Şabranda məktəbdə qan tökülüb – ər arvadını bıçaqlayıb
_Şabranda məktəbdə qan töküldü – ər arvadını bıçaqlayıb.Şabranda bu gün saat 12:30 radələrində dəhşətli bıçaqlanma hadisəsi baş verib.AzTehsil.com - n əldə etdiyi məlumata görə, insident Rəhimli kəndində yerləşən İlqar Abasov adına tam orta məktəbdə qeydə alınıb. Asif Nəcəf oğlu Şahbazov həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib.İlkin versiyaya görə, qadın övladının sənədlərini məktəbdən götürərək onun təhsilini Bakı şəhərində davam etdirmək istəyib. Bu səbəbdən cütlük arasında başlayan mübahisə qanla bitib.Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.