AzTehsil.com

Xəbərlər / Müəllim
10 mart 2020
6 624

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

"Məktəblərin bağlanması müəllimin peşə fəaliyyəti,  iş norması ilə bilavasitə əlaqədar  deyil, məhz digər ölkələrdəki kimi bizdə də yaranmış fövqəladə hadisələrlə bağlı olduğundan və hər hansı bir təhlükəyə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurətindən irəli gəldiyindən, onların maaşına təsir göstərəcəyi ilə bağlı narahatlıq keçirməyə elə də bir ciddi əsas yoxdur”.

Bu fikirləri dərslərin təxirə salınmasının müəllimlərin maaşına təsiri ilə bağlı AzEdu.az-a  danışan Təhsil Nazirliyi yanında  İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

O, son günlərdə sosial şəbəkələrdə   maaşla bağlı yayılan məlumatlara aydınlıq gətirib:

"Məlum olduğu kimi, tam iş vaxtı  Əmək Məcəlləsi  ilə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Əmək məcəlləsinə əsasən əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.  Hımçinin  Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarına görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir. Bu baxımdan məktəblərin bağlanması müəllimin peşə fəaliyyəti ilə, iş norması ilə bilavasitə əlaqədar olmayıb, məhz digər ölkələrdə olduğu kimi bizdə də yaranmış fövqəladə hadisələrlə bağlı olduğundan və bununla bağlı hər hansı bir təhlükəyə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurətindən irəli gəldiyindən, müəllimlərin maaşına təsir göstərəcəyi ilə bağlı narahatlıq keçirməyə elə də bir ciddi əsas yoxdur”.

Şura üzvü  bildirib ki, hazırda əsas məsələ şagirdlər və müəllimlər arasında maarifləndirici tədbirləri həyata keçirmək,  dərslərin onlayn müstəvidə keçirilməsini təmin etməkdir.

 "Hələ ki, əsas vəzifə ölkənin təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə daha həssas yanaşılması, tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən ibarətdir. Şagirdlərin proqram materialının mənimsənilməsində yaranan boşluqların aradan qaldırılması üçün məktəb-valideyn-şagird əlaqələri imkan daxilində onlayn müstəvisinə keçirilməli, Təhsil Nazirliyinin də tövsiyə etdiyi kimi video, qrafika, səs və digər multimedia vasitələrinə, elerktron resurslara, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara istinad edilməlidir”.

"O ki, qaldı, buraxılmış dərslərin kompensasiya edilməsinə artıq elan edildiyi kimi bu barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur”-deyə N. İsrafilov sözlərinə əlavə edib.

Загрузка...
Həmçinin oxuyun:
Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Koronavirusa görə dərs ili uzadılacaq? - RƏSMİ CAVAB

Koronavirusa görə dərs ili uzadılacaq? - RƏSMİ CAVAB

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər

Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər

2 növbəli məktəblərdə rəhbər  işçilərin əmək hüququ pozulur.

2 növbəli məktəblərdə rəhbər işçilərin əmək hüququ pozulur.

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəblərdəki bir həftəlik tətil necə kompensasiya olunacaq?

Məktəblərdəki bir həftəlik tətil necə kompensasiya olunacaq?

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Müəllimlərin həftəlik iş vaxtı necə müəyyən olunmalıdır ? Elşən Qafarov

Müəllimlərin həftəlik iş vaxtı necə müəyyən olunmalıdır ? Elşən Qafarov

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Əmək Qanunvericiliyinə aid 10 TEST

Əmək Qanunvericiliyinə aid 10 TEST

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

ƏM Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

ƏM Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Koronavirusa görə tətilə göndərilən işçilərə maaş verməmək qanunidirmi?

Koronavirusa görə tətilə göndərilən işçilərə maaş verməmək qanunidirmi?

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir