AzTehsil.com


Xəbərlər / Ekspert
04 aprel 2020
1 209


Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…



Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

 

Xüsusi karantin rejimi ilə əlaqədar artıq onlayn tədrisə keçən təhsil kursları aylıq ödənişlərdə şagird və abituriyentlərə heç bir güzəşt tətbiq etmirlər.
Bu da valideynlərin narazılığına səbəb olur. Onlar bildirirlər ki, dərslərin onlayn keçirilməsinin ənənəvi metodla müqayisədə aşağı keyfiyyətli olmasına baxmayaraq, aylıq ödənişlərdə güzəşt yoxdur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, kurslar onlayn dərslərə görə qiymətlərdə endirim etməlidirlər.

"Qlobal xarakter alan koronavirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi, təhsilə də təsirsiz ötüşməyib. Pandemiyadan qurtulmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılır, kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir, xalqımız isə həmrəylik, mütəşəkkillik və dözümlülük nümayiş etdirir. Belə bir şəraitdə kursların anlayış göstərərək müəyyən güzəştlərə getməməsi heç bir məntiqə sıxmır. Halbuki bu gün biz daha çox birlik, həmrəyliyik göstərməliyik. Hər şeydən əvvəl ona görə ki, gələcəyimiz olan təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işi, ümummilli məsələdir”, – o deyib.

Təhsil eksperti Elçin Əfəndi də bildirib ki, onlayn təhsilə keçən bütün kurslar təhsil haqqına endirim etməlidirlər:
"Bununla bağlı valideyn iradları bizə də gəlir. Hazırda ölkədə distant təhsil keçirilir. Özəl tədris mərkəzləri bu anda güzəşt etməyə borcludurlar. Heç bir valideyn sıxışdırılmamalıdır. Qeyd edim ki, bu irad bütün təhsil kurslarına aid deyil. Məsələn, "Zəfər” kursları valideynlərə kömək üçün təhsil haqqında 20 manat endirim edib. Bundan əlavə, dərsə qoşula bilməyən abituriyentlərə 15 GB-lik internet paketi hədiyyə verilib. Mən bütün dövlət və özəl təhsil müəssisələrini məhz bu cür addımlar atmağa çağırıram”.

Ekspert vurğulayıb ki, onlayn təhsil istənilən halda real təhsil qədər effektiv deyil. Ona görə də təhsil müəssisələri vəziyyəti düzgün qiymətləndirməlidirlər.



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Elçin Əfəndi: “Bəzi universitetlər özbaşına qərar verirlər”

Elçin Əfəndi: “Bəzi universitetlər özbaşına qərar verirlər”

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

MİQ hazırlığında MÖHTƏŞƏM AKSİYA

MİQ hazırlığında MÖHTƏŞƏM AKSİYA

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Məktəb və bağçalarda iş  dayandırılıb.Özəl bağça və liseylər ödənişi geri qaytarırmı?

Məktəb və bağçalarda iş dayandırılıb.Özəl bağça və liseylər ödənişi geri qaytarırmı?

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Elmi-pedaqoji təcrübələr onlayn platformada

Elmi-pedaqoji təcrübələr onlayn platformada