu çox pis haldır. Həmin müəllimlər neçə il boyu öz fənnlərini yaxşı bilmədən, bizim övladlarımıza dərs deyiblər”.


 Ekspert yüksək nəticələrin çox olmasının səbəblərini də açıqlayıb:

“İlk dəfə ibtidai sinif müəllimləri sertifikasiyadan keçdikdən sonra artıq müəllimlər sual modelləri ilə bağlı məlumatlı oldular. Eyni zamanda, Elm və Təhsil Nazirliyi sertifikasiya imtahanları ilə bağlı müəllimlər üçün bir sıra təlimlər təşkil etdi. Düşünürəm ki, bu il müəllimlərin daha yüksək nəticələr göstərməsinin əsas səbəbləri bunlardır. Amma yenə də təkrar edirəm, birmənalı şəkildə nəticələr yaxşıdır deyə bilmərik. Bu il müsabiqədən keçməyən müəllimlərin qarşıda 1 ili var və həmin  müddətdə mütləq şəkildə özlərini təkmilləşdirməlidirlər. Onu da qeyd edim ki, yüksək nəticə göstərən müəllimlərin bir çoxu repetitor və hazırlıq kurslarına gedib. Düşünün ki, bir müəllim öz fənnini öyrənmək üçün başqa bir müəllimə müraciət edib... Sertifikasiya vacib bir prosesdir, lakin müəllimlərin biliyi keyfiyyətli şəkildə yoxlanmalıdır".



Təhsil mütəxəssisi Nadir İsrafilov isə deyib ki, əgər, bu il də ötənilki vəziyyət təkrarlansaydı, sertifikasiyaya olan-qalan inam da itəcəkdi:


 “Hər halda bu, taktiki gediş olsa belə ümumi işimizin xeyrinədir. Sosial şəbəkələrdə sertifikasiya imtahanından çıxan müəllimlərin sevincini görmək sanki, öz sevincin qədər adama xoş gəlir. Nəhayət özümüzdə böyük bir məmnunluq hiss etdik ki, yaşlı müəllimləri sertifikatlaşdırma imtahanında yüksək, hətta maksimal bal toplamalarının, şəhid anasının rekord nəticəyə imza atmasının şahidi olduq. Halbuki, ötən il 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməmiş, 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilməmişdi. Sertifikasiya imtahanlarında 100 faiz uğur qazananlar isə əsasən gənclər -25-29 yaşı olan müəllimlər idi. 

Ötən il nazir də məsələyə dair açıqlamasında demişdi: "Anbar sözünü "ambar", şaftalını "şafdalı", dastanı "dasdan" kimi yazan müəllimlər sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edirdi.

Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinifdəki azyaşlı şagirdə nə öyrədəcək? Mənə elə gəlir ki, biz çox ciddi problemlə üz-üzəyik. Təhsildəki hər hansı güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis başqa bir şey təsəvvür edə bilmirəm". Nazir həmçinin bildirmişdi ki, 40-55 yaş arası olanlar nazirliyi daha çox narahat edir”.

 N.İsrafilov vurğulayıb ki, sertifikasiya imtahanlarının sadələşdirilməsi də istisna hal deyil:


 “Ötən illə müqayisədə bu il tam əksini görürük. Nə baş verdi…? Bir ildə müəllimlərimizin hazırlıq səviyyəsimi yüksəldi, yoxsa ötənilki çətin suallar daha asan suallarla əvəzləndi? Hər iki saula birmənalı cavab vermək bir az sadəlövhlük olardı. Sualların sadələşdirilməsi faktoru da istisnalıq təşkil etmir. Eyni zamanda, ötən ilin təcrübəsindən müəyyən nəticə çıxarıb, imtahana daha məsuliyyətlə yanaşanların da zəhmətini dəyərləndirməmək ədalətsizlik olardı. İstənilən halda bu taktiki gediş olsa belə, ümumi işimizin xeyrinədir. Əgər, bu il də ötənilki vəziyyət təkrarlansaydı, sertifikasiyaya olan-qalan inam da itəcəkdi. Kiçik bir paralel aparsaq, qəbul imtahanlarında da oxşar vəziyyətdir. Elə ilimiz olub kİ, 25 nəfər 700 bal toplayıb, elə illərimiz də olub ki, bir nəfər belə maksimal bal toplaya bilməyib. Bunu plan yerlərinə müvafiq qəbulun planlaşdırilması ilə - suaların asanlıq və çətinlik dərəcəsinin tənzimlənməsi ilə izah edənlər də az deyil. Halbuki, bir ildə təhsilin keyfiyyəti nə yüksələ bilər, nə də aşağı düşər. Bunun üçün onilliklər tələb olunur.


 Əsas odur ki, müəllimlərimizin üzü gülsün, çünki onların yetirmələrinin də bu gülüşə böyük ehtiyacı var. Müəllimlərin aşağılanması təkcə təhsilimizə deyil, bütövlükdə cəmiyyətimizə başucalığı gətirmir. Ümid və arzu edək ki, sertifikasıiya həyacanı geridə qalacaq, bu sevinc və yüksəliş növbəti illərdə də davam edəcək. Ötən il zəif göstəriciləri olan müəllimlərimiz də ruhdan düşməsinlər. “Keçənə güzəşt deyərlər” atalar məsəlini xatırlayıb, özlərində yeni ruh yüksəkliyi  yaratsınlar”.




Загрузка...
Həmçinin oxuyun:
Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Metodbirləşmələr

Metodbirləşmələr

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

SİNİF TƏŞKİLAT SAATI  VƏ  ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

TƏŞKİLAT  SAATI  VƏ  ONUN TƏŞKİLİ  YOLLARI

TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Pedaqoji Lüğət

Pedaqoji Lüğət