AzTehsil.com
RU


Xəbərlər
22 iyun 2017
4 007


“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”



 

Orta məktəblərdə rus dilində təhsil tədris olunsun, ya olunmasın? Artıq bir neçə gündür kimlərinsə idarə etdiyi mənbədən geniş ictimaiyyətin müzakirəsinə verilən mövzuda bəziləri rus dilinin lehinə, bir qisim isə də əleyhinə çıxır. Lehinə olanlar azad seçim imkanlarından faydalandıqlarını əsas gətirərkən, rus dilinin əleyhinə çıxanlar bir az da irəli gedərək, övladını rus bölməsinə qoyan valideynləri təhqir etməkdən çəkinmirlər.
Məsələ ilə bağlı deputat Rasim Musabəyov insanların seçim imkanlarına qarışmağın yersiz olduğunu bildirib:
 
"İnsanların maraqları nəzərə alınmalıdır”
 
"Rus dilində tədris ümumi təhsilimizin on faizini təşkil edir. Onların hamısını birdən-birə ləğv etmək, insanların maraqları ilə oynamaq olar. Bunu nəzərə almaq lazımdır. Mənim düşüncəmə görə, ibtidai sinifdə təhsil sırf ana dilində olmalıdır. Təhsilə başlayan hər bir uşaq, rus, avar, ləzgi olmasından asılı olmayaraq ibtidai sinfi Azərbaycan dilində oxumalıdır. İbtidai sinfi bitirib yuxarı sinfə keçəndə isə rus dilində təhsil almaq olar. Kimsə rus dilində, kimsə ingilis dilində oxumaq istəyir, bu, sərbəst olmalıdır. Təbii dövlət dilimiz bu sistemdə öz yerini möhkəmləndirməlidir”.
 
"Rus bölmələri Azərbaycan bölmələrindən üstündür”
 
Deputat qeyd edir ki, kimsə övladı rus bölməsində oxuyanları qınayır və təhqir edirsə, səhv düşüncədədir:
"Çox nahaq yerə edir. Biz azad dövlətdə yaşayırıqsa, insanların azad seçim hüququ var. İnsanları hansısa dəyişikliyə zorla məcbur etmək yolverilməzdir. Sadəcə Azərbaycan dilində təhsilin keyfiyyəti o dərəcədə yüksəldilməlidir ki, o, rus dilində təhsili sıradan çıxarsın. Problem bundadır. Rus bölmələrində təhsil, təlim-tərbiyə Azərbaycan bölmələrilə müqayisədə üstündür”.
 
"Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”
 
Azərbaycanın xalq şairi, keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a deyir ki, məktəb ana dilində olmalıdır:
 
"Uşaq qalan vaxtı nə qədər dil öyrənirsə, bu, onun üstünlüyüdür. Uşaq bağçası, orta məktəb, ali məktəb sırf Azərbaycan dilində tədris olunmalıdır. Bu gün rus dilini təbliğ etmək Azərbaycana düşmənlik etməkdir. Rus dili bölmələrinin sayını artırırlar, rus dilini təbliğ edirlər. Bir də çıxıb deyir ki, "kim rus dilinə xor baxırsa, mən də ona xor baxıram”. Bu utanmazlıq, tərbiyəsizlik, düşüncəsizlikdir”.
 
Yarımçıq insanlar...
 
S.Rüstəmxanlının sözlərinə görə, rus dilini təbliğ edənlər yarımçıq insanlardır:
 
"Hər millətin öz dili var. Ona görə də övladlarımız da öz dilində oxumalıdır. Sonra qonşuların dilini kim nə qədər istəyir öyrənsin. Heç kim onlara pis baxmır. Amma ilk, orta və ali təhsil ana dilində olmalıdır. Öz dilini bilmədən başqa dilləri öyrənmək insanı yarımçıq edir. İndi bu cür yarımçıqlar, rus dilində təhsil alanlar, ana dilinə qarşı hücum təşkil ediblər. Ayıbdır. Bu adamların mövqeləri düşmən mövqeyindən seçilmir heç nəyilə”.



Загрузка...
Həmçinin oxuyun:
Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

ADU-da qazanılan şans

ADU-da qazanılan şans

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”

Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Bu universitetin əsas korpusu təmir ediləcək

Bu universitetin əsas korpusu təmir ediləcək

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək