AzTehsil.com


Xəbərlər / Müəllim
30 noyabr 2020
1 204


"Gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər"-Nadir İsrafilov



"Gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər"-Nadir İsrafilov

 

"Əgər özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar” kimi iddialar irəli sürülüb.

"Dövlət təhsil müəssisələri kimi, özəl məktəblər də çıxılmaz durumdadılar”

Şagird və tələbələrin təhsil haqqının tənzimlənməsindən danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 O qeyd edib ki, hazırda gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər:

 "Nə qədər qabaqlayıcı tədbirlər həyata keçirilsə belə, dünyanı cənginə alan pandemiyanın bütün sosial-iqtisadə sahələrə, o cümlədən də təhsilə təsirsiz ötüşmədiyi danılmazdır.

Başlıca təsəlliverici hal odur ki, hər kəs optimist mövqe nümayiş etdirir, vəziyyətin müvəqqəti xarakter daşıdığını dərk edir, cəmiyyət bu bəşəri bəlaya anlaşıqla yanaşır. Bununla belə, pandemiya bir çox fəsadlar yaratmaqla yanaşı, koronavirusla əlaqədar faktiki olaraq, mart ayından etibarən, ölkədə tədris prosesinin faktiki olaraq dayandırılması və distant dərslərə keçilsə də, bu təcrübənin gözlənilən effekti vermədiyi nəzərə alınaraq, özəl məktəblərdə və ali təhsil müəssisələrində şagird və tələbələrin illik təhsil haqqında dəyişikliklər edilməsi barədə fikirlər də gündəmi zəbt edən məsələlərdən olub, "məsafədən təhsil ödənişi aşağı salacaqmı” kimi suallar ortalığa atılıb, "Əgər özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar” kimi iddialar irəli sürülüb. Özəl məktəblər isə şagirdlərdən məbləği heç də az olmayan təhsil haqqını hələ tədris ilinin əvvəlində alsalar da, orada da vəziyyət fərqli deyil. Düzdür, dövlət təhsil müəssisələri kimi, özəl məktəblər də çıxılmaz durumdadılar. Lakin valideynləri özəl məktəblərə ödədikləri təhsil haqqının adekvat qarşılığını tələb edirlər”.

Onun sözlərinə görə yaranmış mövcud vəziyyətdə hər hansı bir məcburiyyət yolverilməzdir.

"Belə bir vəziyyətdə valideynlərlə özəl məktəblər arasında münasibətlər hüquqi planda necə tənzimlənməlidir? Hətta bir qrup valideyn təhsil haqqılarında endirim tələbi ilə Təhsil Nazirliyinə müraciət ünvanlamışdı. Bununla belə hesab edənlər də var ki, fövqəladə rejimin tətbiq ediləcəyi halda, valideynlər ödədikləri təhsil haqqını geri tələb edə bilməzlər. Digər başqa hallarda isə qabaqcadan ödənmiş məbləğ valideynlərə qaytarılmalıdır.

Başqa bir mövqeyə görə isə, "istənilən səbəblə əlaqədar özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludur. Çünki insan alacağı təhsil üçün ödəniş edir”.

Göründüyü kimi məsələyə münasibət heç də birmənalı deyil. Bu prizmadan yanaşsaq ki, pandemiya heç kəsdən asılı olmayan bir məsələdir və bu qəbildən olan təhsil müəssisələrində müəllimlərin əmək haqqı əsəsən valideynlərdən alınan ödənişlərdən verilir, bu halda müəllimlərin əmək haqqı ala bilməyəcəkləri ehtimalı yaranır. Bu mənada, bu kimi məsələlərdə tərəflər anlaşıq göstərməli, qarşılıqlı güzəştlərə getməlidirlər. Hesab edirəm ki, yaranmış mövcud vəziyyətdə hər hansı bir məcburiyyət yolverilməzdir. Dövlət və özəl status daşımasından asılı olmayaraq, bütün təhsil müəssisələri müvəqqəti fasilədən yaranan boşluğu kompensasiya etmək və proqram materiallarındakı geriliyi aradan qaldırmaq üçün səfərbər olunub. Bu istiqamətdə artıq istər dövlət, istərsə də ayrı-ayrı özəl təhsil müəssisələrində müəyyən təcrübə əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir. Mütəmadi olaraq əlaqə saxladığım bir neçə özəl liseylərdə vəziyyətlə tanışlıq göstərir ki, normal tədris prosesinin həyata keçirilməməsi fonunda təhsil haqqının ödənilməməsi və ya ödənilmiş təhsil haqqına müəyyən güzəştlər edilməsi ilə əlaqədar müəssisə rəhbərləri və ya valideynlər tərəfindən elə də ciddi bir tələb irəli sürülməyib, hansısa ciddi narazılıq yaranmayıb”.

Sədr müavini bəzi müəssisələrin artıq təhsil haqqında müəyyən güzəştlər etdiyini də vurğulayıb.

" Bildiyim qədər, bir sıra müəssisələrdə müəyyən komunal xərclər ləğv edilib, xüsusi karantin rejimi dövründə göstərilməyən xidmətlərin ödənişi təhsil haqqından çıxarılıb, 20 faizdən 30 faizə qədər güzəştlər edən müəssisələr də az deyil. Önənişlərə müəyyən endirim halları da var. Bəzi müəssisələrdə müqavilə şərtləri əsas götürülür. Valideynlərlə anlaşmaya əsasən, internet üzərindən aparılan dərslərə baxmayaraq, koronavirusla bağlı vəziyyətin sabitləşməsindən dərhal sonra 6 günlük dərs həftəsinə keçid, əlavə məşğələlər və ya vəziyyətlə əlaqədar dərs müddətinin uzadılması hesabına proqram materiallarının tam mənimsənilməsi həyata keçiriləcək”.

"Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, "Hədəf” liseyinin rəhbərliyi tərəfindən Vətən müharibəsində iştirak edən, Hədəf Kursları və Hədəf Liseyində təhsil alan və gələcəkdə təhsil alacaq şəhid və qazi övladlarının təhsil haqqında Şəhid övladlarına 60% , Qazi övladlarına 30% güzəşt edilməsi barədə əmr imzalanıb. Bu digər özəl təhsil müəssisələri üçün də örnəkdir”-deyə sədr müavini N.İsrafilov sözlərinə əlavə edib.



Загрузка...
Həmçinin oxuyun:
Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Məktəb və bağçalarda iş  dayandırılıb.Özəl bağça və liseylər ödənişi geri qaytarırmı?

Məktəb və bağçalarda iş dayandırılıb.Özəl bağça və liseylər ödənişi geri qaytarırmı?

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi alqışalayiq addımdır" RƏY-ÖZƏL

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi alqışalayiq addımdır" RƏY-ÖZƏL

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Müəllimlərin yay tətili ləğv olunacaq?

Müəllimlərin yay tətili ləğv olunacaq?

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Bundan sonra təhsil sistemində nələr olacaq? - AÇIQLAMA GƏLDİ

Bundan sonra təhsil sistemində nələr olacaq? - AÇIQLAMA GƏLDİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif