Bakıda ingilis dili müəllimindən xəyanət: Erməniləri bağrına basdı, güllə atmamağa çağırdı - VİDEO
A24.az-ın redaksiyasına 220 saylı məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun şagirdlərinə erməni sevgisini təbliğ etməsi barədə məlumat daxil olub.
Bildirilib ki, sözügedən müəllim şagirdlərinə erməniləri sevməyi, onlarla birlik- bərbərlik şəklində yaşamağı təbliğ edir.
Məlumata əsasən həmin müəllimin faliyyətini araşdrımağa çalışdıq. Məlum oldu ki, Rövşən Əzizov bütün ictimai fikirlərində müharibə deyil, sülh istədiyini bildirir. İngilis dili müəllimi bir çox fikirlərini erməni dilində yazır.
Müəllimin hazırladığı videolar bununla bitmir. Şagirdləri ilə türk əsgərlərinə verdiyi mesajda, məktəbli qızlar rəqs edərək, sözlərini çatdırmağa çalışırlar.
Qeyd edək ki, Rövşən Əzizov ATV telekanalında yayımlanan "Yeni Ulduz 7” yarışmasının iştirakçısı olub. O, yarışmada ilk üçlüyə qalıb.