Xəbərlər
02 mart 2018
1636

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Nazirlər Kabineti "Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nı təsdiqləyib.

Qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.

Ailə tipli təlim qrupları yaradılacaq əraziyə ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinin struktur bölməsi kimi təşkil olunur və həmin müəssisənin nizamnaməsinə uyğun fəaliyyət göstərir. Ailə tipli təlim qrupları 1,5 yaşdan 6 yaşadək 3 və daha çox uşağı olan ailələrdə təşkil olunur. Çoxuşaqlı ailədə 1 və ya 2 məktəbəqədər yaşlı uşaq olduğu halda, digər ailələrdən məktəbəqədər yaşlı uşaqları qəbul etməklə, ailə tipli təlim qrupunun təşkilinə yol verilir. Ailə tipli təlim qrupları 1, 5 yaşdan 6 yaşadək uşaqların təlimini, tərbiyəsini, sağlamlığını təmin edir, onlara qulluğu və nəzarəti həyata keçirir.. Ailə tipli təlim qruplarında uşaqların sayı 7 nəfər müəyyənləşdirilir.. Ailə tipli təlim qrupları 5 günlük iş həftəsi üzrə saat 9:00- dan 12:00-dək və ya 13:00-dan 16:00-dək rejim ilə fəaliyyət göstərir.

Ailə tipli təlim qruplarında təhsilin məzmunu təhsil proqramları əsasında uşaqların yaş xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir. Ailə tipli təlim qruplarında tərbiyəçi-müəllimin vəzifəsinin yerinə yetirilməsinə nəzarəti və metodiki köməkliyi məktəbəqədər təhsil müəssisəsi təmin edir. Ailə tipli təlim qruplarında təhsil prosesinin təşkili uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən bilik, bacarıq və vərdişlərin aşılanması üçün şərait yaradılmasını nəzərdə tutur. Ailə tipli təlim qrupları ümumi inkişafetdirici istiqamətli ola bilər və ya məktəbəqədər təhsil proqramı tətbiq olunmadan da uşaqlara qulluq və nəzarəti həyata keçirə bilər. Ailə tipli təlim qrupları müvafiq olaraq bazasında təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin müdirinin əmri ilə yaradılır. Ailə tipli təlim qrupları çoxuşaqlı ailənin yaşadığı evdə təşkil olunur. Ailə tipli təlim qruplarında işləmək üçün nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin mövcud ştat vahidləri dairəsində tərbiyəçi-müəllim ştatı ayrılır. Tərbiyəçi-müəllim vəzifəsinə müvafiq təhsili və ya tam orta təhsili olan çoxuşaqlı ailənin valideyni (digər qanuni nümayəndəsi) təyin edilir.

Ailə tipli təlim qruplarında işləyənlər " ildə bir dəfə dövlət hesabına, lakin həmin yerdə yaşayan ailənin digər üzvləri isə öz hesabına tibbi müayinədən keçirlər. Ailə tipli təlim qruplarının tərbiyəçi-müəllimi nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin müdiri ilə birgə uşaqların həyatına, sağlamlığına, tərbiyəsi və təliminə görə məsuliyyət daşıyır. Ailə tipli təlim qruplarında uşaqlar nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin kontingenti sayılırlar. Ailə tipli təlim qrupuna uşaqların qəbulu bazasında təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsi ilə valideyn (digər qanuni nümayəndə) arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Ailə tipli təlim qruplarında uşaqlara tibbi xidmət kənd və qəsəbə həkim (və ya tibb) məntəqələri tərəfindən göstərilir.

Ailə tipli təlim qrupları həmin qrupların yaradılacağı ev haqqında rayon (şəhər) gigiyena və epidemiologiya mərkəzlərinin müsbət rəyi olduğu halda təşkil edilir. Ailə tipli təlim qrupları sanitariya-gigiyena, əks-epidemik və yanğından mühafizə tələblərinə cavab verməlidir. Ailə tipli təlim qruplarında təlim-tərbiyə prosesinin təşkili üçün oyuncaqlar, kitablar, təlim vəsaitləri, stol, stul, uşaqların istirahəti üçün otaq ayrılmalıdır. Ailə tipli təlim qruplarının yaradılması üçün himayəsində üç və daha çox uşaq olan valideyn (digər qanuni nümayəndə) yerli icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim edir:

- ailə tipli təlim qrupunun yaradılması ilə bağlı ərizə;

- ailə tipli təlim qrupunun təşkil olunacağı evin texniki pasportu;

- övladının (himayəsində olan uşağın) ailə tipli təlim qrupuna qəbul edilməsi ilə bağlı valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsi;

- tərbiyəçi-müəllimin və ailə üzvlərinin sağlamlığı haqqında arayış;

- tərbiyəçi-müəllimin təhsili haqqında sənəd;

- ailə tipli təlim qrupu haqqında rayon (şəhər) gigiyena və

epidemiologiya mərkəzlərinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının müsbət rəyi.

Ailə tipli təlim qrupunun yaradılmasına razılıq verildiyi halda, yerli icra hakimiyyəti orqanı ailə tipli təlim qrupu yaradılacaq ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinə ailə tipli təlim qrupunun yaradılması barədə göstəriş verir. Ailə tipli təlim qruplarının saxlanılması xərcləri nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulan müvafiq vəsait dairəsində təmin edilir/apa




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib

Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -