AzTehsil.com


Xəbərlər
07 mart 2018
4 158


Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...



 

Bakıdakı bəzi məktəblərdə fəaliyyət göstərən "Valideyn-Müəllim Assosiasiyası”nın işinə birmənalı münasibət yoxdur. Əksər valideynlər deyirlər ki, guya uşaqların  təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və  məktəblərin inkişafına yönəltməli olan bu qurumlar əslində başlarını girləməklə məşğuldurlar. 

Vaxtilə keçmiş təhsil naziri Misir Mərdanovun xeyir-duası  ilə yaradılmış "Valideyn-Müəllim Assosiasiyası” bəzi məktəblərdə yalnız 8 mart, Müəllimlər günü və bəzi digər əlamətdar tarixlərdə "dirçəlir”. Bir sıra məktəblərdə isə həmin qurumlar direktorlara necə deyərlər, "ayı xidməti” göstərməklə məşğuldur. 

Ümumiyyətlə bu qurumların gərəksizliyini başa düşən bir sıra qabaqcıl məktəblər eks-nazirin dövründən qalma mirasdan tamamilə imtina edib, onların işinə son veriblər.

Amma  "Valideyn-Müəllim Assosiasiyası”ndan öz maraqları naminə istifadə edən direktorlar da var ki, onlar həmin qurumlara məktəblərdə "at oynatmağa” əməlli-başlı şərait yaradırlar. Məhz həmin məktəblərdə bu asossiasiyaların möhürlü, ştamplı rəhbərləri özlərini az qala direktor səviyyəsində aparırlar.

Bu isə təhsilə, məktəblərdə təlib-tərbiyənin səviyyəsinin aşağı düşməsinə, digər xoşagəlməz hallara və qanunsuz ödənişlərin toplanmasına gətirib çıxarır.

Bu gün həmin assosiasiyaların adı çəkiləndə valideynlərdən pul yığılması halları gündəmə gəlir.


O zaman bu assosiasiyaya nəzarət olunurmu?


Digər tərəfdən  bu assosiasiyalar niyə bütün məktəblərdə yoxdur. Gələcəkdə onların ləğvi gözlənilirmi?


Aztehsil.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti Modern.az-ın suallarını cavablandırıb. Rəsmi cavabdan belə məlum olur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də eks-nazirin dövründən qalma Valideyn-Müəllim Assosiasiyasının gərəksizliyini başa düşüb.


"Məktəb-valideyn əməkdaşlığının inkişafında, şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsində valideynlərlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə olan təcrübəni inkişaf etdirmək, məktəb-valideyn əlaqələrini daha müasir səviyyədə genişləndirmək məqsədilə hazırda "Məktəb icmaları” layihəsi həyata keçirilməkdədir”,-deyə idarə bəyan edib. 


Bildirilib ki, Təhsil İdarəsinin tabeliyindəki 150 ümumi təhsil müəssisəi yeni "Məktəb icmaları” layihəsinə qoşulub.


"Məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagird birliyidir. "Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına sədr və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

"Məktəb icmaları” layihəsinin məqsədi  ümumi təhsil müəssisələrində işləyən direktor, müəllim, valideyn və şagirdlər arasında sıx əməkdaşlıq və birgə kreativ layihələrin həyata keçirməsinə stimul yaratmaqdır.

İcmaların təşkil edildiyi məktəblərdə valideynlər övladlarının təhsili ilə yaxından tanış olmaq imkanı qazanır və bu prosesdə fəal iştirakçıya çevrilir. Şagirdlər isə müstəqil şəkildə araşdırmalar, mülahizələr edir, fərdi və yaşıdları ilə birgə komandada işləmək bacarığı qazanır, əylənir və öyrənir. Həmçinin, şagirdlər layihələrin həyata keçirilməsi prosesində yaxından iştirak edir və birgə qərar qəbuletmə bacarıqlarına yiyələnirlər. Müəllimlər isə öyrətməklə kifayətlənməyərək şagirdlərə və valideynlərə lazımi pedaqoji, texniki və mənəvi dəstək göstərir, bələdçilik edir.

Hər tədris ilində layihəyə cəlb olunmuş məktəblərin iştirakı ilə görüşlər keçirilir və layihənin fəaliyyətinin müsbət nəticələri ətrafında müzakirələr aparılır. Görüşlərdə "Məktəb icmaları” layihəsinin daha da genişləndirilməsi, icma özünüidarəetmə strukturunun səmərəli təşkili və valideynlərlə əməkdaşlığın artırılması haqqında tövsiyələr verilir”.


Mətbuat xidmətinin məlumatına görə, artıq "Valideyn-Müəllim Assosiasiyası”  sıradan çıxmaq üzrədir:


"Son zamanlar məktəb-valideyn əlaqələrinin səmərəliliyini artırmaq məqsədilə əvvəllər yaradılmış "Valideyn-Müəllim Assosiasiyası” valideynlərin təşəbbüsü ilə tədricən məktəb icmaları ilə əvəz olunmaqdadır”.



Загрузка...
Həmçinin oxuyun:
Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

“Valideyn-müəllim-şagird qızıl üçlüyü ilə təhsilimizin inkişafına dəstək olaq”

“Valideyn-müəllim-şagird qızıl üçlüyü ilə təhsilimizin inkişafına dəstək olaq”

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

"Məqsədimiz məktəb direktorlarına müstəqil olaraq müəllim seçmək imkanı yaratmaqdır" - Nazirdən açıqlama..

"Məqsədimiz məktəb direktorlarına müstəqil olaraq müəllim seçmək imkanı yaratmaqdır" - Nazirdən açıqlama..

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb