AzTehsil.com


Xəbərlər
29 mart 2020
1 631


ADNSU-da onlayn təhsilə start verildi



ADNSU-da onlayn təhsilə start verildi

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasında koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesi aprelin 20-dək dayandırılıb. Bu vəziyyətdən irəli gələrək distant təhsilə önəm verilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  də (ADNSU) artıq   onlayn təhsilə başlayıb. Universitetdən verilən məlumata görə,  onlayn formada keçirilən dərslərin sayı 150-yə çatıb.  Aprel ayının 1-dək ADNSU-da onlayn formada təhsil tədrisin planı üzrə dərslərin 100%-ni əhatə edəcəkdir. 
ADNSU-da onlayn təhsil Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsinə və təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında gerçəkləşdirilib. Onlayn-təhsil Təhsil Nazirliyinin təhsil müəssisələrinə təklif etdiyi "Microsoft Teams” platforması üzərində təşkil olunub. Nazirliklə "Microsoft” şirkəti arasında əməkdaşlığın nəticəsi olaraq "Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

ADNSU-da 12 oktyabr 2016-cı il tarixindən təkmilləşdirimiş elektron universitet-Unibook-un istifadəyə verilməsi sayəsində universitetin hər bir tələbəsinə fərdi şifrəsi vasitəsilə portala daxil olaraq, burada yerləşdirilən bütün məlumatlar, sillabuslar, mühazirələr, təqdimat materialları, fənn proqramları, imtahan sualları, elektron dərs vəsaitləri, o cümlədən Word formatında ədəbiyyatlar, dərs cədvəlləri ilə tanış olmaq imkanı yaradılıb.
Unobook-da dərslərin mövzusu müəllimlər tərəfindən doldurulur və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunur. Tələbələr Unibook vasitəsilə istədikləri məlumatı öyrənə, laborator işlərini apara, istənilən dərs tapşırıqlarını hazırlaya, bütün kafedralar haqqında məlumat ala, hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya bilərlər.
ADNSU-nun qabaqcıl Unibook sistemi "Microsoft Teams” platformasının imkanları ilə birlikdə video bağlantı vasitəsilə məsafədən təhsilvermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən, habelə təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması, qrup işinin təşkili kimi alətlərdən istifadə edərək, onlayn təhsilin effektiv şəkildə təşkilini təmin edir.
 muallim.edu.az 
 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Tətil davam edir necə hərəkət edək?

Tətil davam edir necə hərəkət edək?

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Tələbələrə Rusiyanın elektron kitabxana sisteminin resurslarından istifadə imkanı yaradılıb

Tələbələrə Rusiyanın elektron kitabxana sisteminin resurslarından istifadə imkanı yaradılıb

Müraciətçilərin çox olduğu bəzi məktəblərdə valideynlər bunu etsinlər

Müraciətçilərin çox olduğu bəzi məktəblərdə valideynlər bunu etsinlər

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Onlayn kitabxanada audiokitabların sayı artırılıb

Onlayn kitabxanada audiokitabların sayı artırılıb