AzTehsil.com


Xəbərlər
13 mart 2020
2 357


Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...



 

Məlum olduğu kimi  fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) tədris ilinin müddətində və tətil günlərində dəyişiklik etmək səlahiyyəti respublikanın bütün ərazisində - Nazirlər Kabinetinə, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə - Təhsil Nazirliyinə aid edilib.
Tədrisdə müəyyən fasilə yaranması ilə bağlı qərar veriləndən dərhal sonra Təhsil Nazirliyi tərəfindən şəhər, rayon təhsil şöbələrinə, yerli təhsili idarəetmə orqanları vasitəsi ilə təhsil müəssisələri rəhbərlərinə tövsiyələr göndərilib. Onlara mövcud olan resurslardan istifadə etməklə valideynlərin də məlumatlandırılması tövsiyə edilib.
Bu gün məktəbin  başlıca vəzifəsi Nazirliyin tövsiyələri əsas götürülməklə tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən,  şagirdlərin proqram materialının mənimsənilməsində yaranan boşluqların aradan qaldırılması üçün məktəb-valideyn-şagird əlaqələrini  imkan daxilində onlayn müstəvisinə keçirməkdən,  video, qrafika, səs və digər multimedia vasitələrinə, elerktron resurslara, teledərslərə, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara istinad etməkdən, orta məktəblər üçün mövcud olan  digər resurslardan istifadə etməklə, əhali arasında yaranan təşviş və narahatçılığı sabitləşdirməkdən ibarətdir.
Buraxılmış dərslərin kompensasiya edilməsi isə təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın və əlaqəli mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi və artıq elan olunduğu kimi bu barədə hazırlanacaq digər  tövsiyələr əsasında həyata keçirilməsi nəzərdə tutulur.


Danılmaz faktdır ki,  insanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Ölkəmizdə həyata keçirilən davamlı təhsil islahatları dövlətin təhsil siyasətinin bir istiqamətidir. Bu baxımdan cəmiyyətin mariflənməsi məsələsi də məktəbin və müəllimin fəalliyyətinin tərkib hissəsi və icra edəcəyi vacib işlərdən biri olmalıdır. Bu gün informasiya cəmiyyətində yaşayırıq və bu cəmiyyətin tələblərinə müvafiq müxtəlif platformalarda şagird-müəllim, valideyn–müəllim münasibətləri tənzimlənməsi zərurəti ön plana çəkilir 
Təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının məcmusundan, onları həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir. Şagird şəxsiyyətinin formalaşması məsələsində məktəblə valideyn əlaqəsi məktəblər və onun ən aparıcı quvvəsi olan müəllimlərdən böyük məsuliyyət tələb edir. Hazırda təhsil sahəsində gedən əsas islahatlardan biri də təkmilləşmə yeniləşmə prosesinə daxil olan müəllim- valideyn münasibətləri istiqamətində məktəbin yenidən qurulmasıdır.  Müəllim-valideyn münasibətlərini doğru istiqamətə yönəltmək məktəb rəhbərliyinin peşəkarlığının göstəricisidir. 

Əbəs yerə deyil ki, təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında "Təhsil haqqında” Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir, təhsilverənlərlərlə yanaşı, təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr, təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər təhsil prosesinin iştirakçıları hesab edilir, onların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunur, övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşıması şərtləndirilir.
 
Məqsədimiz müvəqqəti yaranan böhranlı vəziyyətdən çıxış yolu kimi təbii hadisənin cəmiyyət həyatının müxtəlif sahələrinə, xüsusən təhsilə ciddi təsirini minimuma endirmək, bunun üçün təhsilimizdə baş verən proseslərdə valideynlərin kənarda qalmmamasına, şagirdləri vaxtlarını boş keçirməməsinə, imkan daxilində mövcud "Facebook", "WhatsApp", "Skype" və digər bu kimi   ehtiyat mexanizmlərinə istinad etməklə vəziyyəti normal axara salmaqdır. Buna görə də valideynlərin təhsil ocağı ilə müəllimlərin valideynlərlə sıx əlaqə saxlaması, məktəbdə və təhsilimizdə gedən proseslərdə bilavasitə iştirakı çox vacibdir.

Məktəbimiz əsasən valideynlərin məskunlaşdığı kompakt ərazidə yerləşir. Bir çox müəllimlərimiz də məhz bu ərazinin sakinləridir. Müəllimlərimiz və sinif rəhbərləri ən əlverişsiz halda belə adi telefon bağlantısı vasitəsilə valideynləri və şagirdlərə öz müvafiq tapşırıqlarını verir, nəyə diqqət etmək, hansı tapşırıqları yerinə yetirməklə bağlı tövsiyələrini verir, hadisələrin son gedişatı ilə məlumatlandırır, təhsilin fasiləsizliyini  təmin etmək üçün bütün mümkün olan imkanlardan istifadə edirlər.  

Gəldiyimiz qənaət ondan ibarətdir ki, məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə bu münasibətlərin daha qarşılıqlı və anlaşıqlı müstəviyə keçirilməsidir.

Yaqut Əfəndiyeva
Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru 
moderator.az 



Загрузка...
Həmçinin oxuyun:
Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

MƏKTƏBDƏ İDARƏETMƏ  İdarəetmənin mahiyyəti

MƏKTƏBDƏ İDARƏETMƏ İdarəetmənin mahiyyəti

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Valideyinlər şagirdlərin dərsini izlədilər

Valideyinlər şagirdlərin dərsini izlədilər

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Məktəblərdə ölmüş “vəzifə”  - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Məktəblərdə ölmüş “vəzifə” - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Təhsil naziri press brifinq keçirib

Təhsil naziri press brifinq keçirib

Koronavirusa görə dərs ili uzadılacaq? - RƏSMİ CAVAB

Koronavirusa görə dərs ili uzadılacaq? - RƏSMİ CAVAB

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri