BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirib
15.10.2025-ci il tarixində dərsdənkənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
AzTehsil.com- n əldə etdiyi məlumata görə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:
“Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”.