AzTehsil.com


Xəbərlər / Ekspert
01 aprel 2020
1 720


Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib



Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

 

"İndi hansı metodun nə kimi effekt verəcəyini mübahisə etmək  zamanı deyil. Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib. Pandemiyanı mümkün qədər ziyansız adlamaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı tədbirlər həyata keçirilir, xalqımız isə kifayət qədər həmrəylik, anlaşıqlıq və dözümlülük nümayiş etdirilir.
 
Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri fonunda yaranmış vəziyyətlə bağlı buraxılan boşluqların kompensasiya edilməsi istiqamətində də müvafiq işlər görülür, lazımi addımlar atılır.
Xeyli texniki imkanların olmasına, elektron dərs metodlarının tətbiqinə baxmayaraq, təhsilalanların bilavasitə tədris prosesindən kifayət qadər ayrı düşməsi heç şübhəsiz ki, onların bilik, bacarıq və vərdişlərinə təsirsiz ötüşməyəcəyini hamı dərk edir. Fərəhləndirici haldır ki, təhsillə bağlı istənilən baş verə biləcək yenilik və dəyişiklik geniş ictimaiyyətin böyük diqqət və maraq dairəsində olduğundan bu istiqamətdə müxtəlif subyektiv mülahizələr, rəy və təkliflərin irəli sürülür, cəmiyyət bu kimi hallara biganə deyil. Hər kəs çıxış yolu bildirmək üçün öz köməklyini göstərməkdən çəkinmir.

Müxtəlif təhsilalma formaları var, distant təhsil, fərdi yaradıcılıq üsulları, müstəqil işlərin təşkili, ev tapşırıqlarının yerinə yetirilməsi, məktəbdən kənar fəaliyyətin müxtəlif formaları, özünütəhsil və s. Bu istiqamətdə artıq istər ali, istərsə də ayrı-ayrı ümimi orta təhsil müəssisələrində müəyyən təcrübə əldə edilib və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Bu gün başlıca vəzifə müəllimlər, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən, məktəb-valideyn-şagird əlaqələrini imkan daxilində onlayn müstəvisinə keçirməkdən, video, qrafika, səs və digər multimedia vasitələrinə, elektron resurslara, teledərslərə, "vizuallaşdırılmış dərs” formalarına, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara, "Facebook”, "WhatsApp”, "Skype”, adi telefon bağlantısı və digər bu kimi ehtiyat mexanizmlərinə, mövcud olan bu kimi digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaq, mümkün olan bütün metod və formalardan istifadə etməklə təhsilalanların aktivliyinin qorunub saxlanılmasına nail olmaqdır”.
"Düşünürəm ki, "Təhsil Nazirliyi ilə "Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək onlayn dərslərin təqdimatı bu istiqamətdə atılan yeni addım olacaq. "Virtual məktəb” layihəsi üzrə müəllimlər tərəfindən həftəiçi teledərslərin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir şagird öz yaşına uyğun sinifə təyin olunmaqla yanaşı, tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirərkən eyni zamanda, öz yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq imkan əldə edə biləcəklər. Bu isə onlarda, sanki canlı dərs prosesinin yaratdığı psixoloji durum formalaşdıracaq.

Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil, fəaliyyəti düzgün təşkil etmək, əlaqələndirmək və səmərəli tənzimləmək deməkdir. Başlıcası odur ki, fəliyyətin təşkili və nizama salınmasında dəfələrlə qeyd edildiyi kimi, kimlərinsə subyektiv mülahizələri deyil, Nazirlər Kabineti yanında Operativ Qərargahın və bilavasitə təhsil Nazirliyinin rəsmi məlumatları əsas götürülsün”.

Qeyd edək ki, Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər.
 Həmçinin, "Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat” funksiyasından istifadə edə biləcəklər.



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Buraxılmış dərslərin bərpa olunması ilə bağlı variantlar nəzərdən keçirilir

Buraxılmış dərslərin bərpa olunması ilə bağlı variantlar nəzərdən keçirilir

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ

“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Təhsil Nazirliyinin onlayn tədris imkanları

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

Ötən il 78 elektron dərslik yeniləri ilə əvəzlənib

Ötən il 78 elektron dərslik yeniləri ilə əvəzlənib