Müəllim işlədiyi məktəbə direktor kimi QAYIDIB
AzTehsil.com -Xıdırlının küçələri, sinif otaqları, məktəb dəhlizləri 32 il əvvəl susdu. İşğal təkcə evləri deyil, həm də müəllimlərlə şagirdlərin arasındakı ümid dolu körpünü qopardı. Məktəb bağlandı, qapılar kilidləndi, lövhələr isə toz basdı. Amma illər keçdi, tarix dəyişdi. Kədər dolu günlərin yerini bu günün sevinci aldı. İndi Xıdırlıya həyat qayıdır və uzun illər səssiz qalan məktəb bu gün yenidən öz şagirdlərinin səsi ilə dirçəlir.