Xəbərlər / Ekspert
12 aprel 2023
953


Nadir İsrafilov: Bir çox təhsil müəssisələrində keçirilən bəzi tədbirlər, əslində görüntü yaratmaqdan başqa bir şey deyil.


Nadir İsrafilov: ”Tədbir keçirmək də lazımdır, lakin əsas vəzifə tədris olmaq şərtilə...

Bir çox təhsil müəssisələrində keçirilən bəzi tədbirlər, əslində görüntü yaratmaqdan başqa bir şey deyil.

 Son zamanlar yazılı və elektron mediada ayrı-ayrı  təhsil müəssisələrində təlim-tərbiyə sahəsində görülən işlərin nəticələrinə dair konkret  məlumatlardan daha çox, müxtəlif səpgili tədbirlərin keçirilməsinə dair məlumat xarakterli informasiyaların gündəmi zəbt etməsinin şahidi oluruq. Yəni, istər ali, istərsə də orta ümumtəhsil müəssisəsi olsun, sanki bunlar kimin daha çox tədbir keçirəcəyi üzrə “sosializm yarışı”na qoşulublar. Bu kimi tədbirlər içərisində mənəvi dəyərlərimizlə heç bir əlaqəsi olmayan intellektuallıqdan, proqressivlikdən kənar şoumenlərlə, bloggerlərlə, tiktokçularla görüşlər də heç də az deyil. Əlbəttə,tədbir keçirmək də lazımdır, lakin əsas vəzifə tədris olmaq şərtilə. Təəsüfləndirici hal odur ki, bir çox təhsil müəssisələrində keçirilən bəzi tədbirlər, görüntü yaratmaqdan başqa bir şey deyil. Halbuki, bu kimi görüntü xarakterli tədbirlər əvəzinə həmin təhsil müəssisələrinin təlim göstəricilər, təhsil sahəsindəki uğurları nümayiş etdirilsəydi, bu yeniyetmə və gənclərimizə daha  öyrədici, tərbiyəedici və inkişafetdirici təsir göstərərdi, nəinki bu kimi əks təsiredici tədbirlər.

Kimin daha çox tədbir keçirəcəyi üzrə bəzi təhsil müəssisələrinin “sosializm yarışı”na qoşulmasından söz düşmüşkən, onu da xatırlatmaq yerinə düşər ki, sovet dönəmində də təhsil müəssisələrində  müxtəlif növ tədbirlər keçirilib. Lakin bu, indiki kimi, tədbir keçirmək xatirinə görüntü yaratmaq mənasında deyil, təhsil proqramlarına və buna müvafiq  tədbirlər planına uyğun olaraq təhsilalanları sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini daha səmərəli etmək, onların ictimai həyata və müstəqil peşə fəaliyyətinə hazırlanmalarına zəmin yaratmaq kimi məqsədlərə xidmət etmək məqsədlərindən irəli gəlib.

Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə lazımi və qaneedici diqqət yetirilmir.

Çıxarılan nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə, dərs və dərsdənkənar tədbirlər vəhdət təşkil etməyəcəksə, bu vəhdətin əlaqələndirilməsinə və uzlaşdırılmasına xidmət edə biləcək tədbirlər təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə vasitə rolunu oynamayacaqsa, vahid və bütöv pedaqoji prosesi təşkil etməkdə müəyyən problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Tədbir keçirək, ancaq kimsə kimdənsə nəsə öyrənsin, kimdənsə, nədənsə kimsə nəsə əxz etsin. Keçirdiyimiz tədbirlər qismən də olsa, yeniyetmə və gənclərimizin virtual asılılıqdan azad olunmasında yardımçı olsun.

Pedaqoji proseslə bağlı bəzi mühüm məqamları xatırlatmaqda məqsədim ondan ibarətdir ki, pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını tənzimləyir. Çünki təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır. İnteraktivlik istər təlimdə olsun, istərsə tərbiyədə, ya da keçirilən hər hansı bir tədbirin mahiyyətində - bu öyrətməyə xidmət etməlidir, əyləndirməyə yox...

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər"-Nadir İsrafilov

"Gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər"-Nadir İsrafilov

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təlim - tərbiyənin psixologiyası

Təlim - tərbiyənin psixologiyası

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi